Eldar Ezizov - Wikipedia
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
Eldar Əzizov | |
---|---|
Vəzifədədir | |
15 noyabr 2018-ci ildən | |
Əvvəlki | Hacıbala Abutalıbov |
16 iyul 2018 – 15 noyabr 2018 | |
Başçı | Hacıbala Abutalıbov |
Əvvəlki | Rauf Pənahov |
mart 2000 – iyun 2000 | |
Başçı | Rafael Allahverdiyev |
2 sentyabr 2015 – 16 iyul 2018 | |
Əvvəlki | Asif Əsgərov |
Sonrakı | Vüqar Zeynalov |
18 fevral 2011 – 2 sentyabr 2015 | |
Əvvəlki | Vaqif Əliyev |
Sonrakı | Zakir Fərəcov |
8 aprel 2003 – 18 fevral 2011 | |
Əvvəlki | Eyvaz Babayev |
Sonrakı | Elmar Vəliyev |
28 iyun 2000 – 8 aprel 2003 | |
Əvvəlki | Eldar Əzimov |
Sonrakı | Abdin Fərzəliyev |
Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini | |
199? – 199? | |
Sədr | Mahmud Məmmədov |
1990 – 199? | |
Seçki dairəsi | 58 nömrəli Zərdabi adına |
Sonrakı | Vəzifə ləğv olundu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir[1]. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.
1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.[2] 1995-ci il parlament seçkilərində partiyanın poporsional seçki üzrə vahid namizədlər siyahısında birinci sırada olmuşdur.[3] ADSP proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Eldar Əzizov isə deputat seçilə bilməmişdir.[4]
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı[5],2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı[6], 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[7].
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[8].
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[9]
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.
Ailəsi
redaktə- Anasın anasının atası Kərim bəy Mehmandarov
- Anasının atası Şamil Mahmudbəyov
- Anasının atasının atası Həbib bəy Mahmudbəyov
- Kürəkəni Anar Tağıyev[10]
- Oğlu Şamil Əzizov — Heydər Əliyev Mərkəzinin direktorunun köməkçisi.[11]
Mükafatları
redaktə- "Şərəf Nişanı" ordeni (1985)
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni[12] (22.06.2017)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının Katibliyi haqqında Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine Azərbaycan Respublikası Ali Sovetinin 5 mart 1992-ci il tarixli, 318-XII nömrəli Qərarı. e-qanun.az (az.)
- ↑ "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X
- ↑ "E. Ə. Əzizovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 iyun 2000-ci il tarixli, 448 nömrəli Sərəncamı". 2014-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
- ↑ E. Ə. Əzizovun Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 8 aprel 2003-cü il tarixli 1197 nömrəli Sərəncamı Arxivləşdirilib 2014-05-23 at the Wayback Machine (az.)
- ↑ "E.Ə.Əzizovun Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 fevral 2011-ci il tarixli Sərəncamı". 2014-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-11.
- ↑ E. Ə. Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-12-31 at the Wayback Machine. president.az, 15.11.2018 (az.)
- ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
- ↑ "Arxivlənmiş surət". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
- ↑ "E. Ə. Əzizovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2017-ci il tarixli 3022 nömrəli Sərəncamı. e-qanun.az (az.)