Baki Seher Icra Hakimiyyeti - Wikipedia
Bakı Şəhər İcra Hakimiyyəti — Bakı şəhərində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı.
Bakı Şəhər İcra Hakimiyyəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 1991 |
Əvvəlki qurum | Bakı Şəhər Xalq Deputatları Soveti |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı, Azərbaycan |
Rəhbərlik | |
İcra Hakimiyyətinin Başçısı | Eldar Əzizov |
|
|
Rəsmi saytı | baku-ih.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1870-ci ildə Bakı Şəhər Duması təsis edilmişdir. 1917-18-ci ilədək fəaliyyət göstərmiş, daha sonra isə yerində sırasıyla Bakı Soveti, Bakı İctimai Təhlükəsizlik Komitəsi, Bakı İctimai Təşkilatlar Şurası və Bakı Şəhər İctimai Özünüidarəsi yaradılmışdır. 1939–1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977–1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti yaradılmışdır.
1991-ci ildə isə müstəqilliyin əldə olunmasıyla Bakı Şəhər İcra Hakimiyyəti yaradılmışdır.
Rəhbərlik
redaktəBakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir.
Rəhbərlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "«Rafaelin ölümü»". www.azadliq.org. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.
- ↑ "İcra hakimiyyətinin başçısı". baku-ih.gov.az. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2017.