Tahir Salahov - Wikipedia
Tahir Teymur oğlu Salahov (29 noyabr 1928[1][2][…], Bakı – 21 may 2021[3], Berlin[4]) — Sovet, Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997–2021).
Tahir Salahov | |
---|---|
1972 – 1973 | |
Əvvəlki | Tokay Məmmədov |
Sonrakı | Yusif Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 may 2021[3] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | rəssam, siyasətçi, qrafika ustası[d] |
Atası | Teymur Salahov |
Uşaqları | |
|
|
Təltifləri |
Azərbaycanda ilin adamı mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975-ci ildən) Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ xalq rəssamı (1973), Azərbaycan SSR xalq rəssamı (1963), Rusiya Federasiyasının xalq rəssamı (1996) fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Dövlət mükafatları (1965, 1970), SSRİ Dövlət mükafatı (1980), Rusiya Federasiyasının Dövlət mükafatı (2012) laureatı olmuşdur.
Həyatı
redaktəErkən illəri
redaktəTahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1937-ci ildə onun atası Teymur Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir. Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifə Salahovanın 5 yaşı, körpə Leyla isə cəmi 2 aylıq idi.[5]
Təhsili və ilk rəsm əsərləri
redaktəO, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V. İ. Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olmuşdur. 1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan "Növbədən qayıdanlar" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir. Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.
Yaradıcılığı
redaktə1958-ci ildə "Səhər eşelonu" əsərini çəkmişdir. 1959-cu ildə "Rezervuar parkı", "Neftçi" əsərlərini çəkmişdir. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak etmişdir.[5]
1960-cı ildə "Təmirçilər" və "Qara Qarayevin portreti" əsərlərini çəkmişdir. 1960–1961-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirmişdir. 1960-cı ildə "Xəzər üzərində" əsərini çəkmişdir. 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 1963-cü ildə Parisdə Beynəlxalq gənc rəssamların əsərlərindən ibarət sərgidə iştirak etmişdir. 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. O, 1963-cü ildən 1974-cü ilə qədər M. Ə. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1964-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 1966–1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində "Abşeron qadınları", "Bəstəkar Fikrət Əmirovun portreti" və "Aydan" işləri ilə iştirak etmişdir. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilmişdir.[5]
1970–1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq səgisində iştirak etmişdir. 1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilmişdir. Həmin ildə "SSRİ — bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur. 1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilmişdir. Professor elmi adı təsdiq edilmişdir. 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olmuşdur.[6] 1974-cü ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda Dəzgah Boyakarlığı Yaradıcılıq Emalatxanasına rəhbərlik etmişdir.[7] 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilmişdir. 1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilmişdir. O, həmin ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş "Leninizm yolu ilə" Ümumittifaq sərgisində iştirak etmişdir.[5] 1978-ci ildə Helsinkidə keçirilən "Realist" Beynəlxalq sərgisində iştirak etmişdir.[8] Həmin il onun Moskvada əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.[9] 1979-cu ildə Tahir Salahovun Yaponiyanın Tokio və Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.[10] O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olmuşdur.[11]
1980-ci ildə 10-cu çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. Onun həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur. 1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilmişdir. O, həmin ildə Sofiyada realist anqajir rəssamlığı Triennalesində, Xorvatiyanın Riyeka şəhərində keçirilən Beynəlxalq rəsm biennalesində və SSRİ-nin yaradılmasının 60 illiyinə həsr edilmiş "SSRİ — bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur. 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir.[12][13] 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmin ildə Ümumittifaq "Yer və insanlar" sərgisində iştirak etmişdir və "Dananın portreti" əsərini çəkmişdir. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir. 1986-cı ildə "Xəzərdə səhər" əsərini çəkmişdir.[5] 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.[14][15]
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır.[16] 1996-cı ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib.[17] O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.[18]
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir.[19] 2012-ci ildə Ulyanovskda keçirilən A. A. Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın — "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülmüşdü.[20] 2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb.[21] Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.[21]
Ölümü
redaktəTahir Salahov 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.[22]
Şəxsi həyatı
redaktə1947-ci ildə Tahir Salahov özbək rəqqasəsi Tamara xanımın qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara (1949), Alagöz (1953) və Aydan (1964) adlı 3 qız övladı dünyaya gəlib, lakin sonradan cütlük arasında münasibətlər pozulub.
Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova (1952–2020) ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan adlı oğlu dünyaya gəlib.[23]
Rəsm üslubu
redaktəİrsi
redaktəTahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülmüş və 2018-ci ildə Bakıda keçirilən "Ənənələrin izi ilə" adlı sərgidə nümayiş olunmuşdur. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanmışdır.[24] 2018-ci ildə "BBC Four" televiziya kanalında yayımlanan "Sənətsevər bələdçi" (ing. An Art Lovers' Guide) verilişinin aparıcısı Alister Suuk (ing. Alastair Sooke) Tahir Salahovu "Azərbaycanın ən dahi yaşayan rəssamı" adlandırıb.[25]
2019-cu ildə İngiltərə modelyeri Lu Dalton (ing. Lou Dalton) Tahir Salahovun əsərlərindən ilhamlanaraq, FW19 kişi geyim kolleksiyasını yaradıb.[26][27]
2021-ci ildə Rusiya Rəssamlıq Akademiyasında "Tahir Salahov medalı" təsis edilmişdir.[28]
Rəsm əsərləri
redaktə-
Növbədən qayıdanlar (1957)
-
Sənə, bəşəriyyət! (1961)
-
Abşeron qadınları (1967)
-
Roma. Kafe "Qreko" (2002)
-
Aqava (2007)
-
Monakoda görüş (2007)
Təltif və mükafatları
redaktə- 1959 — "Əməkdə fərqlənməyə görə" medalı[5]
- 1962 — Azərbaycan SSR əməkdar incəsənət xadimi[29]
- 1963 — Azərbaycan SSR xalq rəssamı[30]
- 1971 — "Qırmızı əmək bayrağı" ordeni[5]
- 1973 — SSRİ xalq rəssamı[31]
- 1976 — "Oktyabr inqilabı" ordeni[5]
- 1979 — I dərəcəli Kirill və Mefodi ordeni[32]
- 1981 — Xalqlar Dostluğu ordeni[5]
- 1989 — Lenin ordeni[5]
- 1989 — "Oraq və Çəkic" medalı[5]
- 1989 — Sosialist Əməyi Qəhrəmanı[33]
- 1998 — III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni[34]
- 1998 — "İstiqlal" ordeni[5]
- 2003 — II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni[5] ̈
- 2003 — "Şərəf" ordeni
- 2008 — "Heydər Əliyev" ordeni[5]
- 2009 — Ədəbiyyat və İncəsənət ordeni (Fransa)[5]
- 2010 — Rus Pravoslav Kilsəsinin Şöhrət və Şərəf ordeni
- 2010 — III dərəcəli "Şöhrət" ordeni (Azərbaycan)[5]
- 2015 — Fəxri Legion ordeni[5]
- 2015 — İncəsənət və Ədəbiyyat ordeni
- 2016 — "Dostluq" ordeni (Rusiya)[5]
- 2018 — 1-ci dərəcəli "Əmək" ordeni[5]
Mükafatlar
redaktə- 1960 — SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı ("Bəstəkar Qara Qarayevin portreti" əsərinə görə)[5]
- 1965 — Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı (M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Şekspirin "Antoni və Kleopatra" tamaşasının tərtibatına görə)[5]
- 1968 — SSRİ Dövlət mükafatı ("Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti", "Xəzərdə" əsərinə görə)[35][36]
- 1970 — Azərbaycan SSR Dövlət mükafatı ("Yeni dəniz" əsərinə görə )
- 1977 — M. B. Qrekov adına qızıl medal[5]
- 1979 — Sofiya Triennalesində I mükafat[5]
- 1998 — Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı[5]
- 2005 — Beynəlxalq humanitar fondun "MDB ulduz bürcləri" mükafatı
- 2009 — UNESCO-nun Pikasso medalı[5]
- 2010 — "Qızıl çinar" beynəlxalq mükafatı[37]
- 2010 — "Birlik Ulduzları" dövlətlərarası mükafatı[5]
- 2011 — "Vətən övladı" qızıl ordeni (Türk mədəniyyətinin təbliğində xidmətlərinə görə)[5]
- 2012 — Rusiya Federasiyasının Dövlət mükafatı[5]
- 2012 — A. A. Plastov adına Beynəlxalq mükafat
- 2015 — Heydər Əliyev mükafatı[5]
İstinadlar
redaktə- ↑ 1 2 Салахов Таир Теймур оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Tair Salakhov // RKDartists (nid.).
