Mehmanxana - Wikipedia
Bu səhifənin düzgün adlandırılmaması və ya Azərbaycan dilində olmadığı, adın Azərbaycan dilinə düzgün tərcümə (transliterasiya) edilmədiyi və ya adlandırmada orfoqrafik səhvə yol verildiyi ilə bağlı şübhələr var. Bununla bağlı öz fikirlərinizi məqalənin müzakirə səhifəsində bildirin. Düzəliş etdikdən sonra bu şablonu məqalədən götürməyi unutmayın. |
Mehmanxana, hotel və ya qonaq evi (fr. hôtel) — Başqa yerdən gələn turistlərin və qonaqların müvəqqəti yaşaması üçün xüsusi təhcizatlı otaqları olan obyekt.[1][2]
Mehmanxanaların təsnifatlaşdırılması meyarları
redaktəMehmanxanalar müxtəlif meyarlara görə təsnifləşdirilir:
1. Komfort səviyyə;
2. Nömrə fondunun tutumu;
3. Mehmanxanaların funksional təyinatı;
4. Mehmanxananın yerləşdiyi yer;
5. Mehmanxananın işləmə müddəti;
6. Qonaqların yeməklə təminatı;
7. Qonaqların qalma müddəti;
8. Qiymətlərin səviyyəsi.
Təsnifatı
redaktəB - B pansion ("yataq-səhər yeməyi" tipli pansion)
redaktəBu özəl sektora aid edilir, pansion hər hansı bir evin daxilində hazırlanır və eyni müəssisədə sahibkar da yaşayır. Pansiona bed və breakfast yəni yataq və səhər yeməyi daxildir. Ev kimi fəaliyyət göstərən pansionlara adətən 6 nəfərdən artıq qonaq qəbul edilmir. Həmçinin ulduz verilmir. Ev kimi şərait, eyni zamanda isti yemək istəyirsinizsə belə yerlərə müraciət edə bilərsiniz. Əgər ev sahibi xoşagələn biri deyilsə, sizi yalnız çay və soyuq yeməklə qarşılayaq, eyni zamanda pis xidmət göstərəcəkdir. Belə pansionlarda bəzən sutkalıq xidmət, mini bar, otaqlarda fen, bəzən hətta özəl duş və vanna otaqları da olur. Bəzi hallarda isə sizin vanna otağınız özəl olsa da, tualeti başqaları ilə birlikdə istifadə etməli olursunuz. Sonuncu mənfi cəhət isə pansionlar heç vaxt kurort mərkəzlərində yerləşmir.
Lakin bütün bu mənfi cəhətləri müsbətə çevirən əsas səbəb qiymətlərin ucuz olmasıdır, otaqların biri 20 – 30 ABŞ dollarına verilə bilər. Türkiyə, Xorvatiya, hətta Qərbi Avropa ölkələrində pansionların qiymətləri belədir. Ev sahibləri daima müştəri qazanmaq üçün çalışırlar ki, yüksək səviyyəli və rahat xidmət təklif etsinlər. Lakin tur firmalar çox az hallarda pansionlarla çalışır, çünki ev sahibləri tur firmalara komisyon ödəməkdənsə turistlərlə işləməyə üstünlük verirlər.
Guest House (Qonaq evi)
redaktəEv sahibləri öz yerləşmə müəssisələrini genişləndirmək və böyütmək üçün özlərinə aid "Guest House" (qonaq evi) aça bilərlər. Bu kimi yerlər B-B-pansionlardan keyfiyyətcə yüksək, amma adi hotellərdən aşağı səviyyəyə malik olurlar. Qonaqlar üçün nəzərdə tutulmuş otaqların sayı 4 – 10 arasında dəyişir, eyni zamanda yalnız ev sahibi deyil, cəlb edilmiş personal da burada fəaliyyət göstərir.
Son zamanlar bu kiçik qonaq evlərində ulduzlar meydana gəlməyə başlamışdır, amma xidmət olduğu kimi qalmışdır. Keyfiyyət və rahatlıq en-suite, yaxud da private kimi dəyərləndirilir. Qonaqlar üçün bir otaqlı nömrələr verilir. Səhər yeməyi isti yaxud soyuq olmalıdır, ancaq bu servis isveç masa sı kimi təşkil olunmur. Adətən qonaq evlərinin sahibləri içki üçün lisenziya almır, buna görə siz də axşamlar bir qədəh içə bilməyəcəksiniz. Qeyd edək ki, çox az hallarda təmiz Guest house-Qonaq evlərinə rast gəlmək olar.
Hostel
redaktəŞəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir və 2–20 arası şəxsin məskunlaşmasına imkan var. Buradakı yataqlar iki mərtəbəlidir. Bəzən otaqlarda qızlar və oğlanlar üçün ayrıca soyunma otaqları da mövcud olmur. Lakin Avropada gecələmə və səhər yeməyi adambaşına 10–15 ABŞ dollarına qədər qiymətləndirilir. Bu kimi faktlar da belə yerlərdə daha çox gənclərin məskunlaşmasına səbəb olur.
Lakin hostellərin olduqca sərt qaydaları vardır; məsələn, otaqların təmizlənməsi zamanı hosteldə qalmağa icazə verilmir, gecələr özünüz işığı yandıra bilməzsiniz, spirtli içkilərdən və siqaretdən istifadə qəti qadağandır. Hostellərdə adətən ümumi restoran olur, eyni zamanda internetə çıxışı olan kompüter və televizor da rast gəlinəndir. Çox az hallarda hostellər tarixi rayonlarda yerləşir, hətta bütün qalanı da əhatə edə bilər. Qonaqları cəlb etmək üçün qiyməti baha olmayan ekskursiya proqramları da təklif edən hostellər var.
Lodge (Kiçik ev)
redaktəŞəhər hotelidir, adətən yol kənarlarında və avtomobil yollarının üstündə yerləşir. Qonaqlar burada bir ən uzağı iki gecə qalırlar. Onlara lazım olan təmiz yataq və duşxanaya burada rast gəlmək mümkündür. Adətən qalmaq üçün səhər yeməyi daxil edilmir, otaqların qapısı isə restorana doğru açılır, istənilən şəxs büdcəsinə uyğun olaraq xörək sifariş edə bilər.
Nömrələr sadədir, vanna otağında artıq sabunlara rast gələcəksiniz, köhnə iki - üç kanalı göstərən televizor, ümumi kondisioner bu hotellərdə rast gəlinir. Bütün bunlara baxmayaraq otaqlar səliqəli və təmiz olur, hətta rahatlıq da var.
Bu otaqların alınması zamanı siz bir otağı bütövlükdə də məbləğini ödəyərək əldə edə bilərsiniz. Lodclarda xüsusi özünüz üçün aldığınız şəxsi otaqlar olduqca bahadır, lakin ailəvi və dörd çarpayıdan ibarət olan otaqların qiyməti qismən aşağıdır.
İnn (Mehmanxana)
redaktəƏvvəllər bəzi otaqlar belə adlandırılırdı, həmin yerlərdə barlar var idi, müştərilər çoxlu alkoqollu içkilər qəbul etdikdən sonra burada gecələməyə üstünlük verirdilər. Artıq bu kimi hotellərdə köklü dəyişikliklər olmuşdur, məsələn Holiday İnn bunun əsas göstəricisidir. Restoran və bar inn böyük kütlə üçün açılmışdır, burada istənilən qədər siqaret çəkmək və pivə içmək olar. Lakin maraqlı orasıdır ki, bu yerlərin otaqları da keyfiyyətli, ev kimi rahat olur və xidmət də yüksəkdir, səhər yeməkləri isti və dadlıdır. Avropalılar xüsusən də gənclər bəlkə də bu səbəbdən xüsusi gecələri burada keçirməyə üstünlük verirlər.
Small Hotel (Kiçik mehmanxana)
redaktəƏgər sizin müəssisənizin əvvəlində hotel sözü istifadə edilibsə, burada sözsüz ki, ulduz verilmə prinsipi həyata keçiriləcəkdir. Small (balaca) sözü hoteldə 20-dən artıq olmayan nömrənin nümayişidir. Burada səhər yeməyini yemək üçün gözəl otaq, həmçinin çox da böyük olmayan qonaq otağı olur, eyni zamanda individual hazırlanmış nömrələr diqqəti cəlb edir.
Əlbəttə ki, belə yerdə tennis salonu və hovuzun olmasını düşünməyin. Lakin belə balaca hotellərdə ulduzların verilməsi də yüksək səviyyədə aparılmır və yüksək ulduzlar verilmir. İnfrastrukturun çatışmamazlığı bu cür mehanxanalara verilən ulduzun da az olmasına səbəb olur. Həmçinin keyfiyyət və interyer də bu baxımdan əhəmiyyətlidir. Qiymətə səhər yeməyi daxil edilir, lakin hotelin restoranında nahar etmək, hətta içki içmək də mümkündür. Balaca hotellər Qərbi Avropa ölkələrinə aid edilir, daha çox romantik ərazilərdə yerləşir, hətta tarixi yerlərdə və qalalarda olur.
Resort Hotel (Kurort mehmanxanası)
redaktəÜmumiyyətlə resort sözü (hərfi tərcüməsi kurort deməkdir) böyük hotellər üçün spesifikdir və geniş idman, əyləncə infrastrukturuna malikdir. Bu tanınmış ad daha çox Avropa ölkələrində 4 və 5 ulduzlu hotellərə aid edilir, hətta Asiyada 3 ulduzlu hotellər də resort adlana bilər. Həmçinin sahil zonasında yerləşir, hətta kurort ətrafına aid edilir.
Əlbəttə ki, belə hotellərdə aktiv həyat tərzi keçirən, həmçinin yüksək səviyyəli əyləncə axtaran insanlar məskunlaşır. Buna görə də resort hotellərdə hovuzlar olur, bəzilərində isə bir neçə hovuzun olması da mümkündür. Bununla yanaşı sauna, mini klub, trenajor zalı yaxud fitnes mərkəzi, tennis kortu, şəxsi diskoteka, uşaqlar üçün nəzərdə tutulmuş mini klub da bura aid edilir. Həmçinin otelin yerləşdiyi ərazidən asılı olaraq hoteldə qolf sahəsi, dayvinq məktəbi, sörfinq mərkəzi də görmək olar. Bütün bunlar sağlam və əyləncəli şəkildə keçirilən istirahətə müsbət təsir göstərir. Qiymətə səhər yeməyi və nahar, hətta "all pansion", yaxud "all inclusive" (hər şey daxil) də daxil edilir.
Holiday Village (İstirahət bazası)
redaktəHoliday Village sözü tərcümədə istirahət üçün balaca kənd mənasını ifadə edir, deməli sizi ailəvi, rahat, sadə istirahət gözləyir. Village sözünə hotellərdə rast gəlmək mümkündür, lakin aşağı ulduzlar verilir, bəzən isə HV-1 beş ulduzlu, HV–2 dörd ulduzlu olur. Sizə taxtadan hazırlanmış kotteclərdə belə qalmağı təklif edə bilərlər. Bu zaman sizin döşəməniz kafeldən, vanna otağınız duş kabinəsindən ibarət olacaqdır. Eyni zamanda böyük olmayan, dörd, beş kanalı tutan televizor olacaqdır, nömrədə kreslo və böyük yataq olmayacaqdır. Lakin ərazi əyləncəli olacaqdır, güclü animasiya heyəti burada işləyir, maraqlı və ailəni cəzb edən istirahət təklif edilir. Belə yerlərdə ən böyük diqqət uşaqlara həsr edilir, həmçinin mini klublar da fəaliyyət göstərir.
Resort-SPA (SPA kurortu)
redaktəBu tip hotellərin adlandırılmasında iki sözün birləşməsindən istifadə edilir: Resort və SPA. Bu da artıq hoteldə SPA-mərkəzinin olmasını göstərir. SPA yalnız güclü maskalar və manikür təklif edən gözəllik kabineti deyil. SPA-mərkəzlərində sizə müasir metodlardan istifadə etməklə üz və dərinin mineral sularla müalicəsi daxil müxtəlif prosedurlar təklif olunur. Hətta qədim müalicə ənənələrinə əsaslanan SPA-mərkəzləri də vardır.
