WikiPedia
Həftənin seçilmiş məqaləsi
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı geniş miqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB – cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir.
Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir. |
Həftənin yaxşı məqaləsi
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. |
Həftənin seçilmiş siyahısı
Latviya Prezidenti — Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.
2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır. 2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. |
Xəbərlər
- İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
- Nikos Xristodulidis Kipr Respublikasının prezidenti seçilib.
- Dorin Reçan Moldovanın Baş naziri vəzifəsinə təyin edilib.
- Türkiyə və Suriyada baş vermiş zəlzələ (şəkildə) nəticəsində azı 50.000 nəfər həlak olub və 122.000 nəfər yaralanıb.
- Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri həlak olmuş, iki nəfər yaralanmışdır.
- Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə başlayan aksiyalar baş tutub.
Tarixdə bu gün
27 mart: Alyaskada zəlzələ, Kentukkidə qasığra
1854 — Krım müharibəsi: Birləşmiş Krallıq Rusiya İmperiyasına müharibə elan etdi.
1890 — Tornado qasırğası Kentukki ştatında 76 insanın ölməsinə, 200 insanın isə yaralanmasına səbəb olur.
1918 — Bessarabiya və Moldova Rumıniyaya birləşdi.
1958 — Nikita Xruşşov Sovet ittifaqının Baş Naziri olur.
1964 — Alyaskada zəlzələ 118 insanın həyatına son qoydu.
1992 — Azərbaycan Respublikası Misir ilə diplomatik əlaqələr qurmuşdur.
1996 — ABŞ Prezidenti Bill Klinton həyat yoldaşı Hillari Klinton və qızı Çelsi ilə birlikdə Türkiyəyə səfər etdi.
Qədim inanclara görə Xöşbəxtlik ulduzu məhz 27 mart tarixində parlar və dünyaya xöşbəxtlik saçar.
Bilirsinizmi…
Vikipediya məqalələrindən
- Bakıda tarixi memarlıq abidələri ilə zəngin Sovetski (şəkildə) adlı məhəllə var.
- 1995-ci il Bakı metrosu yanğını "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
- Kral tiraniyasının rəmzi kimi tanınan Bastiliyanın alınması günü indi Fransada milli bayram kimi qeyd olunur.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi