Qasim Bey Hacibababeyov - Wikipedia
Hacıbababəyov Qasım bəy Hacıbaba bəy oğlu (1811, Şamaxı – 1874, Şamaxı) — Bakının mərkəzinin formalaşmasında böyük rol oynamış XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar.
Qasım bəy Hacıbababəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 1874 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Şamaxı, Salyan |
Əsas tikililəri |
|
Şəhərsalma layihələri | Şamaxı və Cavad şəhərlərinin baş layihələri |
Abidələrin bərpası | Şamaxı Cümə məscidi (1870) |
Tələbəsi | Məşədi Mirzə Qafar İsmayılov |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy kimi memar idi. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərib.[1] 1858–1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayıb. 1858-ci ildə Şamaxıda tikdiyi teatr binası Azərbaycanın ilk teatr binasıdır.[2]
Müqəddəs Anna Ordeni ilə təltif edilib.[2]
1868-ci ilədək Bakı şəhərinin memarı.[3]
1860-cı ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarlarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov sahil zolağını nizamlayıb və orada II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar salınıb.[4]
Parapet meydanını[5] və 1868-ci ildə o ərazidə yerləşən karvansara binasını inşa edib.[6]
1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.
Fəaliyyəti
redaktəQasım bəy Hacıbababəyov əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Onun tikdiyi binalar:
- Parapet bağı (Fəvvarələr bağı)
- Nizami muzeyi (1860), karvansara kimi
- "Araz" k/t-nı kompleksi
- Sahil (1860–1861)
- Sisiyanov parkı (1860)
- Vorontsov küçəsi 1-də yaşayış binası, (1870)
- Əyrı (Krivaya) küçəsindəki yaşayış binaları, (1870)
Xatirəsi
redaktə2020-ci ildə Xəzər televiziyasında Qasım bəy Hacıbababəyov haqqında sənədli film çəkilib.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Hacıbababəyov Qasım bəy". shamakhi-encyclopedia.az. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ 1 2 Azərbaycan Sovet Ensiklopediyası (az.). X. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası. 1987. 146.
- ↑ Hüseynov, Rafael. "Pərdə arxasındakı qeyrət müəllimləri". 525.az. 2024-01-29. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ Orucov, Murad. "Dənizkənarı Milli Parkın sanitariya-mühafizə zonası təsdiqlənib". Sputnik Azərbaycan (az.). 2022-03-28. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ Zeynalov, Məhərrəm. "Əsl bakılılar "Parapet" deyir - Bakının mərkəzi meydanının tarixi". jam-news.net. 2021-05-23. 2024-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-01.
- ↑ Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 35. ISBN 978-9952-32-020-6.