Abbasiler Xilafeti - Wikipedia
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan[2] daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.
Teokratik imperiya | |||
Abbasilər xilafəti | |||
---|---|---|---|
الخلافة العباسية əl-Xilafə əl-Abbasiyya | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Kufə (750-752) Anbar (752-762) Bağdad (762-796, 809-836, 892-1258) Rəqqə (796-809) Mərv (811-815) Samərra (836-892) Qahirə (1261-1517) |
||
Ən böyük şəhər | Bəsrə, Dəməşq, Qahirə, Kufə, İsfahan, Təbriz | ||
Dilləri | ərəb dili, fars dili | ||
Rəsmi dilləri | ərəb dili | ||
Valyuta | Dirhəm | ||
Ərazisi |
|
||
İdarəetmə forması | Teokratiya | ||
Sülalə | Abbasilər | ||
Dövlət başçıları | |||
İlk xəlifə | |||
• |
Səffah (750-754) |
||
Son xəlifə | |||
• |
Əl-Müstəsim (1242-1258) |
||
Vikianbarda əlaqəli mediafayllar |
Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür.
Ümumi məlumat
redaktəAbbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi. Abbasilər xilafətində əsas təsərrüfat sahəsi suvarmaya əsaslanan əkinçilik idi, əsas istehsalçı isə təhkimli vəziyyətə salınan kəndli idi. Köçəri və oturaq maldarlıq əkinçilikdən sonra mühüm idi.
Quruluşu
redaktəTorpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı. Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi. Tədricən renta iqtası, torpaq iqtasına çevrildi və erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi. Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.
Müharibələr
redaktəƏrəb-xəzər müharibələri
redaktəAbbasilərin dövrü əsasən xəzərlərlə müharibənin son dövrünə aiddir.
Ərəb-Bizans müharibələri
redaktəÜsyanlar
redaktəFeodal asılılığın güclənməsi, antifeodal üsyanlara gətirirdi. Ən məşhurları –Xorasandakı (755), Orta Asiyada Muğannanın(776–783), və Azərbaycanda xürrəmilərin(816–837), Təbəristanda Məzyərin(839) və b. üsyanları idi. Bu hərəkatlar çox vaxt, hakim sinfin rəsmi ideoloqiyası olan ortodoksal islama müxalif təriqətçilik formasını alırldılar. Təriqətçilərin üsyanlarında rəyyətlə birlikdə, şəhərin aşağı təbəqələri də iştirak edirdi, bəzən isə köçərilər də.
Əsasən xarici mənşəli qul əməyindən, ancaq sənətkarlıqda deyil, əkinçilikdə və xüsusi ilə suvarmada yararlanırdılar. Abbasi xilafətinin ən inkişaf etmiş razyonu olan Cənubi İraqda, və Xuzistanda geniş buğda tarlalarında, suvarma kanallarının çəkilməsində, pambığın və çuğundurun becərilməsində, Şərqi Afrikadan gətirilmiş zəncilər məşğul idi. 869–883-cü illərdə çox böyük çətinliklə yatırılan zəncilərin güclü üsyanı baş verir. Bundan sonra quldarlıq quruluşunun qalıqlarının aradan qalxması sürətləndi. Suvarmada qul əməyinin azalması kəndlilərin istismarının güclənməsi ilə müşayət olunurdu, keçmiş azad icma kəndlilərin təhkimliləşdirilməsi sürətləndi. Bununla əlaqədar sayı artmaqda olan, və mərkəzi hakimiyətdən getdikcə az asılı olan feodalların – muqtaların iqtisadi önəmi artmağa başladı. Bu, iqtisadi inkişafın müxtəlif pillələrində olan və etnik cəhətdən fərqli olan və bir biri ilə zəif bağlı olan ayrı ayrı vilayətlərdən ibarət Abbasi xilafətinin dağılmasına gətirdi.
İqtisadiyyat
redaktəŞəhərin aşağı təbəqəsi, xırda ticarətlə bağlı müxtəlif sənətlərlə məşgul idi. Toxuculuq, dəri emalı və dəridən məmulatların istehsalı ilə bir sırada dəmirçi və zərgər emalı da yüksək inkişaf etmişdir. Sənətlərin və ticarətin inkişafı şəhərlərin inkişafına yol açırdı. Abbasi xilafətinin Bağdaddan sonra ən böyük şəhərləri Bəsrə, Dəməşq və Qahirə idi. Başqa ölkələrlə ticarət varlı tacirlərin əlində idi. Artıq 8-ci əsrin sonunda ərəb və iranlı dənizçilər İndoneziya və Malaya sahillərinə yan alırdılar, Sinqapur boğazı vasitəsilə, Sakit okeana daxil olurdular və çinlilərlə ticarət edirdilər; Quançjouda(Kanton) Abbasilər xilafətindən gəlmiş müsəlman tacirlərinin məskunlaşdığı məhəllələr vardı. Daimi ticarət əlaqələri həm də Şərqi Avropa ölkələri ilə qurulurdu. Abbasilər xilafətinin səciyyəvi xüsusiyəti, uzun müddət (10-cu əsrə qədər) quldarlıq, eləcə də patriarxal (bədəvilərdə və başqa köçərilərdə) quruluşun əlamətlərinin mövcud olmasıdır.
Abbasilər Xilafəti Büveyhilərin dövründə
redaktəArtıq 9-cu əsrin sonunda dövlət torpaqlarını mənimsəyən Bağdaddan uzaq vilayətlərin hakimləri müstəqil dövlətlər yaratmağa başladı. Yerli feodalların separatçılıq meylləri, xalq kütlələrinin ərəb ağalığına qarşı mübarizəsi ilə üst-üstə düşürdü ki, bu həmin bu feodallar tərəfindən öz məqsədləri üçün istifadə edilirdi. Yerli, Mərakeşdə İdrisilər(788–985), İfrikiyyədə Əqləbilər(800–909), Samanilər (875–999), Qəznəvilər və bir çox başqa daha xırda feodallar müstəqil idilər. Misirdə həm də Fələstin və Suriyanı tabe etmiş Tulunilər(868–905) hakim idi(Bu ölkələrin hamısı Abbasi Xilafətinə bağlı idilər, lakin müstəqil hakimiyyətə malik idilər).
Səlcuqlular İmperiyası və Abbasilər Xilafəti
redaktəSəlcuqlular 1055-ci ildə Bağdadı alandan sonra Abbasi xəlifələri ilə hakimiyyət bölgüsünü apardılar. Belə ki Səlcuqlular, artıq Buveyhilər zamanından dünyəvi hakimiyyət əllərindən alınan xəlifələrin xeyir duası ilə hakimiyətə gəlsələr də, xəlifələr ancaq əsasən dini rəhbər hesab edilirdilər. Bütün dünyəvi və deməli əsas siyasi hakimiyət böyük orduya malik Səlcuqluların əlində idi.
Səlcuqların təsirinin artdığını hiss edən xəlifələr onlarla vuruşdular və sonda onları məğlub edə bildilər və Səlcuqlu Sultanı III Tuğrulun başçısı Bağdada göndərildi..[3]
Mədəniyyət və incəsənət
redaktəElm
redaktəBağdad Xilafətinin süqutu
redaktəHülakülər Ərəb Xilafətinə son qoydular. Nizarilərin işini bitirib, Hülakü Bağdad xəlifəsi Möstəsimdən boyun əyməyi tələb etdi. Xəlifə, ona qarşı çıxarılası qüvvəsi olmasa da, yekəxanalıqla monqolların ultimatumunu rədd etdi. Xəlifənin əyyanları arasında bu məsələ barədə yekdil fikir yox idi. Bundan başqa əl-Möstəsim muzdlu qoşunun məvacibini verməkdən imtina etdi, buna görə də o buraxılmışdı. Fəthəddin ibn Kərranın komandanlığı altında Abbasilərin səhra ordusu Dəclənin qırağında Baycu tərəfindən məğlub edildi. 1258-ci ilin əvvəlinə doğru Hülakü, Baycu və Kit Buğa Bağdadın dövrəyə alınmasını bitirdilər. Divardələn və daş atan maşınların işə salınmasından sonra şəhərə hücum etdilər. Fevralın ortasında Bağdad monqolların əlində idi. Şəhərin döyülməsində , (Hülakünün böyük arvadı Duqquz –xatunun xahişiylə) xristianlara və yəhudilərə aman edildi, həm də monqollar onlara öz müttəfiqi kimi baxırdı. Təslim olan əl-Möstəsim, Abbasi xəlifələrinin gizli xəzinəsini təhvil verməli oldu, sonra isə, 20 fevralda edam edildi. Həmin mərhələdə Uruktu noyon Ərbil şəhərinin alınması üçün göndərildi. Onun hakimi Tac əd-Din Salaya monqollara tabe oldu, ancaq qalanı müdafiə edən kürdlər boyun əyməkdən imtina etdi. Uzun mühasirə uğur gətirmədi, Ancaq yay istisi kürdləri Ərbili tərk etməyə məcbur etdi, və onu monqolların müttəfiqi Mosul atabəyi Bədr əd-Din Lulu tutdu.
Nəticələr
redaktəAbbasilər Xilafətinin süqutu müasirlərinə sarsıdıcı zərbə olmuşdu. Tarixçilər bu hadisəni dünyanın axırı ilə müqayisə edirdilər, Bağdad az qala 500 il ərzində öz əvvəlki qüdrətini bərpa edə bilmədi. Şəhərin alınmasında xüsusi canfəşanlıq göstərən xristian erməni və gürcülərin, eləcə də səlibçi dəstələrinin iştirakı Bağdadın əhalisinin kütləvi soyqırıma məruz qalmasına gətirdi. Bəzi məlumatlara görə 2 mln əhalisi olan şəhərin əhalisinin əksəriyəti öldürülmüş və əsir aparılmışdı. Ərəb Xilafəti zamanı yaradılmış misilsiz maddi və mənəvi irs məhv edilmiş və talanmışdır.
Xilafət Qahirəyə köçmüş və 1517-ci ildə Misir Osmanlılar tərəfindən alınandan sonra onlara keçmiş.
İstinadlar
redaktə- ↑ https://thinkafrica.net/abbasid/. 2018.
- ↑ "Abbasid Caliphate, which had extended from India to North Africa, and the emergence of successor states afterward." Confounding Powers — Anarchy and International Society from the Assassins to Al Qaeda, Cambridge University Press, 2016, page 72.
- ↑ "-ГОСУДАРСТВО АТАБЕКОВ АЗЕРБАЙДЖАНА. Ziya Bünyadov" (PDF). 2021-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-06-20.
Mənbə
redaktə- Мусульманский мир 950–1150 Издательство "Наука" Главная редакция восточной литературы Москва 1981 səh. 189 -Аббасидов халифат