Baki - Wikipedia
Bu məqalə Bakı şəhəri haqqındadır. Digər mənalar üçün Bakı (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bakı, həmçinin Böyük Bakı[2][3] — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır.[4] Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir.[5] Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir.[6]
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir. Orta temperatur yanvarda 3–4 °C, iyulda isə 38–42 °C-dır. İllik yağıntı 210 mm-dir. Bakı üçün güclü şimal küləyi — xəzri və cənub küləyi — gilavar səciyyəvi xüsusiyyət daşıyır.
Respublika tabeli şəhər | |
Bakı | |
---|---|
40°21′59″ şm. e. 49°50′06″ ş. u.HGYO | |
Ölkə | |
Region | Bakı iqtisadi rayonu |
Başçı | Eldar Əzizov |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | I əsr |
İlk məlumat | V əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | −28 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | təq. 5 milyon nəfər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Poçt indeksi | AZ1000 |
Nəqliyyat kodları | 10, 90, 99, 77 |
Digər | |
baku-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar.[7] Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan "Nafta" adlanan yanacaq və enerji sərvəti olmuşdur.[7] Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir.[7] Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.[7] Bakının salındığı tarix dəqiq məlum deyildir.[7]
Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb.[8] 2015-ci ildə Bakı Lonely Planet nəşrinin "Avropada səyahət edilməli ən maraqlı məkanları" reytinqində 7-ci sırada, The New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb.[9][10] 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşdırılıb.[11] Globalization and World Cities Research Network-un 2020-ci il hesablamalarına görə Bakı inkişafına görə Gamma+ kateqoriyasına daxil edilir və dünyanın ən inkişaf etmiş 145-ci şəhəridir.
Tarixi
redaktəEtimologiya
redaktəBakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş "Yegipet i Kavkaz" adlı məqaləsində rast gəlmək olar.[12] Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən "Ölülər kitabı" Misir mifologiyası toplusunda əksini tapmış "Bakhav" toponiminin Qafqazda formalaşmasıdır.[12] Sözün kökü olan "Baka" — "Günəşin doğulduğu yer" və ya "Səhər şəfəqi" kimi iddia edilir.[12] Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir.[12]
Bəzi mənbələrə görə, Bakı adına isə ilk dəfə V–VIII əsr mənbələrində "Baqavan" və ya "Baquan", "Atşi Baqavan" və ya "Atşi Baqvan", yəni "Atəşi Baquan" kimi rast gəlinib.[13] Baqa sözün kökü, "an" və "van" isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə "Bakuyə" sözündən götürülüb.[13]
Bakının adlarından biri də fars dilindən yaranan "Badi Kubə" sözünün birləşməsindən yaranması ehtimal olunur.[14] Söz farsca "bad" (külək, yel) və "kubidan" (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə "Küləklər şəhəri" mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər iddia edir.[14]. Bəzi tarixçilər Qədim fars dili etimologiyasında Bagydad sözünün Paytaxt Bakı ilə əlaqədar olduğunu söyləsə də, ərəb tarixçilər bunun Bakı ilə heç bir əlaqəsi olmadığını və bu sözün İraqın paytaxtı Bağdad olduğunu söyləyirlər.
Professor Sara Aşurbəyli Bakının ən qədim adının "Xunsar" olduğunu yazır.[13] Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir.[13] Xunsarın mənası "günə sarı[15]", yəni "Günəşə doğru çevrilmiş"[13] kimi açıqlanır.
Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü "baki"-dən (təpə deməkdir) əmələ gəlir.[16] Maraqlısı odur ki, "təpə" mənasında qədim türkcədə də "baqu" sözü mövcuddur.[17] Bu hipotezə görə, Bakı təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən götürülmüşdür.[16] Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov da iddia etmişdir.[16]
Gerbi
redaktəBakı şəhərinin ilk rəmzi hər iki tərəfində atəşi simvolizə edən günəş təsvirinin ortasında həkk olunan buğa şəkli olmuşdur.[7] Buğa təsviri əvvəllcə bayır qala divarının qiriş qapısı üzərinə həkk olunubmuş.[7] Bayır qala divarları 1886-cı ildə dağıdılmış və onun darvazası iç qala divarında — Şah Abbas darvazasında yenidən inşa olunmuşdur.[7] Bakının qədim simvolu olan buğa təsviri hazırda İçərişəhərin Qoşa Qala qapılarının hər birinin üzərində həkk olunmuşdur.[7] Buğanın sağ və sol tərəfi şir təsvirləri ilə əhatələnmişdir.[7] Bəzi tədqiqatçılar şir təsvirlərinin Səfəvilərin hakimiyyətini simvolizə etdiyi qənaətindədirlər.[7]
Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.[7] 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur.[7] Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülmüşdür.[7] Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunmuşdur.[7] Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir.[7] Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunmuşdur ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir.[7]
Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunmuşdur.[7] Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunmuşdur.[7] Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə olunmuşdur və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir.[7]
14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilmişdir.[7] Gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı "Odlar yurdu" kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub.[7] 1975-ci ildə həmin gerbə əlavələr edilmişdir.[7] Bakının bugünkü gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir.[7]
Qədim dövr
redaktəBakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar.[7] Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.[7] Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir.[7] Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.[7] Bakının salındığı tarix dəqiq məlum deyildir.[7]
Orta əsrlər
redaktəErkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi.[20] Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi.[20] Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi.[20] Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.[20]
X əsrin sonunda və XI əsrdə Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar.[20] Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi.[20] Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.[20] Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı.[20] Beynəlxalq ticarət yolları ayırıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi.[20]
Bakı X əsrdən liman şəhəri kimi məşhur idi.[20] XI əsrin sonu — XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü yaşıyırdı.[20] 1191-ci ildə Şamaxıda güclü zəlzələ baş verdikdən sonra şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü.[20]
XII əsrin sonu — XIII əsrin əvvəli Bakı şəhərinin feodal inikşaf dövrü idi.[20] Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək onu möhkəmləndirdilər.[20] XII əsrin birinci yarısında Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.[7] Şəhərin müdafiə sisteminə Qız Qalası da daxil idi.[20] 1232–1235-ci illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi.[7] Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.[7]
XIII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal etdilər.[7][20] İşğalçıların gəldiyi böyük yoldan kənarda yerləşən Bakı, başqa şəhərlərə nisbətən az zərər çəkmişdi.[20] Hərçənd, monqollar şəhəri alarkən Qız qalasının yuxarı hissəsi dağıdılmışdı.[20] Monqol istilası və ölkənin viran edilməsi şəhərin iqtisadiyyatını dağıtdı, Abşeronun və Bakının neft təsərrüfatını müvəqqəti olaraq pozdu.[20] XIII əsrin sonunda, XIV–XV əsrlərdə Bakı Xəzər dənizində başlıca liman və Şirvanşahlar dövləti Dərbəndilər sülaləsinin paytaxtı olduqdan, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərqin mühüm şəhərlərindən birinə çevrildi.[20] Bakı beynəlxalq tranzit ipək ticarətində və Şərqlə Qərb arasında digər malların ticarətində fəal iştirak edirdi.[20] Bu, feodal şəhərinin tərəqqi dövrü idi.[20]
1501-ci ildə Şah İsmayıl Xətai Şirvana hücum edərək Bakını aldı.[7] Səfəvi hökmdarı I Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.[7] Səfəvi-Osmanlı müharibələri zamanı 1578-ci ildə Osmanlı ordusu Bakını tutdu.[7] 1607-ci ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi.[7] Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı.[7] Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu.[7] XVI–XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi.[7] XVI əsrdəki dağıdıcı müharibələrə, Səfəvilər dövlətinə birləşdirilmiş Şirvandakı bir sıra antifeodal üsyanlara baxmayaraq, Volqa — Xəzər yolunun açılması ilə əlaqədar Bakının iri ticarət mərkəzi və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti azalmadı.[20]