Qərbdə SPA-hotelləri dörd və beş ulduzlu olur, olduqca bahalıdır. Şərqdə, xüsusən Tailandda beş ulduzlu hotellərin verdiyi xidmətləri üç ulduzlu otellərdə də görə bilərsiniz. SPA - nın qiyməti adətən hazırlanmış paketə daxil edilmir, lakin bəzən altı günlük kursu bura daxil edirlər. Hətta həmin paketi almayaraq, əla xidmətdən və hotelin digər təkliflərindən maksimum yararlana bilərsiniz. Bu kimi yerlər yüksək standartları sevən şəxslərə təklif edilir.
Self–Catering Apartments (Mətbəxi olan mənzillər)
redaktəBu adi mənzillərdir. Bu mənzillərdə yataq otaqlarının yanında yemək otağı və mətbəx bölməsi də sizin iradənizə verilir. Həmin mətbəxdə ən azı soyuducu, mikrodalğalı soba, boşqablar da yer alır. Bahalı və rahat apartamentlərdə qaz plitəsi, rahat yemək stolu, yumşaq mebel, həmçinin paltar və qabyuyan maşınlar da yerləşdirilir. Bütün bunların olmasına baxmayaraq, çatışmayan cəhət özünəxidmətdir.
Apartamenti müvəqqəti mənzil də adlandırmaq mümkündür. Burada ailə ilə birlikdə yaşamaq olar, həmçinin məhsulları yaxındakı mağazalardan almaq məsləhətlidir. Bütün bunlar restoran və kafelərə edilən maddi sərfiyyatı azaldır. Azərbaycan bazarında apartamentlər hələ ki, geniş yayılmayıb. Çünki bizim insanlar ildə bir dəfə istirahət etməyə üstünlük verirlər, bu zaman da bütün xidmətləri göstərəcək heyət axtarırlar. Avropalılar isə durmadan səyahət edən insanlar olduğu üçün onlar belə yerlərə xüsusi əhəmiyyət verirlər.
Apartamentlər müxtəlif ölüçülərə malikdir; studio (mətbəx bölməsi ilə birlikdə bir otaq), bir, iki yaxud üç yataq otağından ibarət olması mümkündür. Apartamentlərdə nə qədər çox otaq olsa, o qədər çox insanın məskunlaşmış olacaqdır, lakin çox otaqlı apartamentlərə az hallarda rast gəlinir.
Apart Hotel və yaxud Serviced Apartments ( xidmətçi personalı olan mənzillər)
redaktəEyni ölçülü mənzillərdir. Bu kimi yerlər qonaq otaqlarının birləşmiş formasını özündə birləşdirir. Lakin bu nömrələrdə xadimələr vardır və otaqlar yığışdırılır. Eyni zamanda infrastrukturun müəyyən hissələri də daima təmizlənir. Bura hovuz, bar, restoran və başqaları daxildir. Belə yerlərdə qalmaq olduqca bahadır, lakin sizin edəcəyiniz işlər çox azdır. Adətən restoranlarda səhər yeməyi və naharı əvvəlcədən sifariş etmək və pulunu da ödəmək mümkündür. Apart komplekslərin çox hissəsi bu qaydalara uyğun istifadəyə verilir.
Beach Hotel (Çimərlik Hoteli)
redaktəBeach sözü çimərlik mənasını ifadə edir və adından göründüyü kimi hotelin dəniz kənarında yerləşdiyinə işarə edir. Lakin bu yerləşmənin düzgün ulduzların verilməsi və xidmətin səviyyəsinə aidiyyatı yoxdur.
Garden Hotel (Bağ Hotel)
redaktəGarden sözünün mənası bağ deməkdir, deməli sizin hoteliniz yaşıl ərazidə yerləşmişdir. Ən çox rast gəlinən bu tipli hotellər dəniz kənarına yaxın ərazilərdədir. Ulduzların verilməsi müxtəlifdir.
İstinadlar
redaktə- ↑ "Mehmanxana". nedir.az. 2017-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr 2017.
- ↑ "Mehmanxana". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-22.