Hemide Omerova - Wikipedia
Həmidə Ömərova (25 aprel 1957[1], Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021).
Həmidə Ömərova | |
---|---|
Həmidə Məmməd qızı Ömərova | |
| |
Doğum tarixi | 25 aprel 1957[1] (67 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1977-ci ildən |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0648345 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. [2] 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.[3]
Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.
Mükafatları və fəxri adları
redaktə- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən
- Cəfər Cabbarlı mükafatı — 2010[4]
- "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
- Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023
Teatr səhnəsindəki rolları
redaktəAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Hasarın o üzü | Humay | 21 dekabr 2013 | Bəhram Osmanov | Əli Əmirli |
Azərbaycan Teatr Xadimləri İttifaqı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Stullar[5] | Semiramida | 19 dekabr 2016 | İlkin Mehdiyev | Ejen İonesko |
Filmoqrafiya
redaktə- Anlamaq istəyirəm (film, 1980) — Çinarə
- Arşınmalçı (film, 1985)
- Ata ocağı (film, 2017) — Şəfiqə
- Azərbaycan çayı (film, 2003)
- Babamızın babasının babası (film, 1981) — Zeynəb
- Bayramda yağış (film, 1985) — Pərvin
- Bir axşam... (film, 1985)
- Bir ailəm var (teleserial, 2013)
- Burulğan (film, 1986)
- Cərrahiyyə əməliyyatı (film, 1988) — Dilşad
- Doğma sahillər (film, 1989) — Zivər
- Dronqo (teleserial, 2002) — Elmira. Moskva, "NTV+"
- Əzablı yollar (film, 1982)
- Fikirləşmək lazımdır (film, 1980)
- Gecə qatarında qətl (film, 1990)
- Gümüşü furqon (film, 1982)
- Günaydın, mələyim! (film, 2008)
- Güzgü (film, 1990)(I)
- Həmidə Ömərova (film, 2003)
- Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
- Humayın yuxusu (film, 1985)
- Kallıq (film, 1981)
- Qafqaz (film, 2007) — qaraçı qız
- Qəzəlxan (film, 1991) — Xanım
- Qızıl uçurum (film, 1980) — Şəfiqə
- Qorxma, mən səninləyəm — Telli
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Mən onun xoşuna gəlirəm (film, 1985) — Məhəbbət
- Müqəddəs oda yanaram (film, 1991) — Zəhra
- Musiqi müəllimi (film, 1983) — Şəfiqə
- Nizami (film, 1982)
- Ölsəm... bağışla (film, 1989)
- Otel otağı (film, 1998)
- Özgə ömür (film, 1987)
- Retro (veriliş)
- Susmuş vicdan (film, 2010)
- Şeytan göz qabağında (film, 1987)
- Şirbalanın məhəbbəti (film, 1991) — Nazlı
- Tənha durna uçuşu (film, 2003) — Gülgəz
- Təxribat (film, 1989)
- Ultionis
- Üzeyir ömrü (film, 1981) — Məleykə
- Vah!.. (film, 1980) — Fatma
- Yol əhvalatı (film, 1980)
- Zendane Div (film, 1993) (İran) — Nuriyə
- Zəli (film, 2003)
- Zaman adlı qatar (film, 2016) — Sənubər
- Ana və poçtalyon (2020)
İstinadlar
redaktə- ↑ 1 2 Hamida Omarova // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ "Həmidə Ömərovanın həyatı". news.milli.az. 30 İyun 2017. 28 mart 2022 tarixində arxivləşdirilib.
- ↑ H.Ömərova. "Bizi bağışlayın" filminə rekviyem və yaxud kino-impresionizmə retrospektiv səyahət. Bakı: Mədəni-maarif: jurnal. 2005. səh. 6.
- ↑ Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010.
- ↑ Mədəniyyət TV. "Stullar. Ejen İonesko" (az.). Youtube.com. 03.03.2017. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-28.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
- "Mən muzey arxivi olmaq istəmirəm" //Odlar yurdu.- London, 2009, yanvar.- səh. 16.
- "Sənətdə olan qadınların həyatı daha çətindir" //Kaspi.- 2011.- 25–27 iyun.
- Ömərova, H. "Təsadüfən aktyorluq sənətinə gəlmişəm": Həmidə Ömərova: "Məktəbdən qaçıb hind filmlərini izləməyə gedirdik": [Xalq artistinin müsahibəsi] //Üç nöqtə.- 2015.- 25 may.- S.4.