XVI əsrin sonlarında — XVII əsrin əvvəllərindəki türk işğalından sonra Bakı yenidən Səfəvilər dövlətinin tərkibinə daxil oldu.[20] Mərkəzi hakimiyyətin güclənməsi XVII əsrin 40-cı illərindən etibarən ölkənin məhsuldar qüvvələrinin inkişafını sarsıdan feodal ara çəkişmələrinin və dağıdıcı müharibələrin kəsilməsi Bakınının şəhər həyatının inkişafına əlverişli təsir göstərdi.[20] Şəhərə çoxlu əcnəbi tacirlər və səyyahlar gəlirlər.[20] Onlar şəhərin təsərrüfat həyatının canlanmasını, sənətkarlıq istehsalının artmasını, ölkədən kənara aparılan neft və duz hasilatını qeyd edirlər.[20] Şəhərin sosial həyatında tacirlərin rolu artır.[20] Şəhərin və ölkənin bütün daxili və xarici ticarəti onların əlində cəmlənmişdi.[20] Bakı Xəzər dənizində mühüm liman idi.[20] Buradan tranzit yolu ilə, Avropaya, Rusiyaya və digər ölkələrə başlıca olaraq, Şamaxı ipəyi və başqa sənətkarlıq məmulatları daşınırdı.[20] Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir.[20] Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də, bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir.[20]
XVII–XIX əsrlər
redaktəBakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi-strateji əhəmiyyəti XVIII əsrin əvvəllərindən etibarən Rusiyanın diqqətini cəlb edirdi.[7] Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı.[7] 1723-cü il iyunun 26-da I Pyotrun qoşunu Bakıya daxil oldu.[7] Lakin Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən Nadir şahın hakimiyyəti altına keçdi.[7]
XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı.[7] 1796-cı ilin yazında rus qoşunları Azərbaycana yürüş etdi.[7] İyunun 13-də Bakı alındı.[7] II Yekaterinanın ölümündən sonra çar qoşunları 1797-ci ilin martında Bakını tərk etdi.[7] 1805-ci il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.[7] 1806-cı ilin əvvəlində general Pavel Sisianovun qoşunları yenidən Bakıya yaxınlaşdı.[7] Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar zamanı general Sisianov öldürüldü.[7] Bakı xanlığı 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərin inkişaf dövrü başlanır.[7][20] 1807-ci ildə Bakıda 500 ev, 3000 nəfər əhali var idi.[7] 1810-cu ildə Bakının İçərişəhərində ilk dəfə nümunəvi mənzil tikintisi rayonu meydana gəldi.[21] İçərişəhərdə iki və üçmərtəbəli yaşayışevləri tikildi, həm də Azərbaycanın ənənəvi feodal şəhərlərindən fərqli olaraq yaşayış evlərininəsas fəsadları pəncərələrlə birlikdə küçəyə baxırdı.[21] 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan, o cümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.[7]
1810-cu ildə Bakının ticarət dövriyyəsi 500 min manat idisə, 1827-ci ildə bu, 5205 min manata qədər artmışdı.[22] 1832-ci ildə Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir qismi (1852-ci ildə 67 nəfəri) fabrik-zavod məmulatı satışı ilə məşğul olurdu.[23]
1840-cı illərin əvvəlində Bakıda 360 ticarət müəssisəsi var idi.[23] 10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdır.[7] Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdir.[7]
Şəhərin yüksəliş dövrü isə əsasən Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır. Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.[20]
1859-cu il may ayının 29–30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağıdılmışdı və Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdı.[7][20] Həmin fərmanla Bakı şəhəri quberniya mərkəzi statusu almışdır.[7] Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi.[20]
Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır.[20] 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə Qara Şəhər ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi.[24] 1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya imperiyasında ilk olaraq Balaxanıdan Qara Şəhərə qədər neft kəməri çəkilmişdir.[24]
1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir.[20] Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkildi.[20]
XX əsr
redaktə- [25] Tətil 1904-cü il dekabrın 13-də "Kaspi-Qara dəniz neft sənayesi cəmiyyətinin" zavodunda başladı və qısa müddətdə şəhərin bütün mədən-zavod rayonlarına yayıldı, ümumşəhər tətilinə çevrildi.[25] Tətildə iştirak edən fəhlələrin sayı 50 min nəfərə çatırdı.[25] Tətilin uzanması Bakı sahibkarlarının ciblərinə ziyan vurmaqlabərabər bütün Rusiya sənayesini iflic vəziyyətə salmışdı.[25] Tətilin uzanmasından narahat olan maliyyə naziri həyəcan təbili çalırdı.[25] Maliyyə nazirinin tələbilə baş nazir Vitte Bakı qubernatorunu general qubernatorla əvəz etdi və ona göndərdiyiəmrdə nəyin bahasına olursa-olsun tətili dayandırmağı və Bakı neft mədənlərində, habelə neftayırma zavodlarında işi bərpa etməyi tələb edirdi.[25] Bakıda hərbi vəziyyət elan edildi.[25] Şimali Qafqaz dəmir yolu stansiyalardan başlayaraq Bakıya qədər bütün dəmir yolu hərbiləşdirildi.[25] Bu yol ilə Bakıya qoşun yeridilməsinə başlandı.[25] Bakıda bütün nümayişlər qadağan olundu.[25] XX əsrin əvvəllərində Rusiyadan fəhlə hərəkatının ən mühüm hadisəsi Bakı proletariatının əzəməti Dekabr tətili olmuşdur.
Bakı proletariatının Dekabr tətili Rusiyanın mərkəzi vilayətlərində geniş əks səda verdi.[25] Rusiya İmperiyasının başqa şəşərlərində fəhlələr Bakı hadisələrinə dair inqilabi vərəqələr buraxdılar.[25] Həmin vərəqələrdə Bakı proletariatının Dekabr tətilində qələbəsinin bütün Rusiya fəhlə sinfi üçün böyük əhəmiyyəti olduğu qeyd edilirdi.[25]
1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.[20] 1917-ci il Rusiya inqilablarından sonra Azərbaycanda ictimai-siyasi həyat dəyişdi və Bakı Sovetinin hakimiyyəti ələ alması ilə nəticələndi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdilər.[26] Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.[27][28][29] Stepan Şaumyan 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti adlı hökumət yaratdı.[30] Bakı XKS özünü Bakı quberniyası və Dağıstanda Sovet Rusiyası hökumətinin yerli hakimiyyət orqanı elan etdi.[30]
1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bakı Kommunası və Sentrokaspi Diktaturası qüvvələri arasında Bakı döyüşü baş vermişdir.[31] Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur.[31] Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.[32][33]
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci ildə qəbul etdiyi Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı haqqında maddə yox idi.[7] Azərbaycan Sovet Sosialist Respublikasının 1921-ci ildə qəbul edilən Konstitusiyasına da paytaxt haqqında maddə daxil edilməmişdi.[7] Azərbaycan SSR-in 1937-ci il və 1978-ci il konstitusiyalarında isə Bakı şəhərinin respublikanın paytaxtı olması təsbit edilmişdi.[7]
1920-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini təsdiq etdi. Aprelin 29-dan etibarən Ə. H. Qarayev başda olmaqla Bakı İnqilab Komitəsi də işləyirdi. Bakıda Şəhər Soveti ilə yanaşı, Bakı Qəza İnqilab Komitəsi də fəaliyyət göstərirdi. Şəhərin bütün rayonlarında yerli hakimiyyət orqanları yaradılmışdı. 1920-ci il 1–7 sentyabr tarixində Bakıda şərq xalqlarının I qurultayı, 1926-cı ildə isə I Ümumittifaq türkoloji qurultayın keçirilmişdir.[7] Bakıda təqiblər, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin, görkəmli nümayəndələrinin, digər partiyaların, siyasi qrupların və cərəyanların rəhbərlərinin, Azərbaycan ordusunun, müdafıə nazirliyinin xadimlərinin həbsləri intihar edir.[34] Onların bir çoxu Nargin adasında güllələndi, Rusiyanın müxtəlif həbs düşərgələrinə sürgün edildi.[34]
İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Adolf Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.[35][36] 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir.[37][38] Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.[38]
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.[39] Abşeron yarımadasında yeni yataqlar işə salınmadı.[39] Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi.[39] Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi.[39] Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar.[39] Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.[39] Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.[39] Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.[35]
1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir.[20] Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi.[20] Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır.[20] İkinci dünya müharibəsi illərində Bakı hospitallarında 400 min nəfərə yaxın əsgər və zabit müalicə olunmuşdur.[26]
SSRİ Nazirlər Soveti tərəfindən 1951-ci ildə Bakı su kəmərinin ikinci növbəsinin tikilməsi barədə, 1959-cu ildə isə Bakı və onun rayonlarının qazla fasiləsiz təchiz edilməsi, bütün yaşayış massivlərinin 1960-cı ilə qədər tam qazlaşdırılması haqqında qərar qəbul edilmişdi.[40][41] 1957-ci ildə şəhərə su verilməsi xeyli artdı.[42] Ancaq əhalinin su ilə təchizatı hələ də kifayət deyildi.[43]
Bakıda Azərbaycan televiziya mərkəzi öz fəaliyyətini 1956-cı il fevralın 14-də ilk yoxlama verilişi ilə başladı, sonralar televiziya mərkəzinin verilişləri Bakıdan 200 km-ə qədər məsafədə müntəzəm olaraq qəbul edilməyə başlandı. 1966-cı ildə Bakı-Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti istifadəyə verildi. 1970-ci ildə radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya proqramını göstərmək imkanı əldə etdi. 1976-cı ildə Bakının telefon rabitəsinin 90 min telefon nömrəsini özündə birləşdirən 36 telefon stansiyası vardı. Mənzil telefon aparatının sayı 1970-ci ildə 30,8 min, 1980-ci ildə 230,9 min idi.
