Orta Serq - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orta Şərq (fars. خاورمیانه,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط, ivr. המזרח התיכון, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britaniyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul
Orta Şərq | |
---|---|
28° şm. e. 45° ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
aljazeera.com/middle-eas… | |
Vikianbarda əlaqəli mediafayllar |
edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir.
Ümumi məlumat
redaktəBu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, Sudan və Mərakeşdir.
Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir. XX əsrin başlanğıcına qədər tez-tez istifadə edilmişdir. Böyük Britaniyanın XIX əsrdən etibarən Hindistan və Çinin zənginliklərinə yayılması da "Uzaq Şərq" anlayışının istifadə edilməsinə səbəb olmuşdur. Bu iki anlayış Qərb dövlətləri üçün yeni bir regional təyin etmə ehtiyacını ortaya çıxarmışdır. Bu istiqamətdə İngilislər, Yaxın Şərq termininə cavab, Osmanlı Dövləti torpaqları içərisində qalan və Uzaq Şərqya keçişdə əhəmiyyətli bir atlama daşı olan bölgə üçün Yaxın Şərq "terminini istifadə etməyə başlamışdır.
Yaxın Şərq, Şərqi ilə Qərbi, Aralıq dənizi ilə Hind Okeanı, Rusiya ilə isti dənizləri bir-birinə bağlayan, eyni zamanda Şərq ilə Qərb arasındakı bütün ticari və mədəni əlaqələrin edildiyi bir bölgədir. Yer üzünün ən əhəmiyyətli quru və suyollarını əmr etməsinin özünə qazandırdığı bənzərsiz geosiyasi dəyər, Yaxın Şərq tarixin ilk dövrlərindən bu yana dünya suverenliyi arxasında qaçan qüvvələrin əsas hədəfi halına gətirmişdir. Qara qızıl olaraq təyin olunan neftin XX əsrin ilk yarısından etibarən dəyər qazanmasıyla Yaxın Şərqin, bu səbəbdən buradan keçən quru və dəniz yollarının strateji əhəmiyyəti dünyanın heç bir yeri ile müqayisə edilə bilməyəcək dərəcədə artmışdır.