Varsava - Wikipedia
Varşava (pol. Warszawa ⓘ) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iqamətgahını Varşavaya köçürür. Paytaxt kimi statusu ilk dəfə Polşanın 1791-ci il Konstitusiyasında əksini tapıb. Şəhərin ərazisindən Visla çayı axır.[4]
Varşava | |
---|---|
Warszawa | |
52°13′48″ şm. e. 21°00′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 118 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +48 22 |
Poçt indeksi | 00-000 |
Nəqliyyat kodu | WA, WB, WD, WE, WF, WH, WI, WJ, WK, WN, WT, WU, WW...A/C/E/X/Y, WW...F/G/H/J/W, WW...K/L/M/N/P/R/S/U/V, WX...Y, WX, WY |
Digər | |
um.warszawa.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVarşava şəhərinin əsası 1300-cü ildə polyak knyazlarının biri tərəfindən qoyulub. Sürətlə böyüyən şəhər 1413-cü ildə Masoviya knyazlığının paytaxtına çevrilir. 14–15-ci əsrlərdə Varşava iqtisadiyyatı ticarət və sənətkarlığın əsasında inkişaf edirdi. 1526-cı ildə Varşava Polşa krallığının tərkibinə daxil olur. Artıq 1529-cu ildə ilk dəfə Varşavada Polşa seyminin toplantısı keçirilir. 1569-cu ildən etibarən isə Seym öz toplantılarını daimi olaraq Varşavada keçirməyə başlayır. 1596-cı ildə birləşmiş Poşa-Litva Federasiyası olan Reç Pospolitanın paytaxtı Krakov şəhərindən Varşavaya köçürülür.
Varşavanın paytaxt elan olunmasından sonra şəhər sürətlə inkişaf edərək böyüyür. Şəhərdə bir neçə özəl şirkətlər və yaşayış məntəqələri yaranır. 1655–1658-ci illər arasında şəhər bir neçə dəfə İsveç, Almaniya və Transilvaniya orduları tərəfindən mühasirəyə alınaraq ələ keçirilir və dağıdılır. 1700-cü ildə Böyük Şimal müharibəsi başlanır. Müharibə ərzində şəhər bir neçə dəfə mühasirəyə alınır və ağır rüsumlar ödəməyə məcbur olur. Müharibə bitdikdən sonra Varşava tədricən kapitalist iqtisadiyyatının hakim olduğu şəhərə çevrilməyə başlayır. Varşava 1795-ci ilə kimi Reç Pospolitanın paytaxtı olaraq qalır. Həmin ildə Reç Pospolitanın bir dövlət kimi mövcudluğu sona çatır və onun əraziləri Prussiya krallığı və Rusiya imperiyası arasında bölüşdürülür. Varşava şəhəri Prussiyaya məxsus ərazilərə qatılır və Cənubi Prussiya əyalətinin paytaxtı elan edilir.
1806-cı ildə şəhəri Napoleonun ordusu ələ keçirir. Lakin daha sonra Napoleonun Rusiyaya məğlubiyyətinin ardından şəhər 1815-ci ildə Rusiyanın hakimiyyəti altına keçir. Razılaşmaya görə Polşa konstitusiyalı monarxiya kimi Rusiya ilə birlikdə vahid konfederasiyaya daxil olur. Polşanın paytaxtı yenidən Varşava elan olunur və 1816-cı ildə burada Varşava Universiteti açılır.
İqtisadiyyatı
redaktə2008-ci ildə aparılmış araşdırmaların nəticələrinə əsasən Varşava şəhəri yaşayışın qiymətinə görə dünyada 35-ci ən baha şəhər hesab olunur. Varşava həm də yüksək səviyyədə qloballaşmış şəhər sayılır. Varşava şəhəri və xüsusilə onun mərkəzi hissəsi (Śródmieście) bir çox dövlət idarələrinin, elmi mərkəzlərin və həmçinin bir çox yerli və xarici şirkətlərin qərargahlarının yerləşdiyi yerdir. 2006-cı ilə kimi Varşavada qeydiyyatdan keçmiş şirkətlərin sayı 304.000-i ötüb.
Varşava əhalisinin adambaşına olan gəliri orta polşalının gəlirindən 3 dəfə çox, orta avropalının gəlirindən isə 60% çoxdur. Şəhərdə işsizlik səviyyəsi Polşada ən aşağıdır və rəsmi göstəricilərə görə 3%-dən aşağıdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ zespół autorów Internetowa encyklopedia PWN (pol.).
- ↑ https://it-ch.topographic-map.com/map-74tlt6/Varsavia/?zoom=19¢er=52.24301%2C21.00025&popup=52.24316%2C21.00035.
- ↑ https://bdl.stat.gov.pl/api/v1/data/localities/by-unit/071412865011-0918123?var-id=1639616&format=jsonapi.
- ↑ Varşavaya uçuş haqqında məlumat