1919 - Wikipedia
1919 - Haqqında Məlumat
1919 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1919 MCMXIX |
Yuli təqvimi | 1919 |
Yuli təqvimi bizans erasında |
7427-7428 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2671-2672 (21 aprel) |
Avropa təqvimi |
5679-5680 ה'תרע"ט - ה'תר"ף |
Hicri təqvim | 1337-1338 |
Erməni təqvimi | 4411-4412 (11 avqust)
ՌՋԺԹ |
Çin təqvimi | 4615-4616 戊午 - 己未 sarı at - sarı qoyun |
Efiopiya təqvimi | 1911 - 1912 |
Hind təqvimi | |
- Vikram-samvat | 1975-1976 |
- Şaka sambat | 1841—1842 |
- Kali-yuqa | 5020-5021 |
İran təqvimi | 1297-1298 |
Buddist təqvimi | 2462 |
Holosen təqvimi | 11919 |
Yapon xronologiyası | 8 Taysyo erası |
Fransız inqilabı təqvimi | 127—128 |
Çuçxe təqvimi | 8-ci çuçxe ili |
Minqo təqvimi | 8-ci Tayvan ili |
Hadisələr
redaktəYanvar
redaktə- 15 yanvar:
- Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi.
- Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri Baş Qərargahının təşkil edilməsi.
- 18 yanvar—28 iyun — Paris Sülh Konfransının keçirilməsi.
- Əmək Nazirliyinin fəaliyyətə başlaması.
Fevral
redaktə- 5 fevral — Quba məsələsi
- 25 fevral — Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinetin öz fəaliyyətini dayandırması.
- 28 fevral — Naxçıvan general-qubernatorluğunun yaradılması.
Mart
redaktə- Bakıda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması.
- Ərəb əlifbasından latın əlifbasına keçmək üçün parlament komissiyasının yaradılması.
- Milanda faşistlərin ilk toplantısının keçirilməsi.
Aprel
redaktə- 14 aprel — Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökumətinin təşkil edilməsi.
- 25 aprel — Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyama başlaması.
May
redaktə- 2 may — Azərbaycan məsələsinin ilk dəfə Böyük Britaniya, ABŞ, Fransa və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi.
- 28 may — Azərbaycan Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin ABŞ prezidenti V. Vilson tərəfindən qəbul edilməsi.
- Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Arbitrajın yaradılması.
İyun
redaktə- 11 iyun — Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi xidmət orqanının - "Əksinqilab ilə Mübarizə Təşkilatı"nın yaradılması.
- 16 iyun
- Azərbaycan ilə Gürcüstan arasında Denikin təhlükəsinə qarşı hərbi-müdafiə müqaviləsinin bağlanması.
- Azərbaycan Respublikası ilə Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması
- 26 iyun — Araz-Türk Respublikasının süqutu.
- 28 iyun — Almaniya ilə Versal sülh müqaviləsinin imzalanması.
- Azərbaycan Xəzər Donanmasının yaradılması.
İyul
redaktə- 23 iyul — Muğan Sovet Respublikasının ləğv olunması.
- 31 iyul — Xalq Müvəkkillər Şurasının qərarı əsasında Veymar şəhərində Müəssislər Məclisi tərəfindən Almaniya Respublikasının Konstitusiyasının təsdiq edilməsi.
Avqust
redaktə- 1 avqust — Macarıstan Sovet Respublikasının süqutu.
- 9 avqust — Böyük Britaniya-İran sazişinin bağlanması.
- 23 avqust — Lənkəran əməliyyatı
Sentyabr
redaktə- 1 sentyabr — Azərbaycan parlamenti tərəfindən Bakı şəhərində Universitet açılması barədə qahuh qəbul edilməsi. Bakı Dövlət Universitetinin yaradılması.
- 10 sentyabr — Antanta ölkələri ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması.
- 15 sentyabr — Bakı Universitetinin işə salınması
- 30 sentyabr — Bakıda Dövlət Bankının açılması.
Noyabr
redaktə- 23 noyabr — Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması.
- 27 noyabr — Antanta ölkələri ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması.
- Fransada Milli blokun yaradılması.
Dekabr
redaktə- 7 dekabr — "İstiqlal" muzeyinin açılışı.
- 24 dekabr — Nəsib bəy Yusifbəylinin hökumət kabinetinin yaratması.
- 29 dekabr — "Müsəlman Şərqini Öyrənən Cəmiyyət"in yaradılması.
- Almaniyada Nasist (Almaniya nasional-sosialist fəhlə partiyası) partiyasının yaradılması.
Doğumlar
redaktə- 7 fevral — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru.
- 20 fevral — Zahid Vəlibəyov, SSRİ-nin Fəxri Energetiki, Azərbaycan SSR-in Əməkdar Mühəndisi.
- 3 mart — Hacıbaba Hüseynov, Azərbaycan xanəndəsi.
- 20 aprel — Əhməd Abasquliyev, psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).
- 7 may — Soltan Hacıbəyov, Azərbaycan bəstəkarı.
- 20 iyul — Edmund Hillari, Everestin zirvəsini fəth etmiş ilk insan.
- 26 dekabr — Əminə Dilbazi, Azərbaycan rəqqasəsi
Vəfatlar
redaktə- 6 yanvar — Teodor Ruzvelt, Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti
- 13 mart — İvan Bubnov
- 20 iyun — Tivadar Kostka Çontvari, Macar rəssamı
- 15 iyul — Emil Fişer, Alman fiziki
- Avaz Otar
- Adolf Qurviç