1988-ci il 17 noyabrda Bakının Azadlıq meydanında kütləvi etiraz mitinqlərinin keçirilməsi Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu.[7] Həmin il 5 dekabrda Sovet qoşunlarının Azadlıq meydanına yeridilərək mitinqçilərə divan tutub, komendant saatının tətbiq etmişdi.[7] 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.[44]
1994-cü il martın 19-da Bakı metrosunun 20 Yanvar metrostansiyasında partlayış törədildi, 14 nəfər həlak oldu, 49 nəfər yaralandı.[21] Həmin il iyulun 3-də metronun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda partlayış törədildi, ölən və yaralananlar oldu.[21] 1997-ci il noyabrın 25-də Bakıda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikasının öz aralarında əməkdaşlıq haqqında blok — "GUAM" blokunun təşkilini bəyan edən protokol imzalandı.[21]
2000-ci il noyabrın 25-də saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə zəlzələ baş vermişdir.[45]
XXI əsr
redaktə2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının birinci qurultayı keçirildi.[7] 2002-ci ildə internet ilə 10 provaydr məşğul olurdu.[46] İnternetdən 120 min nəfər istifadə edirdi və istifadəçilərin 90 faizi Bakıda idi. Onların 80 faizi gənclərdən ibarət idi.[46] 2008-ci ildən başlayan Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi söküntü işləri ilə əlaqədar bəzi tarixi abidələrin məhv olunması və insanlar evlərinin müqabilində verilən kiçik kompensasiya, ictimaiyyət və insan hüquqları təşkilatları tərəfindən kəskin tənqid olunub.[47][48][49][50] Şəhərda mühüm söküntü işləri ilə əlaqədar məhv olan tarixi binalardan Atlantlı evi, Moskva mehmanxanası və Qarabağ mehmanxanasını qeyd etmək olar.[51] 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsində 13 nəfər həlak olmuşdur.[52]
2011-ci il dekabrın 24-də Bakının şərqində 100 ildən çox Qara Şəhər kimi tanınan, neft emalı, saxlanması və daşınmasında böyük rol oynamış ərazidə, şəhərin ən böyük yenidənqurma layihələrindən biri olan Bakı Ağ Şəhər layihəsinin təməli qoyulub.[53] Layihənin əsas məqsədi neft-bumunun nəticəsi olan çirklənmiş torpaqların təmizlənməsi, ərazidə yeni beynəlxalq standartlara uyğun sosial infrastrukturun yaradılması, paytaxtın sakinləri və qonaqları üçün yeni yaşayış, iş, əyləncə və istirahət məkanının yaradılmasıdır.[54]
Coğrafiya
redaktəRelyef və geologiya
redaktəBakı Xəzər dənizinin qərbində, Abşeron yarımadasının cənubunda 40", 23' en 49", 51' uzunluq meredianlarının kəsişdiyi nöqtədə yerləşir.[55] Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında Bakı arxipelaqı yerləşir. Arxipelaqa Kiçik Zirə, Böyük Zirə, Daş Zirə, Xərə Zirə, Zənbil, Gil adası, Qara Su, Qutan adası, Səngi Muğan, Adsız ada, İqnat daşı, Kür daşı, Çigil, Karvansaray adası, M, Daş adalar qövsü, Xanlar adası və Baburi adası daxildir.[56]
İqlim
redaktəBakının yerləşdiyi Abşeron yarımadası yüksək orta illik temperatura və az yağıntıya malik ərazidir.[57] Bakıda havanın orta illik temperaturu 14,4 dərəcə təşkil edir.[57] Aydın, az buludlu günlərin sayına görə Abşeron Qafqazda birinci, yağıntının miqdarına görə isə sonuncu yeri tutur.[57]
Bakının iqlimi yarı quraq və subtropikdir (Keppenin iqlimlər təsnifatına görə: BSk).[57] Mayın əvvəlindən başlayıb sentyabr ayının ortalarına kimi davam edən uzun yay quru və isti keçir.[57] Ən isti vaxtlarda — iyul və avqust aylarında gündəlik orta temperatur 26 dərəcə təşkil edir.[57] Payızda yayın istisi səngiyir və yerini quru, mülayim, xoş hava əvəz edir.[57] Bakıda qış mülayim keçir, belə ki, yanvar ayında orta temperatur 3–5 dərəcə olur.[57] Qış adətən qar və şaxtasız keçən az günəşli günlərdən ibarətdir.[57] Buna baxmayaraq güclü şimal küləyi, bəzən hətta havada kiçik damlalarla müşahidə olunur və bu küləklər Bakının ən vacib elementidir.[57]
Bakının iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 6,6 | 6,3 | 9,8 | 16,4 | 22,1 | 27,3 | 30,6 | 29,7 | 25,6 | 19,6 | 13,5 | 9,7 | 18,1 |
Orta temperatur, °C | 4,4 | 4,2 | 7,0 | 12,9 | 18,5 | 23,5 | 26,4 | 26,3 | 22,5 | 16,6 | 11,2 | 7,3 | 15,1 |
Minimum orta, °C | 1,8 | 1,8 | 2,8 | 4,2 | 6,6 | 9,4 | 11,4 | 10,9 | 9,0 | 6,4 | 3,7 | 1,4 | 5,8 |
Mütləq minimum, °C | 2,1 | 2,0 | 4,2 | 9,4 | 14,9 | 19,7 | 22,2 | 22,9 | 19,4 | 13,5 | 8,8 | 4,8 | 12,0 |
Yağıntı norması, mm | 21 | 20 | 21 | 18 | 18 | 8 | 2 | 6 | 15 | 25 | 30 | 26 | 210 |
Mənbə: "Climatological Information for Baku, Azerbaijan" |
Əhalisi
redaktəDemoqrafiyası və etnik tərkibi
redaktəBakıya miqrasiya edənlərin böyük əksəriyyətini kişilər təşkil edirdi. Belə ki, ailəsi ilə birlikdə iş axtarmaq çətin olduğundan miqrantların çoxu öz ailələrini evdə qoyub gəlirdilər.[26] Tarixi mənbələrə əsasən Bakının neft sənayesi müəssisələrində işləyən rus mütəxəssisləri, fəhlə və qulluqçuları əksər hallarda öz ailələri ilə birlikdə, ermənilərin çoxu subay və təklikdə, müsəlmanların isə hamısı öz ailələrini evdə qoyub gəlir və təklikdə yaşayırdılar.[26] 1913-cü ildə Bakı şəhərində əhalinin sayı 3 dəfə artaraq, 334 min nəfərə çatmışdı.[26] Rusiya imperiyasının 5 ən böyük şəhərindən birinə çevrilən Bakıda əhali başlıca olaraq, miqrasiya hesabına artmışdı.[26] Əsasən Bakıda məskunlaşan miqrantların əksəriyyətini ruslar təşkil edirdi.[26] Ermənilərin sayı da miqrasiya hesabına yüksək templərlə artmış və Bakı əhalisinin milli tərkibində onların xüsusi çəkisi 17,5%-ə qədər yüksəlmişdi.[58] Eyni zamanda Bakıda yaşayan digər milli azlıqların da sayı dəfələrlə artmışdı.[26] Məsələn, yəhudilərin sayı 5,7 dəfə artaraq, 10,8 min nəfər olmuş, ləzgilərin sayı isə min nəfərdən 8 min nəfərə qədər artmışdı.[26] Bu dövrdə Bakıda azərbaycanlıların sayının artımı 74% təşkil etməklə ümumi artımdan olduqca geri qalırdı.[26] Bunun nəticəsində Bakı əhalisinin milli tərkibində onların xüsusi çəkisi 1897-ci ildəki 36,0%-dən, 1913-cü ildə 21,0%-ə enmişdi.[26] Bu dövrdə Cənubi Azərbaycandan da on minlərlə azərbaycanlı Bakıya miqrasiya etmişdi.[26] 1913-cü ildə Bakıda keçirilən əhali sayımının materiallarında Bakıda hər 6 nəfərdən biri Cənubi Azərbaycandan idi.[26] 1970-ci ildə təkcə Bakıda 207,5 min nəfər erməni yaşayırdı ki, bu da bütün Azərbaycanda yaşayan ermənilərin 43%-nə bərabər idi.[26]
1988-ci ildə erməni millətçilərinin azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində qovulmuş azərbaycanlıların əksəriyyəti Bakıda məskunlaşdırıldı.[26] Sumqayıt hadisələri və Qara Yanvar Bakıda, Gəncədə və başqa yerlərdə azlıqda yaşayan ermənilərin əksəriyyətinin Azərbaycanı tərk etməsi ilə nəticələndi.[26] Həmin dövrdə Moskvanın anti-Azərbaycan təbliğatına aldanan və Azərbaycan xalqının Rusiyaya qarşı hiddətindən təşvişə düşən Bakılı ruslar və onlara yaxın olan rusdilli etnik qrupların nümayəndələri arasında da Azərbaycanı tərk edib Rusiyaya gedənlər oldu.[26] Qarabağ müharibəsindən sonra Bakıda 500 minə yaxın qaçqın və məcburi köçkünlər məskunlaşmışdır.[20]
2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb.[59] Hesabat dövründə Bakıda 3556 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.[59] 2017-ci ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 2957 nikah və 1134 boşanma halları qeydə alınıb.[59] Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 2 olub.[59]
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Din
redaktə2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi mənbəyə görə, Bakı ərazisində 120 məscid var.[70] Bakı ərazisinin tanınmış məscidlərindən Nardaran məscidi, Təzəpir məscidi, Murtuza Muxtarov məscidi, Heydər məscidi, Bibiheybət məscidi, Hacı Sultanəli məscidi, İçərişəhərdə yerləşən Məhəmməd məscidi, Şah məscidi, Bəylər məscidi və Cümə məscidini qeyd etmək olar.
Bakıda 3 pravoslav, 1 katolik, 1 lüteran kilsəsi, 1 erməni həvari kilsəsi və 2 sinaqoq var.[71] Bakının tanınmış kilsələrindən və sinaqoqlarından Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, Mixail Arxangel kilsəsi, Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (katolik), Xilaskar kilsəsi (kilsə 1934-cü ildə bağlandı və hal-hazırda Azərbaycan Dövlət Filarmoniyasının "Kamera və Orqan Musiqisi Zalı"), Müqəddəs Qriqori kilsəsi (kilsə 1990-cı ildə bağlandı və hal-hazırda Prezident Kitabxanasının depozitar fond saxlancı), Dağ yəhudilərinin sinaqoqu və Aşkenazi yəhudilərinin sinaqoqunu qeyd etmək olar. İbadət evləri ilə yanaşı, şəhərdə xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri[72], protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.[71]
Dialekti
redaktəBakı və ona yaxın ərazilərdə, Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə aid Bakı dialekti (Bakı ləhcəsi) mövcüddur.[73][74] Dialektin fərqləndirici xüsusiyyətlərinə "çav" kökünün "çoçi" formasında sifət kimi, ço/çov formasinda fel kimi işləndirilməsi daxildir.[75]
İnzibati bölgüsü
redaktəBakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir.
Şəkil | Rayonun adı | Rayonların təşkil olunma tarixi | Ərazi (kv.km) | Əhalinin sayı (nəfər) |
---|---|---|---|---|
Binəqədi rayonu | 28 aprel 1920[76] | 170[77] | 268 400[76] | |
Qaradağ rayonu | 7 may 1923[76] | 1080[77] | 127 900[76] | |
Nərimanov rayonu | 24 noyabr 1931 | 20[77] | 179 800[76] | |
Nəsimi rayonu | 13 iyun 1969[76] | 10[77] | 222 600[76] | |
Nizami rayonu | 21 noyabr 1980[76] | 20[77] | 201 800[76] | |
Sabunçu rayonu | 11 noyabr 1920[78] | 240[77] | 247 200[76] | |
Səbail rayonu | 1920[76] | 30[77] | 102 600[76] | |
Suraxanı rayonu | 1920[76] | 120[77] | 222 000[76] | |
Pirallahı rayonu | 21 dekabr 2012[76] | 30[77] | 20 600[76] | |
Xətai rayonu | 1904[76] | 30[77] | 289 900[76] | |
Xəzər rayonu | 3 noyabr 1934[76] | 370[77] | 168 400[76] | |
Yasamal rayonu | 1932[76] | 10[77] | 249 300[76] |
Yerli hökumət
redaktə1860-cı ildən Şamaxı quberniyasının paytaxtına çevrilmiş Bakını idarə edən qurum 1870-ci ildə təsis edilmiş Bakı Şəhər Duması idi.[7] Duma üzvləri "qlasnı" adlanırdı.[20] 1878-ci ildə Bakıda Dumaya seçkilər başladı.[20] İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi.[20] Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi.[20] Dumaya yaşı 25-dən yuxarı olan, daşınmaz əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər.[20] Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi.[20] Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.[20]
Dumanın iclasları rus dilində aparılırdlı.[20] Buna görə rus dilində danışa bilməyən qlasnılar iclaslarda çox zaman mürgü vururdular.[20] Bakı Şəhər Dumasının tanınmış üzvlərindən Həbib bəy Mahmudbəyov, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov, Ağabala Quliyev, Məmmədhəsən Hacınski, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Pepinov, Məşədi Əzizbəyov və Həsən bəy Zərdabini qeyd etmək olar.[20]
1939–1977-ci illər arası şəhəri Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi idarə edirdi.[7] 1977-ci ildə qurum Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi adlandırılmışdır.[7] 1991-ci ildən indiyədək şəhəri Bakı Şəhər İcra Hakimiyyəti idarə edir.[7] Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.[79]
Bakı Şəhər İcra Hakimiyyətinin binası İstiqlaliyyət küçəsinin mərkəzində yerləşir.[7] Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir.[7] Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilmişdir.[7] Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir.[7]
İqtisadiyyat
redaktəAzərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib. XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir.[80] 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.[80] 1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.[80]
1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.[80] Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur — 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.[80] 1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.[80][81] 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir.[80] Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.[80] 1872-ci ildə Nobel qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər.[82]
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[83] "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[84] 1997-ci ildə Bakı-Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı-Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.[85] 1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.[37] "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.[37] 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar.[37]
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilmişdir.[80] Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.[86] 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[87]
Bakıda Akkord STİK, Azercell, Azərsu, Azərsun Holding, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azpetrol, Bakcell, Caspian Telecom, Nar Mobile, Paşa Holding və Synergy Group kimi iri Azərbaycan şirkətlərinin baş qərargahları yerləşir.[88]
Maliyyə
redaktə1874-cü il fevralın 28-də Bakıda fəaliyyətə başlayan Bakı kredit cəmiyyəti ilk bank müəssisəsi olmaqla Şimali Azərbaycanda kapitalist kredit sisteminin yaranmasının əsasını qoydu.[89] 1874-cü il iyunun 1-dən Bakıda ikinci bank müəssisəsi — Dövlət bankının şöbəsi fəaliyyətə başladı.[90] Bakıda 1881-ci ildə Bakı ictimai şəhər bankı, 1886-cı ildə Tiflis kommersiya bankının şöbəsi, 1890-cı ildə Volqa-Kama kommersiya bankının şöbəsi, 1897-ci ildə Kiyev və yaxud Cənubi Rus sənaye bankının şöbəsi, 1898-ci ildə Sankt-Peterburq-Azov kommersiya bankının şöbəsi, Rus ticarət-sənaye bankının şöbəsi, 1899-cu ildə Don torpaq bankı, 1900-cü ildə Bakı şəhər kredit cəmiyyəti, İranın Uçot-borc bankının şöbəsi təsis edildi.[91]
1992-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, 2000-ci ildə isə Azərbaycanın əsas fond birjası olan Bakı Fond Birjası yaradılıb.[92][93] Şəhərdə əksər Azərbaycan banklarının qərargahı, o cümlədən, AccessBank, Bank of Baku, Bank Respublika, Kapital Bank, Azərbaycan Sənaye Bankı, Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, DəmirBank, Unibank və Zaminbank-ın baş qərargahları yerləşir. 2022-ci ilin avqust ayının statistikasına görə, Bakı şəhərində 1157 bankomat mövcuddur.[94]
Turizm və alış-veriş
redaktəBakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2015-ci ildə Bakının mərkəzindəki Nizami küçəsi dünyanın ən bahalı küçələri siyahısına daxil olub.[95] Dövlət Statistika Komitəsinin 2014-cü ildə yaydığı məlumata əsasən, Azərbaycanda 30 beşulduzlu otel var və onların əksəriyyəti Bakıda yerləşir.[96] Şəhərin tanınmış otellərindən JW Marriott Absheron, İnturist otel, Hilton Baku, Kempinski Hotel-Badamdar, Four Seasons Hotel Baku, Fairmont Baku, Bulvar Hotel və Jumeirah Bilgah Beach Hotel-i qeyd etmək olar.[96]
2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb.[8] 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb.[9][10] 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.[11][97]
Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər, Bakı bulvarı, Dövlət Bayrağı Meydanı, Fəvvarələr meydanı, Atəşgah, Şəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar.[98][99][100]
Bakıda 20-dən çox ticarət mərkəzi var.[101] Onlardan Park Bulvar, 28 Mall, Metropark, Nargiz Shopping Center, Ganjlik Mall və Xaqani Ticarət Mərkəzini qeyd etmək olar.[102]
Bakı ərazisində müxtəlif çimərliklər fəaliyyət göstərir. Onlardan Amburan və Şıxov çimərliyini qeyd etmək olar.[103]
Ətraf mühit
redaktəPaytaxtda ekoloji şəraiti gərginləşdirən səbəblərdən biri də şəhər nəqliyyatında xarici ölkələrdən gətirilmiş dizel mühərrikli köhnə avtomobillərin sayının artmasıdır.
Ekoloji gərginliyi artıran səbəblərdən biri də sənaye müəssisələrinin yaşayış massivlərinin yaxınlığında yerləşməsidir. Məsələn, sanitar normalarına görə kükürdlü neft emal edən zavodlarla yaşayış massivləri arasında ən azı 1000 metrlik sanitar-mühafizə zonaları olmalıdır. H. Əliyev adına Neftayırma zavodu ilə 8-ci kilometr yaşayış massivi arasındakı bu məsafə jəmi 500 metr təşkil edir. Əsasən kükürdlü neftləri emal edən bu zavoddan 1000 metr məsafədə atmosferdə olan kükürdlü birləşmələrin miqdarı qəbul edilmiş həddən 13 dəfə çoxdur. SSRİ dağılan ərəfədə şəhərin bütün neftayırma zavodlarından, neft kəmərlərindən və neft anbarlarından ətraf mühitə atılan neftin və emal edilmiş neft məhsullarının miqdarı 300 min ton/il təşkil etmişdir.
Şəhər ərazisində 21,5 min hektar sahədə landşaft və torpaq örtüyü tamamilə pozulmuşdur. Bunun 15 666 min hektarı (73%) neftlə çirklənmiş ərazilər, 1090 hektarı daş karxanaları, 845 hektarı zibilxanalar, 2775 hektarı qrunt sularının səviyyəsinin qalxması nəticəsində su basmış və bataqlıqlaşmış torpaqlar və yerdə qalanı boru kəmərləri, müxtəlif kommunikasiyalar və neft-mədən yolları ilə pozulmuş torpaqlardan ibarətdir. Şəhərdə 845 hektar sahə tutan 12 zibilxana qeydə alınsa da, sənaye və məişət tullantıları hara gəldi atılır. Bakı qəsəbələrinin ətrafında onlarla zibilxanalar yaranmışdır. Vaxtında tədbir görülməzsə, yarımada bütövlükdə zibilxanaya çevrilə bilər.
