Xacmaz - Wikipedia
Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın. |
Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xaçmaz şəhər inzibati ərazi dairəsində şəhər,[1] Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[2]
Şəhər | |
Xaçmaz | |
---|---|
41°28′05″ şm. e. 48°48′10″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Elnur Rzayev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1938 |
Mərkəzin hündürlüyü | 42 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2700 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.
Əhalisi
redaktəEtnik qrup | Sayı, 1970 sa.[3] | Nisbəti, 1970 sa.[3] |
---|---|---|
Cəmi | 22.313 | 100 % |
Azərbaycanlılar | 13.170 | 59 % |
Ruslar və Ukraynalılar | 5.301 | 23,8 % |
Ləzgilər | 1.726 | 7,7 % |
Yəhudilər | 892 | 4 % |
Ermənilər | 507 | 2,3 % |
Tatarlar | 244 | 1,1 % |
Gürcülər | 21 | 0,1 % |
Avarlar | 5 | 0,1 % |
Tatlar | 3 | 0,1 % |
Digərləri |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Tanınmış şəxsləri
redaktəQardaş şəhərlər
redaktəQalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1926).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1939).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1959).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1970).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1979).
- ↑ SSRİ əhalisinin siyahıya alınması (1989).
Xarici keçidlər
redaktə- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Xaçmaz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |