Basketbol - Wikipedia
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur.[1] Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir.
Basketbol | |
---|---|
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
Yaranma tarixi | dekabr 1891 |
Xüsusiyyətləri | |
Tipi | komanda oyunu |
Cinsiyyətə görə | kişi, qadın |
Oyunçu sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBasketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır. Oyunun əsl hədəfini səbətlər meydana gətirdiyindən, Dr. Naismit tərəfindən bu oyuna "səbət topu" mənasını verən basketbol' adı verilmişdir.
Basketbol, yaradılmasından qısa bir müddət sonra YMCAi aşaraq bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılmışdır. Gənclərdə bu idmana qarşı oyanan istək klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etmiş və beləcə basketbol, Amerikanın ən məşhur milli oyunu halına gəlmişdir.
Dünya basketbolunun inkişafı
redaktəBasketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30–32 düym (76,2–81,3 sm.) qədər artdı. 1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən sərbəst atışlar qəbul olundu. Yaranmasından az sonra basketbol ABŞ-də populyarlaşdı. Daha sonra bu oyunu başqa ölkələrdə də oynamağa başladırlar. 1891–1918-ci illər basketbolun inkişafının birinci mərhələsi hesab olunur – bu mərhələdə basketbol yeni oyun kimi puxtələşir. Gimnastika dərslərinin canlanması üçün icad olunan basketbol sonralar öz xüsusiyyəti ilə idman oyunlara çevrildi. Milli Basketbol Federasiyaların yaradılması onun gələcək inkişafına təsir göstərdi. 1919–1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur. 1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF yaradıldı. Bu federasiyaya Argentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveç və Çexoslovakiya ölkələri daxil oldu (8 ölkə). 1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilmişdi. Bu çempionatda yüksək yeri Pribaltika basketbolçuları tutmuşdu. Avropanın ilk çempionu Latviya komandası olmuşdu. İlk dəfə qadınların Аvropa çempionatı 1938-ci ildə keçirilmişdi. 1935-ci ildə isə basketbol Olimpiya oyunları proqramına daxil edildi. 1936-cı ildə isə XI Olimpiadada – (Berlin-Almaniya) 21 ölkə basketbolçuları iştirak etmişdir. Bu zaman BBF-nın ilk konqresi keçirilmişdi. Konqres basketbol oyunu üçün vahid qayda qabul etmişdi. 1948–1956-cı illər basketbol inkişafının üçüncü mərhələsidir. BBF – başqa beynəlxalq idman birliklərində başlıca yer tutmuşdu. BBF-nın rəhbərliyi altında beynəlxalq yarışlar, çempionatlar keçirilir. Artıq 1948-ci ildə Beynəlxalq Basketbol Federasiyasında 50 ölkə iştirak edirdi. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilmiş və bu çempionatda argentinalılar qalib gəlmişdilər. Üç ildən sonra Çilidə qadın komandaları ücün dünya birinciliyi keçirildi. Dünya çempionu adını ABŞ idmançıları qazanmışdı. Sonralar çempionatlar dörd ildən bir keçirilməyə başladı. Hər il BBF-nın rəhbərliyi altında çempionatlar və kuboklar kuboku uğrunda basketbol yarışları təşkil olunur. Belə BOK-in qərarına görə 1976-cı ildə keçirilən XXI Olimpiya oyunlarında (Monrealda-Kanada) qadın komandaları daxıl edildi. Basketbol indi bütün dünyada inkişaf etmiş və sevimli oyuna çevrilmişdir. Hal-hazırda Beynəlxalq Federasiya 167 ölkə Milli Federasiyasını öz heyətində birləşdirir. 1984-cü ildə ABŞ-də ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başlandı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı. Topun tutulması, ötürülməsi, aparılması və səbətə atılması kimi texniki fəndləri meydana gəldi. Lakin texnikada dinamiklik çatışmırdı – bütün ötürmələr və atmalar bir yerdən iki əllə yerinə yetirilirdi. Taktikada komanda üzvlərinin oyun funksiyası və onların müdafiəçilərə və hücumçulara bölünməsi müəyyənləşdi. Əsasən bu illər basketbol Avropa və Cənubi Amerika ölkələrinə yayılmağa başladı.Evrika
Azərbaycan basketbolunun tarixi
redaktəAzərbaycanda basketbolun inkişaf tarixi digər idman növləri kimi ilk addımlarını hələ 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xarici neft şirkətlərində çalışan fəhlə və qulluqçuların təşəbbüsü ilə atmışdır. Digər tərəfdən yerli sakinlər üçün qəribə görünən bu idman növlərinin inkişafı həmin ölkələrin mədəni, mənəvi zənginliyini sübuta yetirən faktor kimi yerli insanların marağına səbəb olmuşdur.
Basketbol digər idman növləri kimi Azərbaycanda özünün ilk addımlarını 1920-ci ildən atmağa başlayır. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil müəssisələrində, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı. 1923-cü ildən başlayaraq bütün kompleks yarışların proqramına basketbol idman növü də daxil edilir və basketbol üzrə sadə idman meydançaların kütləvi təşkili əksər təşkilatların diqqət mərkəzində olurdu. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu.
Tədricən basketbol Azərbaycanın digər şəhər və rayonlarında inkişaf etdirilməyə başlayır. Komandaların say artımı ilə yanaşı basketbolun texniki və taktiki keyfiyyətləri təkmilləşdirlir, topun səbətə salınmasında yeni–yeni üsullar tədbiq edilməyə başlanır ki, bunlar da basketbol oyunun inkişafa daha böyük meyl etməsinə və nəticə etıbarlı basketbolun estetik baxımdan daha cazibədar formaya yiyəlməsinə səbəb olur. Tədricən fərdi oyundan kollektiv oyun sisteminə keçid prosesi başlayır.
1930-cu ildən başlayaraq müntəzəm olaraq keçirilən Zaqafqaziya Respublikaları Spartakiadaların proqramına kişilər və qadınlardan ibarət yarışların keçirilməsi proqrama daxil edilir ki, bu da basketbolun Zaqafqaziyada da geniş inkişaf etməsinə təkan verir, istedadlı basketbolçuların hər üç respublikada yetişməsinə imkan yaradırdı.
1931-ci ildə artıq Azərbaycannın kişilərdən ibarət seçmə komandası Zaqafqaziya birinciliyinin qalibi olur və ilk dəfə SSRİ birinciliyində müstəqil komanda ilə çıxış etmək hüququna malik olur. Bu ildən başlayaraq Azərbaycanın kişilərdən ibarət seçmə komandası Zaqafqaziyada uzun müddət liderliyi özündə saxlayır və ildən ilə idmançılarımızın texniki və taktiki hazırlıq səviyyəsi rəngarəng olmağla müasirləşir, yeniləşirdi.
1934-cü ildən başlayaraq ilk dəfə basketbol üzrə respublika birinciliyi keçirilməyə başlanır. Bu da basketbolun Azərbaycanda Bakı şəhərində əlavə digər şəhər və rayonlarında inkişafı ilə əlaqədar idi. Bu yarışlarda Bakının, Gəncə və Xanların seçmə komandaları çıxış edirdilər. Yarışlar dairəvi sistemdə keçirilirdi, Azərbaycanın ilk respublika çempionu adına Bakının "Dinamo" cəmiyyətinin komandası layıq görülür. Onu da deyək ki, bu cəmiyyət sonrakı beş il ardıcıl olaraq bu liderliyi özündə saxladı.
Basketbol Azərbaycanda geniş yayılmasının və respublikamızda istedadlı basketbolçuların yetişməsinin nəticəsidir ki, artıq 1935-ci ildən başlayaraq Azərbaycanın seçmə komandası SSRİ birinciliyi yarışlarında uğurla çıxış etməyə başlayır. Elə həmin ildən başlayaraq respublikamızın qadınlardan ibarət seçmə komandamızda SSRI birinciliyi yarışlarında öz qüvvələrini sınamağa başlayır. Leninqrad şəhərində 12 kişi və 12 qadın komandaları arasında keçirilən bu yarışlar hərəsi 6 komandadan ibarət olan 2 yarımqrupa bölünmüşdülər. Azərbaycanın hər iki komandası birinci qrupda çıxış edirdilər. İlkin yarışlarda qadınlarımızdan ibarət komanda 3-cü yeri tutaraq finalda Ukrayna seçmə komandası ilə görüşdə 22:24 həsabı ilə məğlub olaraq türnirdə 4-cü yeri tutur, kişilər arasında Daşkənddə keçirilən yarışda isə komandamız nisbətən zəif çıxış edərək 11-ci yer ilə kifayətlənir.
