Mikayil Abdullayev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mikayıl Abdullayev (19 dekabr 1921[1], Bakı[1] – 21 avqust 2002[2], Bakı) — Azərbaycanın qrafik və teatr rəssamı, professor, SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), Azərbaycan SSR Ali Sovetinin V–IX çağırış deputatı.
Mikayıl Abdullayev | |
---|---|
Mikayıl Hüseyn oğlu Abdullayev | |
Doğum tarixi | 19 dekabr 1921[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 2002[2] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili |
|
Janr | portret |
Stil | qrafika |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir.[4] Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir[5].
2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Rəssamlıq fəaliyyəti
redaktəİstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. "Qırx birin iyunu" triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941–45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.
Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Müasirlərinin mənəvi aləmini, Azərbaycan təbiətinin gözəlliklərini, qurub-yaradan insanların fədakar əməyini tablolarında əks etdirən Mikayıl Abdullayev milli təsviri sənətimizə bədiilik gətirən rəssamlardan sayılır. Ənənəvi mövzularda maraqlı rəsmlər yaradan Mikayıl Abdullayev həmişə aldadıcı effektlərdən, süni mövzulardan, bir sözlə, şişirtmədən qaçmışdır. O, həyatı da, insanları da gördüyü və duyduğu kimi kətan üzərində əks etdirirdi. Bu səbəbdən də onun bütün əsərlərində ifadəlilik hökm sürüb. Mikayıl Abdullayev kimi ikinci bir fırça ustası tapılmaz ki, o öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm bağlı olsun. Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimiz qədər o, bir çox sənətkarların ya portretlərini yaratmış, ya da onların əsərlərinə — poema,hekayə və romanlarına illüstrasiyalar çəkmişdir. Bunların arasında Nizaminin, Nəsiminin, Füzulinin, Molla Pənah Vaqifin,M. F. Axundovun, Aşıq Ələsgərin,M. Ə. Sabirin, C. Cabbarlının, S. Vurğunun, Rəsul Rzanın və başqalarının əsərləri vardır. Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından "Kitabi-Dədə Qorqud", "Molla Nəsrəddinin lətifələri", yazılı ədəbiyyatımızdan "Leyli və Məcnun", "Danabaş kəndinin məktəbi", "Poçt qutusu", "Gələcək gün", "Şamo", "Şəbi-hicran" əsərlərinə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir.
1947-ci ildə Moskvada keçirilən ümumittifaq bədii sərgidə "Axşam" əsəri ilə iştirak etdi. Bu əsər gənc rəssama böyük uğur və tamaşaçı marağı gətirdi. Beləliklə, 26 yaşlı Mikayılın sənət qələbələri bir-birini əvəz etməyə başladı. Rəssamın şöhrətinə yeni çalarlar gətirən "Mingəçevir işıqları" əsəri həm Moskvada, həm də Budapeşt şəhərində sərgiləndi. Elə ilk fərdi sərgisi də Moskvada keçirildi.
Mikayıl Abdullayevin " Çəltik becərənlər" tiptiki kənd mövzusunun romantikasının mərd azərbaycan qadınının əməksevərliyini inandırıcı tərzdə ifadəsinin bədii təcəssümüdür. Məhz bu xüsusiyyətinə görə "Çəltik becərənlər " əsəri 1974-cü Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülüb. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixoloqiyasının poetik ümumiləşdirilnəsi xarakteridir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir.
Bu xüsusiyyətlər onun " Xaçmaz qızları" ,"Astarada çay yığımı","Azərbaycan çöllərində" "Çəltik əkən qızlar" əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvü şəkildə müassirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıçılığına xas xüsusiyyətdir. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu rəssamın ən sevimli mövzusudur. İşlətdiyi bir sıra tablolalarda müasir qadın obrazı əks olunmuşdur. Əlbəttə, o dövrdə azərbaycanlı rəssamın yurdumuzun bir bölgəsi ilə əlaqədar işlədiyi rəsmin dünya arenasına çıxarılması böyük hadisə idi. O cümlədən, "Azərbaycan çöllərində", "Masallı qızları", "Lənkəranlı qız", "Çəltik becərənlər", "Tarlada", "Abşeronda", "Xaçmaz qızları", "Qarabağlı qızlar", "Astarada çay yığımı" və s. əsərlərdə də Azərbaycan qadınlarının əməksevərliyini inandırıcı boyalarla əks etdirib. Bu əsərlərindəki dinamiklik, koloritlik diqqət çəkir.
Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər Mikayıl Abdullayevdə də vardı. Hindistan, Mingəçevir və Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı gətirirdi.
Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş, istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-əziyyətini əks etdirən tablolar monumental əsərlər seriyasındadır. Onları yaradarkən daxilən həyəcanlanır, iç dünyasını ağ kətana köçürürdü "Cıdır düzü", Topxana meşəsi ilə bağlı əsərləri onun yaradıcılığının leytmotivini təşkil edir. Müharibədən çox qabaq Şuşaya gəlmişdi. Qarabağ mənzərələri, Şuşa camaatının güzəranı da uğurlu işlərindəndir.
Mikayıl Abdullayev 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi "Nakamların dəfni" əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Rəssamın özü 20 Yanvar faciəsinin şahidi olmuşdur. Sənətkar bu cinayəti XX əsrin böyük cinayətlərindən biri adlandırırdı.[6]
Mükafatları
redaktə- "SSRİ xalq rəssamı" fəxri adı — 12 aprel 1963
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 24 may 1960
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 aprel 1955
- Beynəlxalq Nehru mükafatı — 1969
- Azərbaycan SSR Dövlət mükafatı — 1974 ("Çəltikçi qızlar" diptixi üçün)[7]
- "İstiqlal" ordeni — 18 dekabr 1997
- "Lenin" ordeni — 9 iyun 1959
- "Oktyabr inqilabı" ordeni — 6 yanvar 1972
- "Xalqlar Dostluğu" ordeni — 21 dekabr 1981
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[8]
Filmoqrafiya
redaktə- Bizim Azərbaycan (film, 1959)
- Mikayıl Abdullayev (film, 1972)
- Günəşlə dolu dünya (film, 1973)
- Qələbənin yolları (film, 1976)
- Salam, Zeynəb! (film, 1982)
- Şeirin xəzrisi (film, 2000)
- Mətbuat fədaisi (film, 2007)
- Rənglə yazılmış tarix (film, 2012)
Qalereya
redaktə-
Mikayıl Abdullayev - Fərhadın məşqi, 1977, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Mikayıl Abdullayev - Füzuli, 1972, Azərbaycan Milli İncəsənət Muzeyi
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Абдуллаев Микаил Гусейн оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969. Т. 1 : А — Ангоб. С. 16–17.
- ↑ 1 2 АБДУЛЛАЕВ МИХАИЛ (МИКАЭЛ) ГУСЕЙН ОГЛЫ (1921-2002) // https://www.rah.ru/the_academy_today/the_members_of_the_academie/member.php?ID=53485.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ Lider TV. "Mikayıl Abdullayevin doğum günüdür" (az.). Youtube.com. 19.12.2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-21.
- ↑ "ABDULLAYEV MİKAYIL HÜSEYN OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.
- ↑ P. Əzimova Görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında) "Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası" I Respublika elmi konfransının materialları. Bakı, "Elm və təhsil", 2016, Səh 68–72
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1974-cü il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il tarixli Qərarı Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.
Ədəbiyyat
redaktə- Nəcəfov, Mürsəl. Mikayıl Abdullayev. Bakı: Yazıçı. 1983.
- Abdullayev, Mikayıl. Yazılarım (Məqalələr, xatirələr, rəsmlər, fotolar). Bakı: İşıq. 1988.
- Kərimov, K. Nizami "Xəmsə" motivləri Mikayıl Abdullayev yaradıcılığında. Bakı: İşıq. 1990. səh. 286.
- Əfəndiyev, Rasim. Mikayıl Abdullayev. Bakı: Azərnəşr. 1958.
- Hacıyev, P. SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, C. Nehru ad. Beynəlxalq mükafat laureatı Mikayıl Abdullayev. Bakı: İşıq. 1973.