Belcika - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Belçika (nid. België, alm. Belgien, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.
Belçika | |||||
---|---|---|---|---|---|
nid. Koninkrijk België fr. Royaume de Belgique alm. Königreich Belgien | |||||
| |||||
Eendracht maakt macht[1], L’union fait la force[2], Einigkeit macht stark[3] | |||||
Himn: La Brabançonne/De Brabançonne |
|||||
Tarixi | |||||
• Niderlanddan müstəqillik | 4 oktyabr 1830 | ||||
• Müstəqilliyin tanınması | 19 aprel 1839 | ||||
• Aİ-yə qəbul | 25 mart 1957 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Brüssel | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | Filipp [ 21.VII.2013 ] | ||||
Baş nazir | Aleksandr De Kro [ 1.X.2020 ] | ||||
Sahəsi | Dünyada 136-cı | ||||
• Ümumi | 30.528 km² | ||||
• Su sahəsi (%) | 0.71 | ||||
Əhalisi | |||||
• Əhali | 11,750,239 nəfər (81-ci) | ||||
• Sıxlıq | 385 nəf./km² (22-ci) | ||||
• Ümumi | 599.880.000.000 $[7] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $766.025 milyard dollar (37-ci) | ||||
• Adambaşına | ▲ $65,192 dollar (19-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $624.248 milyard dollar (24-cü) | ||||
• Adambaşına | ▲ $53,126 dollar (16-cı) | ||||
İİİ (2021) | 0.937 (artış; 13-cü) | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .be | ||||
ISO kodu | BE | ||||
BOK kodu | BEL | ||||
Telefon kodu | +32 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][8] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Alman və Latın dünyası arasında sərhədi təşkil edən Belçikada holland dilini hollandlar, fransız dilini valonlar, alman dilində isə kiçik bir qrup alman danışır. Belçika federal dövlət quruluşuna malikdir və Holland dilinin rəsmi dili olduğu Flamand Bölgəsindən, Fransız dilinin rəsmi dili olduğu Valon Bölgəsindən və hər iki dilin rəsmi dil olduğu Brüssel-Paytaxt Bölgəsindən ibarətdir. Nəhayət, Valon Bölgəsi və qonşu Almaniyanın sərhədləri daxilində olan kiçik bir almandilli icma Vallon bölgəsinin bir hissəsidir, lakin bəzi ərazilərdə muxtariyyətə malikdir və onların yaşadıqları bölgədə alman dili rəsmi dildir. Belçikanın dil müxtəlifliyi və bununla bağlı siyasi və mədəni münaqişə onun tarixində və hökumət sistemində əks olunur.
Belçika adı, Qarışıq Kelt və Alman xalqı olan Belqaların məskunlaşdığı Roma əyalətinin ən şimal hissəsində yerləşən Qallia Belgicadan gəlir. Belçika, Hollandiya və Lüksemburq tarixdə Benilüksdən daha böyük ərazini əhatə edən Aşağı Ölkələr adlanır. Orta əsrlərin sonundan 17-ci əsrin əvvəllərinə qədər ticarət və mədəniyyət mərkəzi olan ölkə, 16-cı əsrdən 1830-cu ildə Belçika İnqilabına qədər Avropa gücləri tərəfindən Avropanın döyüş meydanı kimi müəyyən edilmişdir. Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi ilə gücləndi.
Müstəqillik əldə etdikdən sonra ölkə sənaye inqilabında həvəslə iştirak etdi və 20-ci əsrdə Afrikada bir çox koloniyalar qurdu. Belçikada 20-ci əsrin ikinci yarısı bir tərəfdən hollandlar və frankofonlar arasında münaqişə, digər tərəfdən Flamand və Vallon bölgələri arasında qeyri-bərabər iqtisadi inkişafla yadda qaldı. Hələ də davam edən bu münaqişələr ölkədə unitar dövlət strukturundan federal dövlətə qədər bir sıra islahatlara səbəb olub.
