Yol - Wikipedia
Yol – nəqliyyatda istifadə olunan və müxtəlif məntəqələri bir-birinə bağlayan şəbəkə. Bütün yollar yol nişanları, siqnalverici qurğular və s. ilə tənzimlənir.
Etimologiyası
redaktəYol sözünün mənşəyi Qədim Türkcədən gələn "yolak" (cığır, yol) sözüdür. Güman ki, "yeri-" sözü də "yori-" kəliməsindən gəlir.
Yolun tarixi
redaktəYolların yaranması
redaktəTarixdəki ilk yollar heyvanlar tərəfindən istifadə olunan yerlərdə öz-özünə yaranan cığırlar idi. Zaman keçdikcə bu yollar insanlar tərəfindən istifadə olunmağa başlandı. Belə yaranmış və e.ə. 6000-ci illərdən qalmış yollara misal kimi Yerixo şəhəri yaxınlığındakı su qaynaqları ətrafında rast gəlinir. Qədim Mesopotamiyada, hazırkı İraq ərazilərində yerləşən Ur şəhərindəki daş döşənmiş yollar və İngiltərənin hazırkı Qlastonberi qəsəbəsində taxta deöşənmiş yollar isə təxminən e.ə. 4000-ci illərə aiddir.
Yolların istiqamətlənməsi
redaktəBir zamanlar hər kəs ingilislər kimi yolun solundan gedirdi. Bunun səbəbi əsrlər əvvəl yolun qarşısından gələnin dost, yoxsa düşmən olduğunu bilmək mümkün olmaması idi. İnsanların çoxu sağ əllərini istifadə etdikləri üçün yolun solundan, divar dibindən (piyada və ya atla) gedərək sol tərəflərinin təhlükəsizliyini təmin edir, sağ əllərini isə qılınclarını dərhal çəkəcək şəkildə hazır saxlayırdılar. Yolun solundan səyahət ilk dəfə 1300-cü illərdə papanın Romaya gələcək hacıların yolda qarışıqlığa səbəb olmamaları üçün yolun solundan getmələrini söyləməsi ilə rəsmi hal aldı və əsrlər boyu davam etdi. 18-ci əsrin sonlarında ABŞ-də bir çox atın çəkdiyi avtomobillərdə sürücü oturacağı yox idi və sürücü ən arxada, soldakı atın üstündə otururdu. Bu da yolun solundan gediləndə qarşıdan gələni görməyi və yolun idarəsini çətinləşdirirdi. Çox keçmədən ABŞ-də yol hərəkəti sağdan işləməyə başladı. Fransız Qiyamı əsnasında isə qiyamın liderlərindən Maksimillian Robespyer, böyük ehtimalla, Katolik kilsəsinə meydan oxuyanlara bir jest olsun deyə, parislilərdən yolların sağından getmələrini istədi. Bir müddət sonra, əslində, özü də bir solaxay olan Napoleon ordularındakı hərbi avtomobillərinin yolların sağından getmələri əmrini verdi və zəbt etdiyi hər ölkədə də bu tətbiqi həyata keçirdi. İngiltərə heç bir zaman Napoleon tərəfindən zəbt edilə bilmədiyindən ingilislər yolun solundan getmə vərdişlərindən imtina etmədilər. İngilislər Avstraliya, Hindistan kimi bütün köhnə müstəmləkələrində də bu üsulu davam etdirdilər. İngilislərdə amerikalılardan fərqli olaraq sürücü avtomobilin üstündə və sağında otururdu. Müasir avtomobil texnologiyasının inkişafı ilə bu inkişafın dünyada qabaqcılı olan ABŞ-də sürücü oturacağı və sükan sağdan gedişə uyğun olaraq sola qoyuldu və dünyanın bir çox bölgəsində bu şəkildə yayıldı.
Yolun növləri
redaktəYolun aşağıdakı növləri inkişaf etmişdir:
- Hava yolları
- Quru yolları
- Su yolları
Su yolları
redaktəSu hövzələri vasitəsilə məntəqələri bağlayan yollar, boğazlar, kanallar və s. aiddir. Hal-hazırda dünya ticarətinin 90%-dən çoxu su yolları vasitəsilə aparılır. Su yollarının əsas məntəqələri port və limanlardır. Gəmi və digər su nəqliyyatı vasitəsilə istifadə olunur.
Hava yolları
redaktəHava vasitəsilə hava limanlarını, şəhərləri və s. bağlayır. Su və quru yollarına nəzərən daha yenidir. Təyyarə, planer və digər hava nəqliyyatı vasitələri ilə istifadə olunur.
Quru yolları
redaktəTorpaq vasitəsilə, körpü və digər qurğularla məntəqələri əlaqələndirir. Su və hava yollarından daha çox inkişaf edib. Nəqliyyat vasitəsi kimi minik heyvanlarından, avtomobil, qatar və digər maşınlardan istifadə olunur.
İki yerə ayrılır:
Mənbə
redaktə Avtomobil yolu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |