Seher - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəhər — əhali sayına görə böyük, mərkəzləşdirilmiş və ərazicə məhdud yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. Şəhərlərin sakinləri etnik, dil, sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola bilər.
Şəhərlər elmi baxımdan mədəniyyətlərin yaxınlaşmasının ideal halı hesab edilir. Adambaşına düşən ərazi çox az olur. Bir qayda olaraq özünəməxsus mədəniyyətə və ciddi sosial təbəqələşməyə malikdir. Bu xüsusiyyətlər onları kəndlərdən və ya xüsusi məqsədlər üçün insanların cəmləşdiyi yaşayış məntəqələrindən ciddi fərqləndirir.
Yaşayış məntəqəsinin şəhər statusuna aid edilməsi hər ölkənin qanunları əsasında müəyyən edilir. Bu tələb müxtəlif ölkələrdə müxtəlifdir — Danimarkada 250 nəfər, Yaponiyada 50 min nəfər.
Şəhər planlaşdırılması və şəhərsalma
redaktəŞəhərlərin planlaşdırılması ilə şəhərin memarlıq strukturu məşğul olur. Şəhərin düzgün fəaliyyət göstərməsi üçün onun nəqliyyat planlaşdırılması da vacibdir. Şəhərin inkişaf planı şəhərin inkişaf istiqamətini müəyyənləşdirir və beləliklə qarşıya çıxa biləcək neqativ halları, eləcə də urbanizasiyanın təsirini minimallaşdırmağa xidmət edir.
Şəhərlərin quruluşu
redaktəŞəhərlər öz aralarında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollarla əlaqələndirilir. Şəhərin daxilində yollar küçə şəklində paylanır, küçələrin kənarlarında binalar, evlər və başqa tikililər yaradılır. Binaların ətrafında sakinlərin hərəkəti üçün səkilər nəzərdə tutulur.
Şəhərdə binaların və tikililərin növləri:
- inzibati və hökumət binaları
- sənaye tikililəri
- yaşayış binaları və əhaliyə xidmət
- ictimai iaşə yerləri
- İstirahət guşələri
- parklar
- teatrlar
- mədəniyyət sarayları
- kinoteatrlar
- barlar
- sərgi salonlari
- diskotekalar və rəqs meydançaları
- ofis binaları.
- səhiyyə ocaqları
- təhsil ocağı binaları
- idman qurğuları
- qəbristanlıq
Statistika
redaktə1900-cü ildə dünya üzrə şəhərlərdə yaşayan əhalinin sayı ümumi əhali sayının 14%-ni təşkil edirdi. XX əsrin sonunda bu rəqəm 47%-ə çatdı. Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə yaşayır [1]
il | Şəhərlərin əhalisinin sayı |
---|---|
1804 | 0.5 mlrd. |
1985 | 2 mlrd. |
2002 | 3 mlrd. |
Tədqiqatçılar göstərirlər ki, əgər inkişaf bu sürətlə gedərsə, şəhər əhalisinin sayı hər 38 ilə ikiqat artacaqdır. 1950-ci ildə dünyanın 83 şəhərində əhalinin sayı 1 milyonu keçirdi. 2000-ci ildə bu rəqəm 411 oldu.
2000-ci ildə 18 şəhər 10 milyonluq əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı 20-ə çatmışdır.
1950 | 1960 | 1970 | 1980 | 1990 | 2000 | 2010 | |
---|---|---|---|---|---|---|---|
Tokio | 11.0 mln. | 16.5 mln. | 21.9 mln. | 25.0 mln. | 27.9 mln. | 28.7 mln. | |
Şanxay | 11.2 mln. | 11.2 mln. | 13.5 mln. | 17.2 mln. | 21.5 mln. | ||
Mexiko | 13.9 mln. | 15.1 mln. | 16.4 mln. | 18.2 mln. | |||
San Paulo | 12.1 mln. | 14.8 mln. | 17.8 mln. | 20.1 mln. | |||
Osaka | 10.0 mln. | 10.5 mln. | 10.6 mln. | 10.6 mln. | |||
Bombey | 12.2 mln. | 18.1 mln. | 24.3 mln. | ||||
Los-Anceles | 11.5 mln. | 13.1 mln. | 14.0 mln. | ||||
Pekin | 10.9 mln. | 14.2 mln. | 17.8 mln. | ||||
Kəlküttə | 10.7 mln. | 12.7 mln. | 15.6 mln. | ||||
Buenos-Ayres | 10.6 mln. | 11.4 mln. | 12.0 mln. | ||||
Seul | 10.6 mln. | 12.3 mln. | 13.0 mln. | ||||
Cakarta | 14.1 mln. | 19.2 mln. | |||||
Laqos | 13.5 mln. | 20.8 mln. | |||||
Tyansçin | 12.4 mln. | 15.6 mln. | |||||
Karaçı | 12.1 mln. | 17.6 mln. | |||||
Nyu Dehli | 11.7 mln. | 15.5 mln. | |||||
Manila | 10.8 mln. | 13.7 mln. | |||||
Qahirə | 10.7 mln. | 13.2 mln. | |||||
Moskva | 10.5 mln. | 13.1 mln. | |||||
Rio-de-Janeyro | 10.2 mln. | 11.1 mln. | |||||
Dəkkə | 10.2 mln. | 16.0 mln. | |||||
İstanbul | 11.7 mln. |
Avropada əhalinin 50%-i əhalisinin sayı az olan şəhərlərdə yaşayır (5-10 min əhali), 25%-i əhalisi 10-250 min olan, yerdə qalan 25%-i əhalisinin sayı 250 mindən artıq olan şəhərlərdə yaşayırlar.
Şəhərlərin İnkişafı
redaktəŞəhərlər inkişafına görə Alfa, Betta, Qamma və Kafi kateqoriyalarına bölünür. Şəhərlərin bu kateqoriyalara uyğun sinifləndirilməsi "Globalization and World Cities Research Network" adlı araşdırma məntəqəsi tərəfindən apaılır. GaWCRN 2020-yə görə şəhərlərin bölünməsi aşağıda göstərilmişdir.
Alfa şəhərlər
redaktəAlfa ++ şəhərlər
redaktəAlfa ++ şəhərlər qlobal iqtisadiyyata görə ən inteqrasiya etmiş şəhərlərdir:
Alfa + şəhərlər
redaktəAlfa + şəhərlər London və New York-u tamamlayan digər yüksək inteqrasiya olunmuş şəhərlərdir və əsasən Sakit okean/Asiya üçün qabaqcıl xidmət ehtiyacları ödəyir.
Alfa
redaktə- Amsterdam (▲1)
- Brüssel
- Chicago
- Frankfurt
- Cakarta
- Kuala Lumpur
- Los Angeles
- Madrid
- Mexico
- Milan
- Moskva
- Mumbay
- São Paulo
- Sydney (▼1)
- Toronto
Alfa -
redaktə- Banqkok (▼1)
- (▲1)
- Boston (▲1)
- Buenos Aires (▼1)
- Dublin
- Guangzhou (▼1)
- İstanbul (▼1)
- Johannesburg
- Lisboa
- Lüksemburq
- Manila
- Melbourne (▼1)
- Montreal
- München
- Yeni Dehli
- Praqa
- Ər Riyad
- San Francisco
- Santiago
- Seul (▼1)
- Şenzen
- Stokholm
- Taipei (▼1)
- Vyana
- Varşava (▼1)
- Zürich (▼1)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-01.