Bakı şəhəri tabeliyində olan ərazidə 90 daş karxanası fəaliyyət göstərir. Bunlardan 9-u dövlət müəssisəsi, 81-i kiçik müəssisədir. Mövcud və fəaliyyətini dayandırmış bütün karxanalar hesabına 1090 hektar sahədə torpaq örtüyü məhv edilmiş və təbii landşaft tamamilə pozulmuşdur.[104]
Bakı şəhəri (bütün rayonları ilə birlikdə) ekoloji cəhətcə, qismən ağır metallar üzrə, gərgin zonadır. Şəhərin mərkəzi hissəsində sinkin miqdarı yol verilən miqdar həddindən (YVMH) 115, mis-75, qurğuşun-90 dəfə artıqdır. Torpaqlarda yüksək anomal zəhərlilik dərəcələri ilə fərqlənən çoxlu miqdar poliqonlar (Sumqayıtda 5 — dən artıq, Bakı ətrafında təxminən 15) qeydə alınmışdır. Çirklənmə sahələrinin ölçüləri 3–8 km hüdudunda dəyişir. Şəhərin şiddətli (YVMH-dən 100 dəfə artıq) toksik ərazilər Nərimanov, Ramana, Suraxanı və Xətai rayonlarıdır. Sənaye müəssisələrinin sıx yerləşdiyi sahələrdə ağır metalların miqdarı YVMH qiymətindən 200 dəfə çoxdur.
Rayonları
redaktəBakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.
Hazırda Bakı şəhərinin 12 rayonu vardır.
Rayonun adı | Təşkil olunma tarixi | Ərazi (kv.km) | Əhalinin sayı (2020)[76][77] | Əhalinin sıxlığı[77] |
---|---|---|---|---|
Binəqədi rayonu | 28 aprel 1920 | 170 | 268.400 | 1579 |
Qaradağ rayonu | 7 may 1923 | 1.080 | 127.900 | 118 |
Nərimanov rayonu | 24 noyabr 1941 | 20 | 179.800 | 8990 |
Nəsimi rayonu | 13 iyun 1969 | 10 | 222.600 | 22260 |
Nizami rayonu | 21 noyabr 1980 | 20 | 201.800 | 10090 |
Sabunçu rayonu | 11 noyabr 1920[78] | 240 | 247.200 | 1030 |
Səbail rayonu | 1920 | 30 | 102.600 | 3420 |
Suraxanı rayonu | 1920 | 120 | 222.000 | 1850 |
Pirallahı rayonu | 21 dekabr 2012 | 30 | 20.600 | 687 |
Xətai rayonu | 1904 | 30 | 289.900 | 9663 |
Xəzər rayonu | 3 noyabr 1934 | 370 | 168.400 | 455 |
Yasamal rayonu | 1932 | 10 | 249.300 | 12465 |
Memarlıq
redaktəƏrəb xilafətinin yüksəlişi dövründə Bakıda Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.[106][107] Orta əsr memarlıq nümunələrindən Nardaran qalası, Ramana qalası, Məhəmməd məscidi, Şah məscidi, Hacı Qayıb hamamı və Atəşgahı qeyd etmək olar.[107] 2000-ci ildə Bakının Səbail rayonunda yerləşən İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.[105][108]
XIX əsrin sonunda Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Bakının sürətli iqtisadi inkişafı zəngin sənayeçilərin böyük təbəqəsinin yaranması ilə müşayiət olundu, onların arasında Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev kimi mesanatlar Bakıda çox sayda ictimai binalar, məktəblər və xəstəxanaların yaranmasına səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin memarlıq nümunələrindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bakı Şəhər İcra Hakimiyyətinin binası, İsmailiyyə Sarayı və Səadət Sarayıni qeyd etmək olar. 1890-cı illərdə Mərdəkanda tikilmiş Bakı sənayeçisi Murtuza Muxtarovun villası Bakı varlılarının şəhərkənarı bağ tikintilərinin başlanğıcını qoydu.[21]
Bakının yeni kapitalist şəhəri hissəsinin formalaşmasında Azərbaycan memarı Qasım bəy Hacıbababəyovun böyük rolu olmuşdur. O, İçərişəhərdən kənardakı tikintilərin əsas hissələrindən birini təşkil edən "Parapet" adlı mərkəzi meydanın tikintisini həyata keçirmişdir.
Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin salınması ilə bağlıdır.[109] Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi. Keçmiş SSRİ-də ilk baş planlardan olan "Böyük Bakı"nın baş planı yeni tikiləcək rayonları da əhatə edirdi.[109] Mənzil probleminin həlli ilə bağlı tədbirlərlə yanaşı, Abşeron yarmadasında nəqiliyyat rabitəsi də təkmilləşdirildi.[109] 1926-cı ildə Bakının neft rayonlarını şəhərlərlə bağlayan elektrik dəmir yolu çəkildi.[109] Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu olan bu xətt yol boyu inşa ediləcək tikililər kompleksinin memarlıq həlli ilə bağlı idi.[109] Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası bu binaların ən maraqlı nümunələrindəndir.[109] İlk yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyətli tədbirlərdən biri idi.[109]
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur.[109] Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır.[109] Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi.[109] 1960-cı illərin sonu — 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Bakı Dövlət Sirki, Respublika Sarayı, "Bakı", "Qarabağ", "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Bakı Dəmir Yolu Vağzalı, Gülüstan Sarayı və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.[109]
Bakının XXI əsr memarlıq nümunələrindən SOCAR Tower, Heydər Əliyev Mərkəzi, Park Bulvar, JW Marriott Absheron, SOFAZ Tower, Beynəlxalq Muğam Mərkəzi və Alov qüllələrini qeyd etmək olar.[110]
Parkları və bağları
redaktəBakının ən məşhur və böyük parkı — Bakı bulvarıdır. Dənizkənarı bulvar Bakı şəhər Dumasının 1909-cu ildə qəbul etdiyi qərara əsasən salınıb.[111] Bulvarın yaradılması həmin vaxt Bakı Dumasında çalışan məşhur mühəndis Məmmədhəsən Hacınskinin adı ilə bağlıdır.[111] 1920-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.[109] 1930-cu illərin əvvəllərində yeni Bakı bulvarının salınması Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərdi.[109] Bu dövrdə Bakının memarlıq inkişafı 1924–1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir.[109] 1970-ci illərdə bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı.[111] 1998-ci ildən Bakı bulvarı milli park statusunu daşıyır.[111] Bulvarda müxtəlif əyləncə, ticarət, mədəniyyət və idman mərkəzləri fəaliyyət göstərir. Bulvarın tanınmış obyektlərindən Beynəlxalq Muğam Mərkəzi, Bakı İdman Sarayı Bakı Kristal Zalı, Şeytan çarxı, Kiçik Venesiya şəhərciyi və Daş salnamə muzeyini qeyd etmək olar.[112]
2010-cu ildə bulvarda Dövlət Bayrağı Muzeyi və Dövlət Bayrağı Meydanının açılışı olmuşdur. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır.[113] Ginnesin Rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.[114]
Hal-hazırda Bakının müxtəlif yerlərində yerləşən parkların hər birinin öz infrastrukturu, çoxsaylı kafe, restoran, attraksion və uşaq meydançaları var. Bakının ən mühüm parklarından Zabitlər parkı, Filarmoniya bağı, Xaqani bağı, Dağüstü Park, Dədə Qorqud parkı və Mərkəzi Nəbatat Bağını qeyd etmək olar.[115]
Mədəniyyəti
redaktə2009-cu ildə Bakı İSESKO-nun "İslam mədəniyyətinin paytaxtı" seçilmişdir.[116]
Muzey və qalereyaları
redaktəBakıda 20-dən artıq muzeyi və incəsənət qalereyası fəaliyyət göstərir. Şəhərin tanınmış muzeylərindən Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Xalça Muzeyi, Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, Bakı Müasir İncəsənət Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyini, ev-muzeylərindən isə Səməd Vurğunun ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün ev-muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Niyazinin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyi, Tahir Salahovun ev–muzeyi, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi və Cəlil Məmmədquluzadənin ev-muzeyini qeyd etmək olar.[117]
Kino səhnəsi
redaktə1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlandı.[118] 1898-ci ildə fotoqraf Aleksandr Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı sənədli süjetləri lentə almaqla Azərbaycan kinosunun əsasını qoydu.[119]
Bakıda 26 kinozalı olan səkkiz dövlət və özəl kinoteatr var.[120] Şəhərin tanınmış kinoteatrlarından Nizami Kino Mərkəzini, kinoteatrlar şəbəkələrindən isə Park Cinema və CinemaPlus-ı qeyd etmək olar.[120] Bakıda çəkilən məşhur kinolardan "Arşın mal alan", "Amfibiya adam", "Dünya kifayət deyil", "Ad günü", "Bir cənub şəhərində", "Brilyant əl", "Gün keçdi", "Qorxma, mən səninləyəm", "Neft və milyonlar səltənətində", "Axırıncı aşırım", "Əli və Nino", "Dolu" və digərlərini qeyd etmək olar.[121]
Kitabxanaları
redaktəBakıda ilk rəsmi ictimai kitabxana 1896-cı ildə yaranıb.[122] Şəhərin tanınmış kitabxanalarından Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və AMEA Mərkəzi Elmi Kitabxanasını qeyd etmək olar.[123] Şəhərdə həm də Azərbaycanın ən böyük kitab mağazalar şəbəkəsi olan "Əli və Nino" yerləşir.[124]
Teatrları
redaktə1873-cü il martın 10-da (23-də) Bakıda realnı məktəbin səhnəsində Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" pyesinin tamaşaya qoyulması Azərbaycan milli teatrının əsasının qoyulması kimi tarixə düşmüşdür.[7][21] l883-cü ildə Bakı teatr həvəskarları qrupu peşəkar qrupa çevrildi.[21] Bakı qrupunun ilk tamaşaları sonralar bütün Azərbaycanda teatr sənətinin inkişafına güclü təkan verdi.[21]
Bakıda 15-dən artıq muzeyi və incəsənət qalereyası fəaliyyət göstərir. Şəhərin tanınmış teatrlarından Azərbaycan Dövlət Yuğ Teatrı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Üns teatrı və Azərbaycan Dövlət Mahnı Teatrını qeyd etmək olar.[125]
Təhsil
redaktə1865-ci ildə Azərbaycanda ilk gimnaziya Bakı şəhərində təşkil olundu.[21] 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi yaradılmışdır.[126] Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.[127] 1910-cu ilə qədər Bakıda cəmi iki orta ümumtəhsil məktəbi vardı: realnı məktəb və gimnaziya.[21]
2013-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb var idi.[128] Bu məktəblərdə 318 min 750 şagirdin təlim-tərbiyəsi ilə 29949 müəllim məşğul olur.[128] Bakının tanınmış ali təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Tibb Universitetini qeyd etmək olar.[129] Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkəti 2018-ci il üçün dünya universitetlərinin reytinqində Xəzər Universiteti 701–750-ci, Bakı Dövlət Universiteti isə 801–1000-ci yerləri bölüşdürür.[130]
İdman
redaktəFutbol
redaktəBakı futbol klublarından Neftçi, İnter Bakı, Səbail və Zirəni qeyd etmək olar.[131] Qarabağ münaqişəsinə görə Bakıda həm də Qarabağ futbol klubu müvəqqəti olaraq oyunlarını keçirir.[132] Şəhərdə Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Dalğa Arena, Bayıl Arena, Bakcell Arena və İnter Arena stadionları yerləşir.
2000-ci ildən sonra Bakıda Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016 və FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 kimi beynəlxalq futbol turnirləri keçirilib.[133] 2019-cu ildə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçirilmişdi.[134] 2020-ci ildə şəhərdə UEFA Avro 2020-nin qrup mərhələsi və 1/4 finalı keçirilməli idi[135], amma COVID-19 pandemiyası səbəbindən turnir təxirə salındı.
Bakıda həm də Araz-Naxçıvan MFK, Olimpik, Neftçi Bakı, Ekol Bakı və Yasamal futzal klubları əsaslanıb.[136]
Digər idman növləri
redaktəBakıda müxtəlif idman mərkəzləri mövcuddur. Şəhərin tanınmış idman meydanlarından Heydər Əliyev adına İdman Arenasını və Bakı İdman Sarayını qeyd etmək olar. 2000-ci ildən sonra Bakıda Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 2018 Cüdo üzrə Dünya Çempionatı kimi beynəlxalq idman yarışları keçirilib.[137][138] 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası, 2017-ci ildə isə 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir.[139][140] Hal-hazırda Bakıda Tour d'Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisi keçirilir.[141][142]
2008-ci ildən etibarən Bakıda Voleybol üzrə Azərbaycan Superliqası keçirilir.[143] Şəhərdə Azərreyl, Azəryol VK, Lokomotiv Bakı və Rabitə Bakı qadın voleybol klubları əsaslanıb.[144]
Avropa oyunları
redaktə2015-ci ildə Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etmişdir.[145] Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.[146] Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub.[146] Avropa oyunları nəticəsində şəhərdə Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və Bakı Atıcılıq Mərkəzi inşa olunub.[147]
Nəqliyyat
redaktəİctimai nəqliyyat
redaktəBakının ictimai nəqliyyatının koordinasiyasını və inkişafı Bakı Nəqliyyat Agentliyi tərəfindən idarə olunur.[148] 2017-ci ilin 25 may tarixindən etibarən Bakıda bütün marşrut xətlərindəki avtobuslarda "Bakı Kart" sistemi xidmət göstərir.[149]
Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir.[150] 1923-cü ilin oktyabrın 1-də Bakıda elektrik tramvay xəttinin çəkilməsi başlanıb və 1924-cü il fevralın əvvəlində bu xətt istismara verilib.[151] 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində Bakı funikulyoru fəaliyyətə başladı.[152] 2002-ci ildə Bakıda tramvay nəqliyyatı, 2004-cü ildə isə trolleybus nəqliyyatı ləğv olunub.[151][153]
1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[154] Metropoliten mövcud xətlərinin uzunluğu 36,63 km olmaqla 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan və idarə aparatının da yerləşdiyi texnoloji korpusdan ibarətdir.[154] Bütün metropoliten üzrə gediş haqqı vahid tariflə müəyyən edilir.[154] Metropolitendə gediş haqqının yeganə ödəmə vasitəsi "Bakı Kart" plastik kart sistemidir.[154] 2015-ci ilin yekunlarına əsasən, metropoliten orta hesabla gün ərzində 589,1 min, il ərzində 215 milyon sərnişin daşıyıb.[154]
Dəmiryolu nəqliyyatı
redaktəBakının dəmiryolu nəqliyyatı Azərbaycan Dəmir Yolları tərəfindən idarə olunur.[155] Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır.[155] O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur.[155] 1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə müstəqil Azərbaycan dəmir yolu yaradılmışdır.[155] Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə Azərbaycan dəmir yolu 1945-ci ilin oktyabın 1-dən təşkil edilmişdir.[155] 1953-cü ilin may ayının 14-də Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilmiş, mərkəzi idarəsi Tbilisiyə köçürülmüşdür.[155]
Bakı-Tbilisi-Qars dəmiryolu xəttində tikinti işlərinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.[156]
Su nəqliyyatı
redaktəXIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib.[157] Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.[157] 1881-ci ildə Bakıda ilk dənizçilik sinifləri təşkil edilib.[157] 1902-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təsis edildi.[158] 1962-ci ildə Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış Elmi-Tədqiqat İnstitutu mütəxəssislərinin layihəsi əsasında Bakı — Türkmənbaşı gəmi-bərə keçidi işə salınıb.[157]
Hava nəqliyyatı
redaktəHazırda Heydər Əliyev adına beynəlxalq hava limanı (GYD) Bakının yeganə beynəlxalq hava xidmətidir və Qafqazda ən böyük beynəlxalq hava limanıdır.[159]
Tanınmış sakinləri
redaktəŞəhərin tanınmış sakinlərdən pianoçu Vaqif Mustafazadə, müğənni Müslüm Maqomayev, violençel ifaçısı Mstislav Rostropoviç, rəssam Tahir Salahov, şair Mikayıl Müşfiq, aktrisa Hökümə Qurbanova, prezident İlham Əliyev, kəşfiyyatçı Mehdi Hüseynzadə, heykəltaraş Tokay Məmmədov,nobel mükafatı laureatı Lev Landau, alim Lütfi Zadə, futbolçu Anatoli Banişevski, mesenat Hacı Zeynalabdin Tağıyev, şahmatçı Harri Kasparov, kinorejissor, Oskar mükafatçısı Vladimir Menşov, filosof Maks Blek, ballerina Qəmər Almaszadəni və digərlərini qeyd etmək olar.[160]
- Abbasqulu ağa Bakıxanov, Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi
- Hacı Zeynalabdin Tağıyev, Azərbaycan mesenatı
- Ağa Musa Nağıyev, Azərbaycan mesenatı
- Murtuza Muxtarov, Azərbaycan mesenatı
- Hüseyn Ərəblinski, Azərbaycan aktyoru və rejissoru
- Məhəmməd Əmin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri
- Rixard Zorge, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə
- Əliağa Vahid, Azərbaycan şairi
- Sara Aşurbəyli, Azərbaycan tarixçisi və şərqşünası
- Almas İldırım, Azərbaycan şairi
- Əfrasiyab Bədəlbəyli, Azərbaycan klassik bəstəkarı və dirijor
- Lev Landau, ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür
- Səttar Bəhlulzadə, Azərbaycan rəssamı
- İmam Mustafayev, Azərbaycan ictimai-siyasi xadimi
- Bəhram Mansurov, Azərbaycan tarzəni
- Əliağa Ağayev, Azərbaycan teatr və kino aktyoru
- Maral Rəhmanzadə, Azərbaycan rəssamı
- Nəsibə Zeynalova, Azərbaycan teatr və kino aktrisası
- Qara Qarayev, Azərbaycan bəstəkarı və pedaqoqu
- Mehdi Hüseynzadə, Azərbaycan partizanı və kəşfiyyatçısı
- Hacıbaba Hüseynov, Azərbaycan muğam xanəndəsi
- Leyla Bədirbəyli, Azərbaycan teatr və kino aktrisası
- Lütfi Zadə, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi
- Mikayıl Abdullayev, Azərbaycan rəssamı
- Şövkət Ələkbərova, Azərbaycan müğənnisi
- Bəşir Səfəroğlu, Azərbaycan teatr və kino aktyoru
- Tofiq Bəhramov, Azərbaycanlı futbol hakimi
- Mədinə Gülgün, Azərbaycan şairəsi
- Tokay Məmmədov, Azərbaycan heykəltaraşı
- Mstislav Rostropoviç, violençel ifaçısı
- Tahir Salahov, Azərbaycan rəsssamı
- Toğrul Nərimanbəyov, Azərbaycan rəssamı
- Elmira Şahtaxtinskaya, Azərbaycan rəssamı
- Hacıbaba Bağırov, Azərbaycan teatr və kino aktyoru
- Səyavuş Aslan, Azərbaycan teatr və kino aktyoru
- Osman Mirzəyev, Azərbaycan jurnalisti
- Emin Sabitoğlu, Azərbaycan bəstəkarı
- Eldəniz Zeynalov, Azərbaycan teatr və kino aktyoru
- Mikayıl Müşfiq, Azərbaycan şairi
- Həsənağa Turabov, Azərbaycan teatr və kino aktyoru
- Anatoli Banişevski, 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.
- Ağaxan Abdullayev, Azərbaycan muğam xanəndəsi
- Yaşar Nuri, Azərbaycan teatr və kino aktyoru
- Həmidə Ömərova, teatr və kino aktrisası
- İlham Əliyev, Azərbaycan prezidenti
- Rəşad Sadıqov, Azərbaycan milli futbol komandasında ən çox oyun keçirən futbolçudur.
- İsfar Sarabski, Azərbaycan pianoçusu
- Ramil Quliyev, 200 metr məsafəyə qaçışda dünya çempionu
Qardaş şəhərləri
redaktəBakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasının üzvüdür.[161]
Qalereya
redaktə-
Bakının gecə görüntüsü
-
İçərişəhərdə rəssam evinin divarı
-
Qız qalası gün batarkən
-
Bakı buxtasından şəhərin görünüşü 2020-ci ildə
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://www.baku.azstat.org/section/demography/.
- ↑ Бакы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 550.
- ↑ "AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI". ensiklopediya.gov.az. 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
- ↑ "DYP: Bakıda 5 milyona yaxın vətəndaş yaşayır, bu da yüklənməyə səbəb olur". Apa.az. 2023-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
- ↑ (az.). 12-22may 2017 http://www.baku2017.com/baku-4.html (#bare_url_missing_title). 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Arxivlənmiş surət". 2020-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 Bakı şəhəri. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI (PDF). Bakı. 24 sentyabr 2017. 2017-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ 1 2 "Bakı "Forbes"-in cəlbedici şəhərləri siyahısında". banker.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ 1 2 "Bakı dünyanın ən görməli yerlərinin siyahısında". oxu.az. 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ 1 2 "Lonely Planet's best places in Europe 2015". www.lonelyplanet.com. Lonely Planet. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ 1 2 "Bakı da dünyada məşhur turist şəhərləri siyahısında". www.azadliq.org. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ 1 2 3 4 "«Bakı» sözünün izahlı mənası". azens.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 "Milli ruhumuzu təsdiq edən toponimlərimiz". www.anl.az. 2017-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ 1 2 "Bakı kimi çoxlu "küləklər şəhəri" var". www.azadliq.org. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ https://azerdict.com/izahli-luget/sar%C4%B1[ölü keçid]
- ↑ 1 2 3 "Bakı sözünün mənası nədir?". news.milli.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-11.
- ↑ Исмизаде О.Ш., Джидди Г.А. Девичья бвшня в Баку. Баку. 968. 9–20.
- ↑ Ашурбейли, Сара. Очерк истории средневекового Баку (VIII – нач.XIX в.в.). Баку: Издательство АН Азерб.ССР. 1964. səh. 336.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 "BAKI ŞƏHƏRİNİN TARİXİ". baku-ih.gov.az. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Rəcəbli, Qəzənfər. Azərbaycan tarixi. Bakı: Elm və təhsil. 2013. 544. (#accessdate_missing_url)
- ↑ Ə. S. Sumbatzadə və başqaları. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri, səh. 63 — Обозрение российских владении за Кавказом, Т. IV, стр. 69
- ↑ 1 2 M. Ə. Musayev. XIX əsrdə Bakı şəhərinin ticarəti, səh. 84–86.
- ↑ 1 2 "Bakının "Qara Şəhər"in tarixi". azens.az. 2017-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Ə. Quliyev. Bakı proletariatının şanlı qələbəsi, Bakı, 1955.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Muradov, Şahbaz. Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar. Bakı. 2013. (#accessdate_missing_url)
- ↑ "New Republics in the Caucasus", The New York Times Current History, v. 11 no. 2 (March 1920), p. 492
- ↑ Michael Smith. "Anatomy of Rumor: Murder Scandal, the Musavat Party and Narrative of the Russian Revolution in Baku, 1917–1920", Journal of Contemporary History, Vol 36, No. 2, (Apr. 2001), p. 228
- ↑ "Michael Smith. "Azerbaijan and Russia: Society and State: Traumatic Loss and Azerbaijani National Memory"". 2011-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- ↑ 1 2 Azərbaycan tarixi. 7 cild, 5-ci cild, Bakı, 2001, s.268–314
- ↑ 1 2 Sultanov, Chapay. "BAKU OIL IN DECISIVE BATTLES OF WORLD WAR II". www.visions.az. 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ Yale, William (1968) Near East: A Modern History p. 247
- ↑ Dadyan, Khatchatur(2006) Armenians and Baku, p. 118
- ↑ 1 2 Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941). Bakı: Elm. 2008. 568. ISBN 978-9952-448-44-03. (#accessdate_missing_url)
- ↑ 1 2 Agayev, Vagif. "World War II and Azerbaijan". www.azer.com. Azerbaijan International. 22 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ McLaughlin, Daniel. "Prized by Hitler, Azerbaijan is back in oil and gas boom". www.irishtimes.com. www.irishtimes.com. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ 1 2 3 4 "AZƏRBAYCAN NEFTİ". www.azerbaijan.az. 27 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ 1 2 "Azərbaycanda neft qazçıxarmanın tarixi". www.socar.az. SOCAR. 9 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ 1 2 3 4 5 6 7 Sadiqli, Fikrat. "Bakı nefti olmasaydı..." www.anl.az. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ ARSPİHDA, f. 1, s. 23, i. 8, v. 172
- ↑ "Бакинский рабочий" qəzeti, 20 fevral 1955-ci il.
- ↑ ARDA, f. 1114, s. 5, i. 914, v. 82.
- ↑ "Бакинский рабочий" qəzeti, 8 noyabr 1967-ci il
- ↑ "Twenty Years After 'Black January,' Azerbaijan Still Struggles For Freedom". www.rferl.org. 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ ISC, ISC-GEM Global Instrumental Earthquake Catalogue (1900–2013), Version 4.0, International Seismological Centre, 2017, 2016-11-25 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-09-30
- ↑ 1 2 Azərbaycan Respublikası Rabitə Nazirliyinin Arxivi — ARRNA. Kollegiyanın materialları, 2002-ci il, v. 33
- ↑ "Azerbaijan: Halt Illegal House Demolitions, Forced Evictions". www.hrw.org. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
- ↑ "Azerbaijan counts human cost of architecture". www.theguardian.com. 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
- ↑ "Tarixi binaları da Bakının tarixindən siləcəklər…". www.azadliq.info. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
- ↑ "Bakıda XX-ci əsrin əvvəlində inşa edilən bina sökülür". www.amerikaninsesi.org. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
- ↑ "Bakının divarlardan silinən tarixi". news.lent.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
- ↑ "Thirteen die in Azerbaijan university shooting". www.smh.com.au. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ ""Bakı Ağ Şəhər" layihəsi 5 illiyini qeyd edir". azertag.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "Bakı Ağ Şəhər layihəsi 3 ildən sonra". www.bakuwhitecity.com. 2017-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "BAKININ ƏRAZİSİ". baku-ih.gov.az. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ "Bakıya aid olan adalar hansılardır?". azens.az. 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Hava". wu.edu.az. 2017-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ 4 Перепись Баку 1913, часть III, Население, выпуск 1, гор. Баку, Баку — 1916 г. səh. 4–5. Перепись Баку 1913 года, часть III, Население, выпуск 2, Промыслово-заводский районъ, Баку — 1915 г. səh. 4–5
- ↑ 1 2 3 4 "Bakının əhalisinin sayı 2,5 mln. nəfərə yaxınlaşır". apa.az. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1926).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
- ↑ 1 2 https://www.stat.gov.az/source/demoqraphy/ap/az/2_4.xls.
- ↑ https://www.stat.gov.az/source/demoqraphy/?lang=en.
- ↑ http://www.baku.azstat.org/section/demography/001.xls.
- ↑ "3 milyonluq Bakıda 120 məscid". www.azadliq.org. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ 1 2 "Tolerantlıq". multiculturalism.preslib.az. 2017-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 125.
- ↑ "ANCAQ BAKILILARIN BAŞA DÜŞƏCƏYİ 10 SPESİFİK SÖZ". pahoo.az. İstifadə tarixi: 28 sentyabr 2017.[ölü keçid]
- ↑ Şirəliev M. Bakı dialekti. Azərbaycan SSR EA nəşriyyatı — Bakı — 1949, 250 s.