- ↑ 1 2 Xalq rəssamı Tahir Salahov vəfat edib. Azəri Press Agentliyi, 2021.
- ↑ 1 2 Tahir Salahov vəfat edib. Trend informasiya agentliyi.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 Tahir Salahov: Biblioqrafiya (PDF). Bakı: Azərbaycan Milli Kitabxanası. 2013. 320. ISBN 978-9952-460-30-8. 2022-03-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 fevral 2018.
- ↑ Kərimov, H. Şöhrətin ünvanı: Tahir Salahov [Mətn]: [ADR-də nəşr edilən "Fraye Vekt" jurnalı may nömrəsində Dörte Zeklin T. Salahovun yaradıcılığından bəhs edən məqaləsi haqqında] /H. Kərimov //Ədəbiyyat və incəsənət.- 1973.- 23 iyun.- S.4.
- ↑ Hacıyev, P. Qrafik cizgilərdən monumental lövhələrə [Mətn]: [Tahir Salahovun rəsm əsərləri haqqında] //Hacıyev P. Rəssam, həyat, gözəllik.- Bakı, 1974.- S.110–116.
- ↑ Mədətov, K. Parlaq sənətkar fərdiyyəti [Mətn]: [Xalq rəssamı Tahir Salahovun yaradıcılığı haqqında] /K. Mədətov //Ədəbiyyat və incəsənət.- 1978.- 18 mart.- S.5.
- ↑ Nəcəfov, M. İstedadın qüdrəti [Mətn]: Tahir Salahov — 50 /M. Nəcəfov //Ədəbiyyar və incəsənət.- 1978.-2 dekabr.- S.3.
- ↑ Xəlilova, N. Fırça ustasının yeni əsəri [Mətn]: [T. Salahovun çəkdiyi bəstəkar Ü. Hacıbəyovun portreti haqqında] /N. Xəlilova //Bakı.- 1979.- 26 mart.
- ↑ Hacıyev, P. Lövhələrdə gözüm qaldı…: (Portret sərgisindən qeydlər) [Mətn]: [məqalədə müəllifin Tahir Salahovun "Bəstəkar F. Əmirovun portreti" haqqında fikirləri də verilmiş- dir] //Hacıyev P. Zamanın boyaları.-Bakı,1979.-S.50.
- ↑ Yeni yaradıcılıq zirvələrinə doğru [Mətn]: SSRİ rəssamlarının VI qurultayı qurtarmışdır: [Tahir Salahov SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi seçilmişdir] //Ədəbiyyat və incəsənət.- 1983.- 28 yanvar.-S.1.
- ↑ T. Salahova Avstriya mükafatları [Mətn]: Avstriya Rəssamlar İttifaqının fəxri müxbir üzvü seçilmişdir //Ədəbiyyat və incəsənət.- 1983.- 11 mart.- S.5.
- ↑ Mədətov, K. Solmayan palitra [Mətn]: Tahir Salahovun yaradıcılıq portreti /Kamal Mədətov //Ədəbiyyat və incəsənət.- 1987.- 7 avqust.- S.5.
- ↑ "Tahir Salahov" Moskvada nəşr edilmişdir [Mətn]: ["Sovetski xudojnik" nəşriyyatının "Vətənimizin görkəmli sə- nətkarları" seriyasından buraxdığı eyniadlı rəngli albom haqqında] //Kommunist.- 1987.- 19 iyul.- S.4.
- ↑ Tahir Salahov Rusiyanın da Xalq rəssamıdır [Mətn]: [Rusiya Prezidentinin fərmanı ilə "Rusiya Federasiyasının Xalq Rəssamı" adına layiq görülməsi haqqında] //Azərbaycan.- 1996.- 15 iyun.- S.1.
- ↑ Tahir Salahov Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir [Mətn] //Azərbaycan.- 1997.- 5 dekabr.- S.4.
