Ziver Bey Ehmedbeyov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov (1873, Şamaxı – 16 fevral 1925, Bakı, Azərbaycan SSR) — ilk ali təhsilli azərbaycanlı memar.
Zivər bəy Əhmədbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | [1] |
Vəfat yeri |
Bakı Çəmbərəkənd qəbiristanlığı (dəfn yeri) |
Vəfat səbəbi | intihar |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Şamaxı, Göyçay |
Əsas tikililəri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəZivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902–1917-ci illərdə Z. Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.
1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin[2] (1898–1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
Z. Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün qalmaqdadır.
1917-ci ildə Z. Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.
Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.
İrs
redaktəZivər bəy Əhmədbəyovun Şamaxıdakı iki evindən biri bugünədək qorunub saxlanılır. Şirvanşah İbrahim küçəsində yerləşən və Əhmədbəyovun öz layihəsi əsasında tikilən bu bina qış evi kimi istifadə edilib. Sonralar satılan və Sovet rejimində istismar olunan tikili daha sonra sahibləri tərəfindən yenidən əldə edilib.[3]
26 may 2011-ci ildə Bakıda "Nizami" metrostansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.[4]
İşləri
redaktə- Göyçay şəhərində Əbülfəzlil Əbbas məscidi (1902)
- Təzəpir məscidi (1905–1914)
- Muxtarov məscidi (1901–1908)
- Səadət məktəbi (1912–1913)
- Əjdərbəy məscidi (1912–1913)
- Mixaylov xəstəxanasının korpusu (1912–1913)
- Uşaq xəstəxanası (1914–1918)
- Yaşayış binası (1914–1916)
- Moskva Dövlət Əlyazmalar İnstitutu, 2010-cu il
Qalereya
redaktə-
Uşaq xəstəxanası
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2019-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
- ↑ Göyçay şəhər Mərkəz məscidi
- ↑ ARB Şəki. "Azərbaycanın ilk memarının Şamaxıdakı evi" (az.). Youtube.com. 04.05.2020. İstifadə tarixi: 2020-05-04.
- ↑ http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20110526061423810[ölü keçid]