Nizami Gencevi Adina Milli Azerbaycan Edebiyyati Muzeyi - Wikipedia
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi | |
---|---|
Əsası qoyulub | 1939 |
Açılış tarixi | 14 may 1945 |
Mövzu | Ədəbiyyat |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, AZ 1001, İstiqlaliyyət, 53 |
Kolleksiyası | 59 275 eksponat [1] |
Direktor | Rafael Hüseynov |
Muzeyə yetişmək | M 1 İçərişəhər metrostansiyası |
Telefon | (+994 12) 492-18-64 |
İş rejimi | 11.00 - 17.00, Bazar ertəsi – Şənbə |
40°22′11″ şm. e. 49°50′11″ ş. u.HGYO | |
|
|
nizamimuseum.az/museum/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin tarixi
redaktəMuzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi.
Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman — 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən — o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.[3]
Muzey Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərgi xatırə muzeyinin təşkili haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1 noyabr 1939-cu il tarixli 4972 №-li sərəncamı ilə yaradılmışdır. Lakin onun açılışı 1945-ci il may ayının 14-nə təsadüf edir. Memarlar Sadıq Dadaşov və Mikayıl Üseynovun layihəsi çərçivəsində əsaslı təmir işləri aparılmış, baş fasadda heykəllər quraşdırılmış və daha iki mərtəbə tamamlandı. Binanın fasadında Azərbaycanın görkəmli şairləri və yazıçılarının heykəlləri quraşdırılıb. Məhəmməd Füzuli (heykəltaraş F. Əbdürrəhmanov), Molla Pənah Vaqif (heykəltaraş C. Qaryağdı), Mirzə Fətəli Axundov (heykəltaraş P. Sabsay), Xurşidbanu Natəvan (heykəltaraş E. Tripolskaya), Cəlil Məmmədquluzadə (heykəltaraş N. Zaxarov) və Cəfər Cabbarlı (heykəltaraş S. Klyatsky). Muzeyin interyeri Lətif Kərimov tərəfindən bəzədilmişdir. Sonradan Nizami xatirə muzeyi Azərbaycan Ədəbiyyatı Muzeyinə çevrilmişdir.[4]
1959 və 1967-ci illərdə muzey hərtərəfli bərpa edilmiş, genişlənmişdir. 2004–2009-cu illərdə təmir və restovrasiya olunmuşdur. Sərginin sahəsi 2500 kv. metrədək artmışdır.
Muzeyin ekspozisiyası
redaktəAzərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.
Ekspozisiya zallarında Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyin Cavid, Salman Mümtaz, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal kimi tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar toplanmışdır. Muzey mütəmadi olaraq müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet və bələdçilər nəşr etdirir.
Nizami muzeyində ardıcıl olaraq Nizami lektoriyaları, elmi seminarlar, mühazirələr, tanınmış ictimai, elm və mədəniyyət xadimləri ilə görüşlər təşkil edilir.
Muzeyin direktoru akademik Rafael Hüseynovdur.[5]
Qalereya
redaktə-
Üzərində Nizami Gəncəvi adına Milli Azərbaycan ədəbiyyatı muzeyinin əksi olan poçt markası. Bakı-2012
-
Muzeyin fasadında olan kaşı bəzəkləri
-
Bəhram yeddi gözəlin rəsmlərinə baxarkən, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161
-
Çeçmə başında Şirin, Nizami Gəncəvi, Xəmsə, "Xosrov və Şirin", Behzad minyatur məktəbi, 1479, eni 11 sm, hündürlüyü 18,5 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/J
-
Bəhramın iki şir arasından tacını götürməsi, Nizami Gəncəvinin Xəmsəsindən "Yeddi Gözəl" poemasına çəkilmiş miniatür, Behzad məktəbi, 1479, eni 10,5 sm, hündürlüyü 20 sm, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı, Nr. 1161/31
İstinadlar
redaktə- ↑ "Azərbaycan muzeyləri (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi)". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-18.
- ↑ "Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyi". 2010-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-18.
- ↑ "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-09.
- ↑ "Tişə ustası Cəlal Qaryağdı. 525-ci qəzet.- 2012.- 20 mart.- S.7". 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.
- ↑ "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi". 2009-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-09.