Etimologiya
redaktəXX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Belcik (بلجيك) adlandırılmışdır.[9]
Tarix
redaktəBelçikaya ilk yerləşənlər Belgelər olub, 5. əsrə qədər Roma İmperiyası idarəsi altında idilər. Beşinci əsrdə isə Franklar ın zəbtinə məruz qaldılar. Daha sonra ölkə Charles (Şarlken)in Qərb imperatorluğuna daxil oldu. 1477-ci ildən sonra, Şarlkenin qardaş oğlu Maximilianın əlinə keçdi. Bundan sonra 300 il qədər Belçika xaricilər tərəfindən idarə edildi. 1713-cü ildə Avstriya İmperatorluğunun əlinə keçdi və "Avstriya Hollandiyası" deyə xatırlandı. Fransa 1813-cü ildə Belçikanı işğal etdi. 1815 də Napoleon məğlub olunca, Belçika Hollandiyalıların idarəsinə girdi. 1830-cu ildə Belçikalılar birləşərək Fransa və İngiltərənin zəmanəti altında müstəqil bir dövlət qurdular. 4 iyun 1831 tarixində bir krallıq halına gələn Belçika, Afrikada müstəmləkəçilik arzularınıda realaşdıra bilmişdir. Müstəmləkələrindən ən son Konqo, 3 iyun 1960 da müstəqilliyini qazandı. Belçika, Birinci və İkinci Dünya Müharibələrinə qatılmış və hər iki döyüşdə də Almaniya tərəfindən işğal edilmiş, Almaniyanın məğlub olması üzərinə işğaldan xilas olmuşdur. BMT və NATO üzvüdür.
Coğrafiyası
redaktəBelçika coğrafi baxımdan üç bölgəyə ayrılır. Qərbdə "Aşağı Belçika", "Orta Vadi" və cənub-şərqdə "Arden platosu"dur. Aşağı Belçika, düz bir ərazi olub, Hollandiya və Şimal dənizi tərəfindən təxminən 64 km əhatələnmişdir. Aşağı Belçikadakı Qərbi Flandriya əyalətinin 500 km-lik sahil bölgəsi polder adlı quru əraziləri ilə əhatələnmişdir ki, bu da sahil ərazilərin okean səviyyəsinin yüksəlməsinə qarşı qorunmasına yardımçı olur. Şimaldakı Kampenland və şərq hissələri qumlu və əkinçiliyə əlverişli olmayan torpaqlara malikdir. Ancaq əhəmiyyətli kömür yataqları burada yerləşir. Antrasit kömürü Belçikanın başlıca gəlir qaynağıdır. Kaolin, dəmir və əhəng daşı da çıxarılır.
Əhalinin böyük bir qismi Orta Belçikada yaşayır və bura yumşaq dalğalı vadilərlə bölünmüşdür. Bu bölgə son dərəcə münbit bir ərazi olub, son zamanlara qədər Belçikanın başlıca kömür qaynağı idi. Şelda çayı Belçikanın şimal-qərbində yerləşir. Ölkənin mərkəzi, təbii geniş kanallara sahib deyil.
Arden yaylası, mərkəz vadiyə Sambre və Maas çayları ilə bağlanır. Ən yüksək yeri Botranj olub, hündürlüyü 694 metrdir. Belçikanın orta yüksəkliyi 160 metrdir. Ölkənin 18%-i meşələrlə örtülmüşdür və taxta-şalbanı çox məşhurdur.
Axar suları: Belçika sərhədində iki axar su qolu vardır. Şelda çayının iki yüz kilometrlik hissəsi Belçika sərhədindən axır. Çayın Almaniya sərhədinə yaxın hissəsində liman şəhəri Antverpen yerləşir. Digəri isə Maas çayıdır. 183 kilometrlik hissəsi Belçika torpaqlarından keçir.
İnzibati bölgü
redaktəBölgələr
redaktə- Brüssel bölgəsi (paytaxt Brüssel)
- Flamand bölgəsi (paytaxt Brüssel)
- Valloniya bölgəsi (paytaxt Namur)
Belçikanın əyalətləri
redaktə10 əyalət və bunlara bağlı mahal statusunda bələdiyyələr vardır.