- ↑ Azərbaycan Prezidenti Heydər Əliyev Xalq rəssamı Tahir Salahovu qəbul etmişdir [Mətn]: [Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə Tahir Salahov dövlət başçısının portretini ona hədiyyə etmişdir] //Azərbaycan.- 1998.- 19 may.- S.3.
- ↑ Zəmanəmizin görkəmli rəssamı Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü seçilmişdir [Mətn] //Azərbaycan.- 2011.- 23 avqust.- S.3.
- ↑ Таир Салахов стал лауреатом в номинации "Мировые имена" [Текст] //Ежедневные новости.- 2012.- 5 октября.- С.10.
- ↑ 1 2 ""Tahir Salahovun ev–muzeyi" İçərişəhərin bir tərkib hissəsinə çevrilib - Fotolent". www.interaztv.com. www.interaztv.com. 2018-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2018.
- ↑ "Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub". apa.az. apa.az. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2021.
- ↑ Ismayilov, Vugar. "Tahir Salahovun erməni qaynanası". modern.az. modern.az. 2016-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2018.
- ↑ CBC. "Rəssam Tahir Salahovun əsərləri xalçalara köçürülüb" (az.). Youtube.com. 07.05.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-07.
- ↑ "Alastair Sooke encounters a classic work by Tahir Salahov". www.bbc.co.uk. www.bbc.co.uk. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2021.
- ↑ "Lou Dalton Menswear Fall/Winter 2020 London". fashionablymale.net. fashionablymale.net. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2021.
- ↑ "SEVERE STYLE". hero-magazine.com. hero-magazine.com. 19 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2021.
- ↑ Real TV. "Tahir Salahov medalı təsis edilib" (az.). Youtube.com. 25.05.2021. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.
- ↑ T. T. Salahov yoldaşa Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilməsi haqqında: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı, 1 sentyabr 1962-ci il [Mətn] //Azərbaycan SSR Ali Sovetinin məlumatı.- 1962.- № 25.- Maddə 125.
- ↑ Rəssamlara Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyə- tinin Fərmanı [Mətn]: [Tahir Salahova Azərbaycan SSR Xalq rəssamı adı verilməsi haqqında] //Azərbaycan SSR Ali Sovetinin məlumatı.- 1963.- № 11.- Maddə 197.
- ↑ Nəcəfov, M. Fəxr edirik [Mətn]: [Tahir Salahova SSRİ Xalq rəssamı fəxri adı verilməsi münasibətilə] /M. Nəcə- fov //Ədəbiyyat və incəsənət.- 1973.- 5 may.- S.4.
- ↑ T. Salahovun Bolqarıstan mükafatları [Mətn]: [SSRİ Xalq rəssamı T. Salahov Sofiyada Beynəlxalq realist rəngkarlıq sərgisində birinci dərəcəli diplom ilə təltif olunmuşdur] //Kommunist.- 1979.- 20 may.
- ↑ T. T. Salahov yoldaşa Sosialist Əməyi Qəhrəmanı adı verilməsi haqqında [Mətn]: SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı, 24 fevral 1989-cu il //Ədəbiyyat və incəsənət.- 1989.- 3 mart.-S.1.
- ↑ . T. T. Salahovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında [Mətn]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı //Azərbaycan.- 1998.- 29 noyabr.- S.1; Respublika.- 1998.- 2 dekabr.- S.2.
- ↑ Respublikamızın Xalq rəssamı Tahir Teymur oğlu Salahova "Təmirçilər", "Xəzərin sahilində" və "Bəstəkar Qara Qarayevin portreti" əsərlərinə görə 1968-ci il üçün SSRİ Dövlət mükafatı verilmişdir [Mətn]: [məlumat] //Ədə- biyyat və incəsənət.- 1968.- 16 noyabr.- S.1.
- ↑ Azayeva, Ç. Çox sevindik [Mətn]: [Tahir Salahovun SSRİ Dövlət mükafatı laureatı adına layiq görülməsi haqqında] /Çervon Azayeva //Ədəbiyyat və incəsənət.- 1968.- 16 noyabr.- S.7
- ↑ Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. heydar-aliyev-foundation.org, 10.05.2010 (az.)