Elmar Veliyev - Wikipedia
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018).
Elmar Vəliyev | |
---|---|
18 fevral 2011 – 28 avqust 2018 | |
Əvvəlki | Eldar Əzizov |
Sonrakı | Niyazi Bayramov |
26 mart 2004 – 18 fevral 2011 | |
Əvvəlki | Ələkbər Səlimov |
Sonrakı | Qoca Səmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
ganja-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəElmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib.
Ailəsi
redaktəAiləlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır.[1]
İctimai-siyasi fəaliyyəti
redaktə1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Sui-qəsd cəhdi
redaktə2018-ci il iyulun 3-də, saat 20.30 radələrində özü və mühafizəçisi Qasım Aşbazov Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilmişlər.[2]
28 avqust 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
- ↑ "RESPUBLİKA BAŞ PROKURORLUĞUNUN, DAXİLİ İŞLƏR NAZİRLİYİ və DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN MƏTBUAT XİDMƏTLƏRİNİN M Ə L U M A T I" (az.). 2018-07-03. 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
- ↑ President.Az. "E.R.Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 28.08.2018. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.