Hemkarlar Ittifaqi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
SSRİ-də
redaktəRusiyada
redaktəAzərbaycanda
redaktəHəmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur.
Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir.
Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər. Əmək, sosial və iqtisadi münasibətlərin tənzimlənməsi məqsədilə, müddəti bir ildən üç ilədək olmaqla, Azərbaycan Həmkarlar ittifaqı Konfederasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları arasında bağlanan Baş Kollektiv Sazişlərin xüsusi əhəmiyyəti vardır və bu sazişlərə əsasən əmək haqlarının, minimum əmək haqqı məbləğinin, yaşayış minimumu məbləğinin, ehtiyac meyarı məbləğinin artırılması, əmək bazarının inkişafı, mövcud iş yerlərinin saxlanılması, yeni iş yerlərinin açılması, əmək şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinin təşkil olunması, əhalinin məşğulluğunun təminatları, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi və sairə məsələlər barədə tərəflər öhdəliklər qəbul edib həyata keçirməlidirlər.
İşçilərin sayı və ştatlar ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasın (peşənin) kifayət dərəcədə olmadığına görə işçi tutduğu vəzifəyə uyğun gəlmədiyi halda, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi, işçinin üzv olduğu həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Həmkarlar İttifaqları həmçinin yaranan kollektiv əmək mübahisələrinin həllində bir tərəf kimi çıxış edir və əmək mübahisələrinin qanuni və ədalətli həllinə nail olmaq məqsədilə tətillər, habelə qanunvericiliklə nəzərdə tutulan qaydada sərbəst toplaşaraq digər kütləvi tədbirlər keçirmək hüququna malikdirlər.
Həmkarlar ittifaqları səlahiyyətləri daxilində, qanunvericiliklə nəzərdə tutulan qaydada əmək, sosial və iqtisadi hüquqların və qanuni mənafelərin təmin edilməsində ictimai nəzarəti həyata keçirirlər və bu ictimai nəzarətə mane olunması Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yolverilməzdir.