1936-cı il SSRİ birinciliydə birinci qrupda çıxış edən qadınlardan ibarət seçmə komandamız ilkin yarışlarda Gürcüstanın seçmə komandasına 41:20, Belarusiyaya 30:16, Xarkova 23:3, Sverdlovsk şəhərinin seçmə komandasına 28:14 və Kiyev komandasına 25:17 hesabı ilə qalib gələrək turnirin üçüncü yerinə sahib olaraq, mükafatçılar sırasına daxil olur.[2]
Avropada
redaktəBasketbolun Avropadakı ilk sınağı, 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonunda edilmişdir. Daha sonraları, xüsusilə Birinci dünya müharibəsi əsnasında, basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri olmuşdur. Sürətlə inkişaf göstərən basketbol beləcə Avropada ən yayılmış idmanlar arasında yerini almışdır. Amerika, 1897-ci ildə kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək, bu idmanı ölkə diametrində məşhur hala gətirmişdir. Amerikalılar milli idman olaraq mənimsədikləri basketbolu, 1904 Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında matçlar təşkil edərək, Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtmışlar. 1905-ci ildə dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden, qapılarını basketbola açmışdır.
Asiyada
redaktəUzaq şərqdə də 1913-cü ildən etibarən basketbol oyunları keçirilməyə başlanmışdır. Beləcə bu oyun bir neçə il içində Kanada, Fransa, İngiltərə, Avstraliya, Çin və Hindistan başda olmaqla, bütün dünya ölkələrində sürətlə yayılmış, xüsusilə böyük şəhərlərdəki geniş idman sahələrində edilən universitetlər arası qarşılaşmaların, basketbolun baxımlı idman növü olaraq yayılmasında əhəmiyyətli rolu olmuşdur. Beynəlxalq Həvəskar Basketbol Federasiyası (FIBA), beynəlxalq qarşılaşmaları idarə etmək məqsədi ilə, 20 İyun 1932-də İsveçrənin Cenevrə şəhərində İsveçrə, Yunanıstan, İtaliya, Portuqaliya, Argentina, Rumıniya və Çexoslovakiya Basketbol Federasiyalarının əməkdaşlığı ilə yaradılmışdır. FIBA hər dörd ildə bir, Olimpiya Oyunlarının təşkil edildiyi şəhərdə toplanaraq, basketbolu daha cazibədar hala gətirmək üçün lazımlı qaydada dəyişikliklərini etməkdədir.
Avropa Basketbol Çempionatı 1935-ci ildə başlamış, 2 ildə bir təşkil edilməkdədir. Həvəskar bir idman növü olaraq basketbol, ilk dəfə 1936-da Berlində təşkil edilən Olimpiya Oyunlarına daxil edilmişdir. 1951-ci ildə başlayan Kişilər arasında Dünya çempionatını 1953-də Qadınlar arasında Dünya Çempionatı izləmiş, Olimpiya Oyunlarına basketbol növündә qadınlar ilk dəfə 1976-da qatılmışlar. Avropa liqası isə 1995–96 mövsümündə başlamışdır.
Oyun Qaydaları
redaktə- Basketbol müsabiqələri iki hakim tərəfindən idarə olunur. Qonaq komanda sahəni seçmə haqqına malikdir. Hər təhvil verən sonra sahə dəyişməsi edirlər.
- Oyun orta sahə xəttində hər komandadan bir oyunçu arasında edilən hava atışı ilə başlayır. Hava atışına çıxan oyunçular topu tək əlləri ilə komanda yoldaşlarına qazandırma hədəfini daşıyır.
- Oyun 10 dəqiqəlik dörd mərhələdən meydana gələr. Birlik vəziyyətində uzatma mərhələsi oynanılır. Hər komanda ilk üç mərhələdə və uzatma mərhələsində 2 dəqiqəlik bir dördüncü mərhələdə iki fasilə haqqına malikdir. İkinci ilə üçüncü mərhələ arasında 15 dəqiqəlik dövrə arası verilir.
- Hücum edən komanda öz sahəsini 8 saniyə içində tərk etmək 24 saniyə içində də hücumunu tamamlamaq məcburiyyətindədir əks halda top istifadə etmə haqqı rəqib komandaya keçir.