- Flamand bölgəsiın əyalətləri:
- Antverpen: 2.867 km² (paytaxt Antverpen (şəhər))
- Limburq: 2.422 km² (paytaxt Hasselt)
- Şərqi Flandriya: 2.982 km² (paytaxt Gent)
- Flamand Brabantı: 2.106 km² (paytaxt Löven)
- Qərbi Flandriya: 3.144 km² (paytaxt Brügge)
- Vallon bölgəsiın əyalətləri:
- Vallon Brabantı: 1.091 km² (paytaxt Vavr)
- Eno: 3.786 km² (paytaxt Mons)
- Lyej: 3.862 km² (paytaxt Lyej (şəhər))
- Lüksemburq: 4.440 km² (paytaxt Arlon)
- Namur: 3.666 km² (paytaxt Namur (şəhər))
Şəhərlər
redaktəBelçika əhalisinin 97,3%-i şəhərlərdə yaşayır, ölkədəki ən böyük şəhərlər:
- Brüssel (Brüssel bölgəsi) (1 006 749)
- Antverpen (Antverpen əyalətinin paytaxtı) (457 749)
- Gent (Şərqi Flandriya əyalətinin paytaxtı) (230 951)
- Şarlerua (Eno əyalətində şəhər) (201 373)
- Lyej (Lyej əyalətinin paytaxtı) (185 574)
- Brügge (Qərbi Flandriya əyalətinin paytaxtı) (117 351)
Əhali və sosial həyat
redaktəBelçikada yaşayan insanlar etnik baxımdan iki qrupa ayrılır. Ölkənin şimalında yaşayan Flamandlar, cənubunda yaşayan Vallonlardır. Əhalinin böyük bir əksəriyyəti Brüsseldə yaşıyır. Flamandlar german, vallonlar isə roman mənşəlidirlər. Avropada əhalinin ən az artdığı ölkələrdən biridir. Əhali sıxlığı ən yüksək olan Avropa ölkələrindəndir. Kvadrat kilometrə 323,7 nəfər düşür. Belçikalılar sadə həyatı sevirlər. Xalq ümumiyyətlə festival, velosiped yarışı, idman və kino kimi əyləncələrə düşkündür. Avropada həyat standartı ən yüksək ölkələrdəndir. Ailədə dini bağlar çox qüvvətlidir.
Din
redaktəƏhalisinin böyük əksəriyyəti katolikdir. Bir qismi isə protestant kilsəsinə ibadət edir. Vətəndaşlarının əksəriyyəti şəhərlərdə yaşayır. Əhalinin 67%-ni katoliklər, 27%-ni dinsiz, 6%-ni müsəlmanlar təşkil edir.
Təhsil
redaktəBelçikada təhsil çox inkişaf etmişdir. Gənclərin təhsilində kilsənin böyük bir yeri vardır. 14 yaşına qədər təhsil məcburudur. Kilsənin və Yəhudilərin idarəsində olan məktəblər məşhurdur. Məktəblərdə ümumiyyətlə Flamandca və Fransızca birlikdə öyrədilir. Müxtəlif sahələrdə və bir çox şəhərdə universitetlər qurulmuşdur. Belçika Krallığında ali təhsil
Belçikada ali təhsilin Boloniya prosesinin prinsiplərinə uyğunlaşdırılması məqsədilə aparılan islahatlar bu sahədə ciddi dəyişikliklərə səbəb olub. Ölkənin 2003-cü ildə qəbul olunmuş Ali Təhsil Aktına əsasən ali təhsilin dərəcələri müəyyənləşdirilib. 2004–2005-ci tədris ilindən etibarən ali təhsildə bakalavriat, magistratura və doktorantura pillələri tətbiq edilməyə başlayıb.
Bakalavr dərəcəsinə yiyələnmək üçün 180 Avropa Kredit Transferi (AKT) əldə etmək tələb olunur. Magistr dərəcəsi üçün isə ən azından 60 AKT qazanmaq lazımdır. Bu tələbləri ödəyən məzunların diplomları Avropa ali təhsil məkanının 46 ölkəsində tanınır.
Ali təhsilin kifayət qədər inkişaf etdiyi Belçikanın ən böyük ali məktəbi Levren Universiteti hesab olunur. Bu universitet 14 fakültədən ibarətdir. Təhsil müəssisəsində humanitar fənlər, təbiət elmləri, texnologiya, bio-elm və tibb ixtisasları üzrə mütəxəssislər hazırlanır. Tədris proqramlarının holland və ingilis dillərində aparıldığı universitetdə 26000-dən çox tələbə təhsil alır. Onların 2300 nəfəri dünyanın 100 müxtəlif ölkəsindən olan əcnəbi tələbələrdir. Zəngin maddi-texniki bazası olan ali məktəbin dünya şöhrətli kitabxanasında dörd milyondan çox kitab və 15000-ə yaxın dövri nəşr var.
Belçikada universitetlərlə yanaşı, universitet kolleci də fəaliyyət göstərir. Universitet və universitet kollecində eyni ixtisaslar üzrə tədris proqramları fərqlidir. Yalnız universitetlərdə doktorluq dərəcəsi verilir. Universitet kollecində isə müəyyən peşə istiqaməti üzrə bakalavr proqramı təklif edilir.
Universitetlər və universitet kollecləri bir-biri ilə yaxından əməkdaşlıq edirlər. Bu əməkdaşlıq elmi tədqiqat sahəsində daha çox özünü büruzə verir.
Ölkənin ali təhsil müəssisələrinin fəaliyyəti əsasən hökumət tərəfindən tənzimlənir və onların inkişafı üçün lazım olan tədbirlər həyata keçirilir. Odur ki, ali təhsil müəssisələri daha çox təşkilati müstəqilliyə malikdirlər. Bu müstəqillik maliyyə məsələlərində də özünü göstərir.
İdman
redaktəBelçika idmanın müxtəlif budaqlarında özünü göstərən bir ölkədir. Atletizm, futbol, velosiped, basketbol ən müvəffəqiyyətli idmanlarıdır. Bu vaxt güləş ən çox maraq görən idmanlar arasındadır.
Etnik tərkibi
redaktəAvropanın güclü dövlətləri tərəfindən, 1830-cu ildə, "tampon bölgə"(hərbi əməliyyatları zamanı mülki vətəndaşların qorunması üçün ərazi) olaraq qurulan, İngiltərədə yaşayan bir Alman şahzadənin krallığına verilən və Konqo müstəmləkəsiylə zənginləşərək, ehtiyaclarının böyük qisimini aradan qaldıran Belçika, Hollandiya tərəfindən danışan Flamanlar və Fransızca danışan Valonlardan meydana gəlir. Əhalinin 58%-ni flamanlar, 31%-ni vallonlar, 11%-ni fransızlar və almanlar təşkil edir.
Dil
redaktəÖlkədə almanca danışan kiçik bir xalq qrupu da var. 90%-i fransızca danışan Brüsselin "cüt dilli bölgə" hesab olunur. Flamandlar flamandca, Vallonlar fransızca danışır. Bəzi bölgələrdə almanca da danışılır.
Belçika bu gün
redaktəBelçikalılar, 1980-ci illərin başında, "model olmaq" iddiasıyla yönəldikləri federal sistemlə yerli parlament və rəhbərliklərin səlahiyyətlərini genişlətdilər. Valonya, Flandr və Brüssel bölgələrində fərqli hökumətlər qurularkən, "ayrılıqçılıq" (seperatisme) ölkə konstitusiyasının "təməl qanunları" arasında iştirak etdi. Bu vəziyyət, Valonlar, Flamanlar və Brüssellilər arasındakı qopuqluğu artırarkən, mənfəət qarşıdurmalarını da sürətləndirdi. Siyasi partiyaları da Flaman və Valon olaraq bölünən ölkədə, ayrı-ayrı qurulmuş olan liberal, mühafizəkar və ya sosialist Flaman partiyalar ilə Valon partiyaların, ideoloji meylləri eyni göründüyü halda, tamamilə fərqli görüşlər içində qarşıdurmaları da sürət qazandı. Siyasətçilər, təşkilatlar və vətəndaşlar arasında dialoq gedərək qopdu, cəmiyyətlər arası mənfəət döyüşləri artdı. "Belçikalı" sözü, gedərək yerini "Flaman", "Valon" və "Brüsselli"yə buraxdı. Siyasətçilər, regional problemləri aşmaq və öz seçicilərinin tələblərini cavablamaq üçün dövlət büdcəsini kiçildib, regional büdcələrə ağırlıq verdilər. "Federal təşkilatlar" dövlətin ortaq malları, dəyərləri, mənfəətləri üçün qərar ala bilməz vəziyyətə gəldilər. Dəmiryollarını, vergi sistemini və sosial sığortaları da "regionallaşdırmaq" hədəfi ön plana çıxdı.
Belçika bölünürmü ?
redaktəBelçika mətbuatı və siyasi alimləri, Valon və Flamand siyasətçilərin uzlaşmazlığından qaynaqlanan, 5 aydır davam edən böhranın "süni" olduğunu, bu böhranın, "ictimaiyyəti, ölkənin bölünməsi gərəyinə razısalma məqsədiylə" yaradıldığını müdafiə edir.
Hökumət qurmaqla vəzifələndirilən, Flamand seqmentinin güclü adlarından Xristian Demokrat Partiya (CDV) üzvü Yves Leterme, Valon partiyalarıyla koalisiya axtarışlarında müvəffəqiyyətli ola bilmədi. Müzakirələri tez-tez təxirə salan və şəxsən dövrəyə girən Belçika Kralı II. Albertin təmasları da konkret nəticələndirər gətirmədi.
Mütəxəssislər, "müstəqillik elanına hazır olan Flamandların, Belçikanın sonunu gətirmənin məsuliyyətini tək başına boynuna götürmək istəmədiklərini, Valonları da bu məsuliyyəti paylaşmağa itələdiklərini" ifadə edir. Belçikanın xəritədən silinməsi ehtimalının gedərək artması, gələcəyi məchul bir hal alan Kral ailəsini də narahat edir.
Siyasi partiyaların, ictimai və iqtisadi işləri icra edəcək "keçici bir koalisiya hökuməti" qurması, ölkənin bölünməsi və paylaşılması müzakirələrinin ayrı bir platformada davam etdirilməsi təklifi ön plana çıxır. Belçikanın köhnə baş nazirlərindən, bugünkü Dövlət Naziri Mark Eyskens, siyasi böhran üzündən ölkə iqtisadiyyatının ağır zərbə yediyini, illik inflyasiyanın yüzdə 1,5-dən yüzdə 5-ə atıla biləcəyini söylədi.
İqtisadiyyat
redaktə- Sənaye: Belçika dünyanın ən köhnə dəmir və polad sənayelərindən birinə malikdir. Polad illik istehsalı ortalama 11.000.000 tondur və dünyanın saylı dəmir və polad ixrac edən ölkələrindəndir. Ağır sənaye fabrikləri, metal tökmələr, sink, şüşə fabrikləri və Gand bölgəsində kimya sənayesi qurulmuşdur. Kimya sənaye üç ana sektordan ibarətdir. Təməl kimyəvi məhsulları, çıxarılmış kimyəvi maddələr və həssas kimyəvi mallardır. Kimyəvi malların xeyli çoxu ixrac edilməkdədir. Dövlət gəlirlərinin cəmi 7% ini təşkil edər. Əhalinin 40% ı sənayedə çalışmaqdadır.
- Tekstil istehsal: Kətan bezi, pambıqlı toxuma və jüt kimi toxuculuq çox irəlidir. Tekstil sənaye məhsullarının çoxu ixrac edilər. İxracat, məmulat və yarı məmulat şəklində edilər. Brüssel, Brüqqe əhəmiyyətli tekstil mərkəzləridir.
Nəqliyyat
redaktəBelçika şəbəkə kimi hörülmüş bir quru və dəmiryoluna malikdir Avropa qitəsinin ilk dəmiryolu Belçikada döşənilmişdir. Dəmiryollarının hamısı elektriklidir və bütün qonşularıyla əlaqəlidir. Brüsseldə tutumu böyük bir hava limanı qurulmuşdur. Dünya ölkələriylə əlaqə Brüsseldən təmin edilər. Belçika, çölə, kimyəvi maddələr, maşın növləri, qida maddəsi, meyvə, çiçək satar; çöldən neft, xammal və kimya sənayesində istifadə edilən xammallar satın alar. İxracatının 40% ını sənaye məhsulları təşkil edir.
Maraqlı faktlar
redaktə- Belçikada 800 növ pivə istehsal olunur.
- Belçikada hər km²-da 320 insan yaşayır.
- Hər il Belçikada 172 min ton şokolad istehsal olunur və 2130 mağazada satılır.Brüssel Hava Limanı isə dünyada ən böyük şokolad satış məntəqəsidir.
- Hər belçikalı ildə 150 litr pivə içir.
- Dünyada ilk pivə akademiyası Belçikanın Limburq əyalətinin Xerk-de-Stad şəhərində 1999-cu ildə açılıb.
- 2002-ci ildən Belçikada intihar etməyə icazə verilir.
- Avropada ən az McDonald`s Belçikadadır.
- Belçika işçi vizasının ən çox alındığı ölkələrdən biridir.[10]
- Belçikada 18 yaşı tamam olmuş hər insan 3 qram çətənə gəzdirə bilər.
- Əcnəbilərə vətəndaşlıq verməsinə görə Belçika dünyada 2-cidir (Birinci Kanadadır.)
- İlk dəfə elektron vəsiqə tədbiq etmiş ölkə Belçikadır. (2003-cü ildə)
- Avropada ilk kazino 1763-cü ildə Belçikanın Spa şəhərində açılıb.
- Dünyada bilyard şarlarının 80%-i Belçikada istehsal olunur.
- Belçika hər km²-a düşən avtomobil sayısına görə dünyada 3-cü (Birinci Hollandiya, ikinci Yaponiya), dəmiryollarının sıxlığına görə isə dünyada 1-cidir.
- Belçika əhalisinin 98%-i kabel televiziyasına sahibdir. Bu sahədə dünyada birincidir.
- Belçika neft-kimya sənayesinə görə dünyada 2-cidir.
- Dünyada faiz göstəricisinə görə ən çox şəhər əhalisinə Belçika sahibdir: 97%
- Saksafonu 1840-cı ildə belçikalı Adolf Saks ixtira edib.
- Dünyada ilk qəzet çapı 1605-ci ildə Belçikanın Antverpen şəhərində reallaşıb.
- "Pralayn" şokolad növü ilk dəfə Belçikada hazırlanıb.
- Belçika dünyada ən çox komiks çap edən ölkələrdəndir.
- Belçikanın Eno əyalətinin Tyo şəhərində hündürlüyü 73,15 metr olan gəmiqaldırma lifti var.
- 2016-cı ildə Belçikanın Vaterloo şəhərində Xurşidbanu Natəvanın abidəsi ucaldılıb. Abidənin müəllifi heykəltaraş İmran Mehdiyevdir.[11]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.belgium.be/nl/over_belgie/land/belgie_in_een_notendop/symbolen/wapenschilden.
- ↑ 1 2 https://www.belgium.be/fr/la_belgique/connaitre_le_pays/la_belgique_en_bref/symboles/blasons.
- ↑ 1 2 https://www.belgium.be/de/ueber_belgien/land/belgien_auf_einen_nenner_gebracht/symbolen/wappenschild.
- ↑ 1 2 Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
- ↑ http://www.belgium.be/en/about_belgium/government/federale_staat.
- ↑ https://www.cia.gov/library/publications/the-world-factbook/geos/be.html.
- ↑ World Bank Open Data. Dünya Bankı.
- ↑ Worldwide Driving Orientation by Country (ing.).
- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909 (p. 28)
- ↑ "Arxivlənmiş surət". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ "Belçikada Xurşidbanu Natəvanın abidəsi ucaldıldı. Mədəniyyət xəbərləri 20.02.16 TTV". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-22.