Xemse - Wikipedia
Xəmsə – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir.
Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة , ivr. חמסה xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur.
Ümumi məlumat
redaktəNizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun ən dəyərli sənət incilərindən biri də adətən Nizami adlandırılan 12-ci əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şeirlər toplusu olan "Xəmsə"nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-cı ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdür. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazma ilə öz işini qurtardıqdan sonra əldə etmək mümkün olan ən qədim "Xəmsə"ni aldı və özünün üzünü köçürdüyü əlyazmada qeydlər etdi. Mətn 15-ci əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb.
Əlyazmada hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada İsfahan miniatür məktəbinə aid miniatürlər vardır.
Nizaminin "Xəmsə"sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdir. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydular. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.
"Sirlər xəzinəsi"
redaktəMəhsan Al-Asrarın "Sirlər xəzinəsi" poeması 1163-cü ildə yazılıb, lakin bəzi tədqiqatçılar onu 1176-cı ilə aid edirlər. 2.250 beytdən ibarət olan etik-fəlsəfə poema Ərzincan hökmdarı Fəxr əd-Din Bəhrəmşaha həsr olunub. Poema məhrəm, hikmətli və ilahiyyat mövzularını açıraq sufi ənənələri istiqamətində yazılıb, və beləliklə, sonradan həmin janrda yazan şairlərə nümunə olub.
Poema iyirmi fəslə bölünüb, hər biri ayrıca əsər olaraq, dini və elmi mövzulara həsr olunub. Hər fəsil onun təxəllüsü daxilində şairin özünə apostrofa ilə (müraciətlə) bitir. Şeirlərinin məzmunu hər fəslin başlığında göstərilib və tipik homiletik üslubunda yazılıb. Mənəvi və əməli sualları müzakirə edən həkayələr hökmdarların ədalətini, riyakarlığın istisnasını təbliğ edir və bu dünyanın faniliyindən və ölümdən sonra həyata hazırlaşmaq ehtiyacından xəbərdarlıq edir. Nizami ideal həyat tərzi təbliğ edir, əsas diqqəti isə Allahın yaratdıqları arasında ən ali sosial mövqedə olan insanın diqqətini öz oxucularına yönəldir, həmçinin yazır ki, insan öz qisməti haqqında fikirləşməlidir. Bir neçə fəsildə Nizami hökmdarların vəzifələrinə müraciət edir, lakin ümumilikdə o, əzəmətli himayədarından çox bəşəriyyətə xitab edir.
Nizami üçün söz – təkçə şairin sözü yox, həm də sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya — peygəmbərin dini ibadəti deməkdir:
"Sirlər xəzinəsi"-nin əsas hissəsi iyirmi "Söhbətdən" ibarətdir. Birinci Söhbət – dünyanın və insanın yaradılması barədədir. Dünya yaradılmasının əsasına Nizaminin fikri ilə sevgi səbəb olub.
İkinci Söhbət — "Şaha ədalət və insaflı olmağa dair". Nizami ədalətə və qayğıya çağıraraq, zülmə və zorakılığa görə cəza barədə xəbərdar edir. Üçüncü Söhbət– Dünya hadisələrinə dair; dördüncü – Rəiyyətin haqqının padşah tərəfindən qorumasına dair; beşinci- qocalıqdan; altıncı – varlığın etibarı haqqında; yeddinci –insanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü v.s. Söhbət mövzuları ibrətamiz hekayələrlə tamamlanır
Yüksək ritorik üslubda yazılmış "Sirlər xəzinəsi" poeması romantik və epik poema deyil, onun məqsədi – sarayın kübar ədəbiyyatının məhdudiyyətini adlamaqdır. Bununla Nizami Sarayda fars poeziyasında başlatdığı istiqaməti davam etdirir, və həmin istiqamətdən bir çox fars şairlər, həmçinin Attar istifadə etmişdir.
"Xosrov və Şirin"
redaktəHəyat yoldaşının ölümü və Gorganinin "Viz və Ramin" poemasının təsiri altında Nizami ilk şah əsəri olan "Xosrov və Şirin" poemasını yazmışdır. 17 il ərzində 1175–1176 qəməri il arası yazılmış "Xosrov və Şirin" poeması nəinki Nizami, həmçinin bütün fars poeziyası üçün dönüş nöqtəsinə çevrilmişdir. Üstəlik bu əsər fars ədəbiyyatında struktur və bədii birliyə çatan poemaların arasında ən birincisi oldu.
Poema səlcuk şahı Sultan II Toğrula, Atabəy Məhəmməd ibn Eldigiz Cahan Pəhlivana və onun qardaşı Qızıl Arsalana həsr olunmuşdur. Tarvatyan nəşrində (Tehran, 1987–1988) poema 100 fəslə bölünən 6150 beytdən ibarətdir. Poema, bir birilə bağlanmış müxtəlif janrlardan ibarət mürəkkəb struktura malikdir
Faktiki olaraq bu sufi yaradıcılığıdır və allegorik olaraq ruhun Allaha dogru can atmasını təsvir edir; lakin hisslər elə canlı təsvir edilib ki, naşı oxucu allegpriyaya diqqət yetirmir və poemanı romantik məhəbbət poeması kimi qəbul edir:
"Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı".
Xosrov və Şirin hekayəsi fars mənşəyə malikdir və Firdovsinin epik-tarixi "Şahnamə" poemasından götürülüb. Onun əsasında gerçək tarix vardır və qəhrəmanlar həqiqətən mövcud olmuş tarixi şəxsiyyətlərdir
Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını Əlişir Nəvainin "Fərhad və Şirin" poemasi ilə səhv salmaq olmaz.
Süjetin təsviri
redaktəÇoxlu hadisələri təsvir edən mürəkəb süjet xəttini qısaca aşağıdakı kimi vermək olar: qəhrəman –sonradan İran şahı Xosrov II Perviz olmuş, sasanilərin padşahı Xosrov, (590–628), xristian Arranın (Albaniyanın) qüdrətli vəliəhdi Şəmirin qardaşı qızı digər adı isə Mehin Banu olan Bərdə şahzadəsi gözəl Şirini sevir. Şirin də Xosrovu sevir, lakin siyasət xatirinə Xosrovu bizans şəhzadəsi ilə evlənməyə məcbur edirlər, Şirin isə bəkarətini saxlayaraq, kəbinsiz yaxınlığı rədd edir. Qısqanc Xosrov memara Fərhad Şirinin oldüyünü bildirir, buna görə də Ferhad özünü öldürür. Beləliklə, biz günaha batmış ruhu görürük, və bu günahlar ona Allahla qovuşmağa imkan vermir. Yalnız ən axırda Xosrov dünyəvi bihudəliyini rədd edir və Şirinə qovuşur; lakin o, öz xəyanətkar oğlunun əli ilə qətlə yetirilir; Şirin isə qatilin əlinə düşməmək üçün Xosrovun meyidi üzərində özünü xəncərlə öldürür.
"Xosrov və Şirin" 1180-ci ildə yazılıb. Sasani padşahı Pərvizin Bərdə şəhzadəsi Şirinə olan məhəbbəti allegorik olaraq insanın ruhunun Allaha doğru yüksəlməsini ifadə edir; lakin bu poema (həmçinin sonrakı) insan xarakterlərini elə canlı və ehtirasla təsvir edir ki, naşı oxucu hətta allegoriya haqqında heç fikirləşmir də.
"Leyli və Məcnun"
redaktə"Leyli və Məcnun" poeması 1188-ci ildə yazılıb. Onun əsasında qədim ərəb əfsanəsi "Leyli və Məcnun" — "Məcnun" adı verilmiş Qeys adlı gəncin, gözəl Leyliyə nakam məhəbbəti dayanır. 1192-ci ildə poema Əbu əl-Müzəffər Şirvanşah Axsitana həsr olunmuşdur. Poema 4600 beytdən ibarətdir. Bu romantik poema "udri" jandrında yazılıb. Udri janrında yazılmış poemaların süjeti sadədir və qarşılıqsız məhəbbətin ətrafında cərəyan edir. Udrinin qəhrəmanları yarıuydurma — yarıtarixidir, və onların davranışları digər romantik poemaların qəhrəmanların davranışlarına bənzəyir. Nizami ərəb-bədəvi əfsanəsini farslaşdırmış, onları fars əsilzadələri kimi təqdim etmişdir. O eyni zamanda süjetin inkişafını şəhərə köçürmüşdür və bir neçə fars motivi əlavə edərək, rəvayəti təbiət təsvirləri ilə bəzəmişdir.
Poema müxtəlif ölkələrdə müxtəlif variantlarda çap olunub. Lakin İran alimi Vahid Dastgerdi 1934-cü ildə poemaya 66 fəsil və 3657 bənd daxil edərək məsnəvi variantını çap etdi, o, 1007 bəndi ötürmüş, onları interpolyasiya (bir əsərin mətninə sonradan başqası tərəfindən bir şey əlavə edilməsi, qələm qatma) kimi müəyyən etsə də, bəzilərinin Nizaminin özü tərəfindən əlavə olunduğunu istisna etməmişdir.
Müəllifə bir sual əzab verir: sevgililər öz yer əzabında nə əldə etdilər, onları ölümündən sonra nə gözləyir? Poemada sevgililərin bir biri ilə qovuşduğu yuxudan danışılır. Poemanın ümumi mənası — çıxış yolunu ancaq yüksək poeziyada tapan və sevgilərin ruhən birləşməsinə aparan hədsiz sevgi.
"Yeddi Gözəl"
redaktə"Yeddi Gözəl" ("Haft Peykar") 1197-ci ildə yazılıb. Poema Marağı Ala Al-Din körpə Arslana həsr olunub. Poemanın adını "Yeddi portret" kimi və ya "Yeddi Gözəl" kimi də tərcümə etmək olar və bu da metaforik məna daşiyacaq. Əlbəttə, Nizami qəsdən poemaya ikimənalı ad verib ki, sözləri oynada bilsin.
"Xəmsə"yə aid monumental heykəllər
redaktəNizaminin vətəni Gəncə şəhərində "Xəmsə"yə qoyulmuş heykəllər.