- Oyunçu top ilə birlikdə top sürmə (dribbling) pas atma (passing) zərbə atma (shooting) fəaliyyətlərini etmə şansına malikdir. Bir oyunçu topu əlinə alaraq dayanırsa təkrar top atma şansına sahib olmayacaq; topu istədiyi istiqamətə və adama pas ya da zərbə atmaq məcburiyyətindədir.
- Hər komanda 5 adamdan meydana gələr və komandaların sərhədsiz oyunçu dəyişikliyi haqqı vardır. Əgər faul haqqını doldurmamışsa hər çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Bir komandadakı beş oyunçudan biri ortada (post) ikisi müdafiə etmə (guard) və ikisidə hücum (forward) oyunçusudur.
- Oyunu bir baş hakim və köməkçi hakim olaraq iki hakim idarə edir.
- Hər oyunçu beş faullə oyun xaricində qalar və təkrar o maç üçün oyuna daxil ola bilməz. Hər oyunçunun fərdi olaraq etdiyi faul sayının cəmi komanda faullərini də təyin edər. Cəmdə dörd komanda faulünə çatan komandanın daha sonra etdiyi hər faul qarşı komandaya sərbəst atış istifadə etmə haqqı qazandırar.
- Hakim tərəfindən dayandırılmadıqca top putadan və ya çevrədən dönsə oyun davam edər. Ayrıca oyunçu sahəni təyin edən xəttlərin xaricinə təmas etmədikcə top oyun xəttlərinin xaricinə dəymədən havadan sahə xəttinin xaricinə çıxsa da oyunçu topu içəri çevirə bilsə də oyun davam edər.
- Hər atışından sonra və ya hakimin fiti çalmasının ardından oyun və oyun zamanı dayanar. Ədəd yeyən komandanın səbət gerisindəki xətt arxasından topu oyuna salması ilə həm zaman həm də oyun təkrar başlar. Oyun içindəki digər vəziyyətlərə görə hakimin göstərdiyi yerlərdən top oyuna salınar.
- Üç ədəd xətti içindən edilən hər müvəffəqiyyətli atış iki ədəd üç ədəd xətti gerisindən edilən hər müvəffəqiyyətli atış üç ədəd olaraq qiymətləndirilər. Faullərdən və ya qayda pozuntularından ötəri qazanılan müvəffəqiyyətli sərbəst atışlar bir ədəd olaraq qiymətləndirilər.
- Oyunçular iki vəziyyətdə cəzalandırılar:
- Fərdi qayda pozuntuları
- Faul edilən vəziyyətlər.
Qayda pozuntusu və ya səhvi (səhvli getmə topun xətt xaricinə çıxması hücum oyunçusunun üç saniyədən çox post içində dayanması v. b) top istifadə etmə haqqını qarşı komandaya verər. Edilən fərdi faullər ( itələmə çəkmə vurma tutma v. b) isə oyunçunun faul cəzası almasını təmin etdiyi kimi faulün edildiyi yer göz qarşısında saxlanılaraq rəqib topu yandan oyuna salar ya da sərbəst atış etmə haqqı qazanar.
- Sərbəst atış haqqı ədədi faulun edildiyi zaman yer və növünə görə dəyişər. Şut atışı əsnasında faul edilmiş və atış ədəd olmamışsa atışı edən komandaya iki sərbəst atış haqqı verilər. Əgər atış ədəd olmuşsa bir sərbəst atış haqqı verilər. Bir sıra bir dövrədəki "komanda faul" sərhədini keçmiş və atış sahəsi xaricində faul etmişsə o zaman birə-bir deyilən sərbəst atış haqqını istifadə edər. Bu atışda qayda ilk atış ədəd olsa ikinci atış etmə haqqı qazanmaqdır. Birə-birdə ilk atışı qaçıran ikinci atışı edə bilməz top səbətdən oyun sahəsinə dönsə oyun davam edər. Texniki faullərdə (oyunu gecikdirmə sportmenlik xarici davranışlar hakimə etiraz icazəsiz oyuna girmə v. b) iki sərbəst atış haqqı verilər.
Xarici keçidlər
redaktə- Basketball @ Open Directory Project Arxivləşdirilib 2016-09-06 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Большой Энциклопедический словарь (БЭС; 1992; 2-е изд., 1998)
- ↑ "Azərbaycanda basketbolun inkişaf tarixi". 2021-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-02.
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |