Ressam - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rəssam (ərəb. رسام) — təsviri incəsənət sahəsində yaradıcı işçi.
Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır.
Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir.
Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır.
Rəssam hansı materiallarla işləyir
redaktəTəsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir.
- Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i
- - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
- Palitra — boyanı qarışdırmaq üçün nəzərdə tutulub.
- Fırça — Boyalarla işləyərkən fırçadan istifadə edilir. Fırçalar yumru və düz formada olur.
Fırça ilə necə işləmək olar?
redaktə- Fırçanı suda islat.
- Fırçada olan artıq suyu parçaya hopdur.
- Fırçanı boyaya toxundur və vərəqin üzərində rəngli ləkə çək.
- Yenidən fırçanı suda islat və artıq suyu parçaya hopdur.
- Sonra yeni rəng almaq üçün fırçanı başqa boyaya toxundur və ləkənin üzərini rənglə.
Əsas və qarışıq rənglər
redaktəDünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki!..
- Qırmızı, sarı, göy əsas rənglərdir.
- Bənövşəyi, yaşıl və narıncını isə qarışıq rənglərdir.
Əsas rəngləri qarışdırarkən qarışıq rəngləri almaq olar.
Qırmızı və sarı rəngin qarışığından narıncı rəng alınır.
İsti və soyuq rənglər
redaktəRənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini, odu-alovu, səhraları xatırladır.
Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək olar.
Payızın sehrli rəngləri
redaktəBütün sənətkarlar kimi, rəssamlar da təbiətdən ilham alırlar. Onların əsərlərində payız mövzusunun xüsusi yeri var. Bu fəsil öz rəngarəngliyi ilə insanları cəlb edir. Rəssam payızı seyr edən zaman təbiətdə baş verənləri, insanların geyimlərini və hərəkətlərini müşahidə edir. Müşahidələri rəssama bütöv bir əsəri yaratmağa kömək edir. Təsvir zamanı obyektləri elə yerləşdirir ki, onlar bir-birini tamamlasın.
Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq kompozisiya adlanır. Kompozisiya vasitəsilə rəssam tamaşaçıya düşündüyü hadisənin məzmununu açıqlayır.
Təsviretmə Qaydaları
redaktəOrnament və kompozisiya
redaktəTəbiət özünü hər zaman bəzəyir! Yarpaqlar, çiçəklər çox gözəldir! Təbiətdə mövcud olan forma və materiallardan istifadə etməklə insanlar da ərtafı gözəlləşdirməyə çalışır. Müxtəlif əşyaları bəzəmək üçün rəssam həndəsi fiqurlardan, gül və yarpaqlardan naxış və ornamentlər fikirləşir. Təkrarlanan naxışa ornament deyilir. Ornament qab-qacağı, geyimi, xalçaları bəzəyir.
Ornamentlər müxtəlif olur. Daha çox nəbati və həndəsi ornamentlərə rast gəlinir.
Nəbati ornamentlər yarpaq, budaq, gül və digər bitki elementlərindən ibarət olur.
Həndəsi ornamentlər dairə, üçbucaq, düzbucaq, kvadrat və digər həndəsi fiqurlardan ibarətdir.
Simmetriya
redaktəRəssam varlıqları təsvir edərkən onların əsas xüsusiyyətlərini nəzərə alır. Rəsmdəki kəpənəyin mərkəzindən keçən xətt onu iki eyni hissəyə bölür. Əgər kəpənəyin təsvirini ortadan qatlasaq, hər iki qanadı üst-üstə düşər. Qanadlar güzgüdə olan əksə bənzəyir. Qatlanma xətti simmetriya oxu adlanır.
Kağızla iş zamanı müxtəlif üsullardan istifadə olunur. Onu qatlamaq, kəsmək, fırlatmaq olar. Rəngli kağız, dəri, məxmər parçalarının kağız, parça üzərinə yapışdırılması və ya tikilməsi aplikasiya adlanır.
Naturadan rəsm
redaktəRəssam ətraf aləmin gözəlliyini — canlı və cansız təbiəti həmişə öz rəsmlərində təsvir etməyə çalışır. Belə təsvirlərə naturadan rəsm deyilir. Rəssam qarşısında olan naturanın formasını, rəngini, hissələrini müşahidə və müqayisə edə bilir.
Naturadan rəsm zamanı öz oyuncaqlarından istifadə edə bilərsən. Oyuncaqlar rəngarəng və müxtəlifdir — şən, məzəli, mülayim, düşündürücü və s.
Təsviri sənətin janrları
redaktəİnsanlar hələ qədim zamanlardan gördüklərini təsvir edərdilər. Bunu Qobustan qayaüstü rəsmlərində də görmək olar.
Təsviri sənət əsərləri məzmun və xarakterindən asılı olaraq janrlara ayrılır: mənzərə, natürmort, portret, süjetli əsərlər.
Təbiətin gözəlliyi hər zaman rəssamları cəlb etmişdir. Təbiət təsvirləri mənzərə adlanır.
Natürmort — "cansız təbiət" mənasını bildirir. Natürmortda hər gün məişətdə istifadə etdiyimiz əşyalar, güllər, meyvə və tərəvəzlər təsvir olunur. Natürmort işləyərkən birinci yerləşdirmək lazımdır sonra simmetriya xətti çəkilməlidir, çəkdiyiniz əşya, meyvə ve yaxud digər cism dəqiq sağ ve sol olmaq şərtiylə eyni ölçüdə olmalıdır və yavaş-yavaş rəsmin yerini möhkəmlətməlisiniz. Natürmort bir-birinə bağlı şəkildə çəkilməlidir yəni cism cismin qabağını kəsməlidir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə İncəsənət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |