Hacibaba Huseynov - Wikipedia
Hacıbaba Hüseynəli oğlu Hüseynov (15 mart 1919, Bakı – 24 oktyabr 1993, Bakı) — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990).
Hacıbaba Hüseynov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan Demokratik Respublikası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Fəaliyyət illəri | 1945–1993 |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | qaval |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur.[1] Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir.
1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir.[2] Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur.
Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub.[1] Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.
Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olmuşdur. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.[3]
H. Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat etmişdir.[4] Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.
22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.[5]
Mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 oktyabr 1990
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 mart 1989
Filmoqrafiya
redaktə- Ocaq başı (film, 1990)
- Qayıdış (film, 1992)
- "Hacı Mail" nağılı... (film, 2005)
- Muğamat var olan yerdə… (film, 2009)
- Ver sözə ehya ki... (film, 1990)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Xalq artisti Hacıbaba Hüseynovun doğum günündə məzarı ziyarət olunacaq". mct.gov.az (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 12 mart 2019. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.
- ↑ Энциклопедия Азербайджанского Мугама. Б: Şərq-Qərb. 2012. səh. 97.
- ↑ ""Hüseyn Cavidin doğum günü Hacıbaba Hüseynovu itirdik..."". nizamimuseum.az (az.). Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. 24 oktyabr 2017. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.
- ↑ Һаҹыбаба Һүсејнəли оғлу Һүсејнов // Əдəбијјат. № 43 (2894). 29 октјабр 1993-ҹү ил. С. 6.
- ↑ "Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 22 fevral 2019. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2021.
Ədəbiyyat
redaktə- Hüseynov, Rafael. Hacıbaba Hüseynov (az.). Bakı: Şərq-Qərb. 2017. səh. 144. ISBN 978-9952-34-361-8.