- ↑ Şirəliyev M. Ş. Bakı dialekti. II çapı. Azərbaycan SSR EA nəşriyyatı — Bakı — 1957, 224 s.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "Arxivlənmiş surət". 2016-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Bakı şəhəri və onun rayonları üzrə əhalinin sayı". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ Kazımov, Seymur. "Bakı şəhər Bələdiyyəsi nə üçün yaradılmır?". BBC. 2017-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Interesting facts from Azerbaijan oil and gas history" (PDF). 2012: 2–28. 1 December 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ "İlham Əliyev Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-24.
- ↑ ""Qara qızıl" diyarı Azərbaycan". www.caspianoilgas.az. Caspian Oil & Gas Azerbaijan. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2015.
- ↑ Sagheb, Nasser; Javadi, Masoud. "Azerbaijan's "Contract of the Century"". www.azer.com. Azerbaijan International. 11 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
- ↑ "Transport routes of Azerbaijani oil (Baku-Novorossiysk, Baku-Supsa)". Azerbaijan Portal. 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-08.
- ↑ "Azerbaijan marks Oil Workers' Day". news.az. news.az. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 December 2015.
- ↑ "Azərbaycanda neft yatağı ilə bağlı mühüm razılaşmanın imzalanma mərasimi olacaq". BBC. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2017.
- ↑ "Baku to the future". www.economist.com. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ Azərbaycan tarixi. Yeddi cilddə. IV cild (XIX əsr). Bakı: Elm. 2007. 504. ISBN 978-9952-448-37-5. (#accessdate_missing_url)
- ↑ Исторический обзор кредитных установлений в России. Соста- витель И. А. Печергин. СПб., 1904, стр. 121
- ↑ Rusiya MDTA, f. 20, siyahı 6, iş 192, v. 10; f. 583, siyahı 2, iş 1295, v. 125; f. 587, siyahı 44, iş 34, v. 107; f. 595, siy. 6, iş 183, v. 59
- ↑ "The history of the bank". www.azerbaijan.az. 2009-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ "Tarixcə". bfb.az. 2017-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2017.
- ↑ "STATİSTİK BÜLLETEN 08/2022" (PDF). Azərbaycan Respublikası Mərkəzi Bankı. İstifadə tarixi: 21 oktyabr 2022.[ölü keçid]
- ↑ "They really ARE paved with gold: From New York's Fifth Avenue to Nizami Street in Baku, these are the world's most expensive shopping streets". www.dailymail.co.uk. 2016-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ 1 2 "Bakıda ən yaxşı otellərin bəziləri Əliyevlərindir". www.amerikaninsesi.org/. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2017.
- ↑ "Turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yeri tutub". www.trt.net.tr. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
- ↑ "Azərbaycanda turizm məkanları". www.e-gov.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
- ↑ Drescher, Cynthia. "10 things to do in Baku". www.independent.co.uk. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
- ↑ Gould, Kevin. "Baku and beyond: a road-trip around Azerbaijan". www.theguardian.com. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
- ↑ ""Lotos" və "Diqlas" təkzib etdi". pia.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2017.
- ↑ "Bakının iri ticarət mərkəzləri terrordan necə qorunur?". az.trend.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2017.
- ↑ "Bakıdakı təmiz və çirkli çimərliklərin siyahısı". www.azadliq.info. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
- ↑ "ABŞERON YARIMADASININ EKOLOJİ PROBLEMLƏRİ" (PDF). 2020-01-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-25.
- ↑ 1 2 "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". whc.unesco.org. UNESCO. 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2017.
- ↑ "Tarixi memarlıq binaları". www.azerbaijans.com. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ 1 2 "ORTA ƏSRLƏRDƏ MEMARLIĞIN İNKİŞAFI". www.azerbaijan.az. 2017-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Azerbaijan UNESCO World Heritage Sites —Heritage". www.worldheritagesite.info. İstifadə tarixi: 18 sentyabr 2017.[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "XX ƏSRDƏ AZƏRBAYCAN MEMARLIĞININ İNKİŞAFI". www.azerbaijan.az. 2017-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Baku beyond, a sort of Dubai of the Caucasus". budapesttimes.hu. 14 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 December 2015.
- ↑ 1 2 3 4 "Bakının əsrarəngiz fasadı". medeniyyet.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Tarixi xronologiya". bulvar.gov.az. 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Mediaforum.az, 2009–10-26". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-24.
- ↑ "Tajikistan takes flag pole war to new heights". www.telegraph.co.uk. 2017-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bakının 12 əfsanəvi parkı". azertag.az. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bakı İslam mədəniyyətinin paytaxtı kimi öz missiyasını uğurla başa çatdırdı". www.anl.az. 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2017.
- ↑ "Bakının ən yaxşı muzeyləri: ədəbiyyat, Nobel qardaşları və təbiət muzeyləri". azertag.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Azərbaycanın kino sənəti". azerinfo.eu. 2017-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
- ↑ "Azərbaycanın ilk səssiz filmi..." news.milli.az. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
- ↑ 1 2 "Azərbaycanda kinoteatrlar daha da populyarlaşır". fins.az. 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "10 фильмов, снятых в Азербайджане и ставших кинохитами". moscow-baku.ru. 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
- ↑ "Karvanlardan elektron kitablaradək". www.gencol.az. 2017-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "ОСТАЛИСЬ ЛИ В БАКУ БИБЛИОТЕКИ?". friday.az. 2016-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Почему в Азербайджане книга на вес золота". www.gapp.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bakıda Mütləq Getməli Olduğunuz 10 Teatr". turizm.fins.az. 2017-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "İlk dünyəvi qız məktəbinin yaradılmasından 110 il ötür". xalqqazeti.com. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür". az.baku.ws. 2017-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ 1 2 "Bakı şəhərində olan məktəblərin sayı açıqlanıb Böyüt". apa.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Ali məktəblərimizin reytinq SİYAHISI". modern.az. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Azərbaycan universitetlərinin dünyadakı reytinqi nə qədərdi?". www.azadliq.org. 2017-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Premyer Liqa: Bakı klubları əyalətə köçürlər". apasport.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Qarabag are exiled from their home but could shock the Champions League". www.theguardian.com. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Historic Women's World Cup for Azerbaijan". www.ussoccer.com. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Baku to host 2019 UEFA Europa League final". UEFA. 2019-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Baku reveals UEFA EURO 2020 host city logo". www.uefa.com. UEFA. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "Azerbaijani Futsal First League 2016/17". UEFA. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ Abbasov, Shahin. "Azerbaijan: Baku Looks Forward to Hosting Euro Games". www.eurasianet.org. www.eurasianet.org. 2017-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2017.
- ↑ Gibson, Owen. "Azerbaijan and the sporting map: from F1 venue to Euro 2020 host". www.theguardian.com. www.theguardian.com. 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2017.
- ↑ Taylor, Alan. "Baku 2017: The Islamic Solidarity Games". www.theatlantic.com. www.theatlantic.com. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "U.S. Chess Team Wins Olympic Gold in Baku". www.huffingtonpost.com. www.huffingtonpost.com. 2017-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "Baku as tight as it looks – Ricciardo". en.f1i.com. en.f1i.com. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "Neilands steals stage from sprinters, Pozdnyakov wins GC". www.eurosport.co.uk. www.eurosport.co.uk. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ "Dünya çempionluğundan klub qəbiristanlığınadək – LAYİHƏ". apasport.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Super League Women 2016/2017 Live Scores – Volleyball Azerbaijan". www.volleyball24.com. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ Gibson, Owen. "Silence over European Games in Azerbaijan is a grim indication of future". www.theguardian.com. www.theguardian.com. 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2017.
- ↑ 1 2 "II Avropa Oyunları ilə əlaqədar bir qrup jurnalistin Minskə səfəri başlayıb". report.az. 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Azerbaijan's price for hosting first European Games". BBC. 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Bakı Nəqliyyat Agentliyi". bna.az. 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bütün avtobusların "Bakı kart" sistemi və kondisionerlərə keçməsi üçün vaxt uzadıldı". www.1news.az. 2017-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Əzəmətli şəhər- qədim və həmişəcavan Bakı". anl.az. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
- ↑ 1 2 "Bakıda ilk tramvay Read more: https://sputnik.az/event/20170203/408696806/bakida-ilk-tramvay.html". sputnik.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Uşaqlığımızın unudulmaz xatirəsi: Bakı tramvayı". www.bizimyol.info. 2017-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Tramvayı Bakıya qaytarırlar – bəs onu niyə ləğv etmişdilər?". modern.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 "Baku metro's history". metro.gov.az. 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 "ADY: Tariximiz". ady.az. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Bakı-Tbilisi-Qars dəmiryolu ətrafında müzakirə". jam-news.net. jam-news.net. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2017.
- ↑ 1 2 3 4 "Şirkət haqqında". www.acsc.az. 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2017.
- ↑ "Romanian envoy visits Baku Int'l Sea Trade Port". www.azernews.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2017.
- ↑ "Heydar Aliyev International Airport". www.airport.az. 2014-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Известные бакинцы". www.gapp.az. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Qardaşlaşmış şəhərlər". azerbaijans.com. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Города-побратимы". deyerler.org. 2021-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Sister Cities: Baku and Houston". www.houstontx.gov. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Baku, Azerbaijan". www.honolulu.gov. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Baku, Brazilian Rio de Janeiro become twin cities". www.azernews.az. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Baku, Tbilisi to become sister cities". www.azernews.az. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Ankara, Baku to become sister cities". www.today.az. 2016-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.