Ivan Bubnov - Wikipedia
İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod – 13 mart 1919[1], Petroqrad) — rus gəmiqayırma mühəndisi və alimi.[4]
İvan Bubnov | |
---|---|
Ivan Grigoryevich Bubnov | |
| |
Doğum tarixi | 18 yanvar 1872 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 mart 1919[1] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tif qızdırması[d] |
Dəfn yeri |
|
Milliyyəti | Rus |
Elm sahəsi | Möhkəmlik |
İş yerləri | |
Mükafatları |
Həyatı
redaktə1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir.[4]
"Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır.[4]
Fəaliyyəti
redaktəBubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir.[4]
1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Бубнов Иван Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Бубнов, Иван Григорьевич (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1911. Т. 5. С. 131.
- ↑ 1 2 Бубнов, Иван Григорьевич (rus.). // Больница — Буковина 1927. Т. 7. С. 764–765.
- ↑ 1 2 3 4 5 Bubnov// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 170. — Səh.: 14. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.