Bibiheybet - Wikipedia
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri.[1]
Bibiheybət | |
---|---|
40°18′19″ şm. e. 49°48′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Səbail rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır.[2]
Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var.[3]
Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. [4]
Mədəniyyəti
redaktəBurada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bibiheybət // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 nömrəli Qərarı" (az.). e-qanun.az. 1992-04-29. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
- ↑ Əfəndiyev V.Ə., Qadımov F.E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s. 121
- ↑ "Bibiheybət qəsəbəsi abadlaşır, gözəlləşir". 2013-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.