X Xi Esrlerde Bagdadda Siyasi Mubarize - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə — Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar.
991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar.
Bağdad Buveyhilərin dövründə
redaktəBuveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi.
Əl-Qadirin hakimiyətindən(991–1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi.[1]
994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı.[2]
O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar). Birinci Mus'eibin qiyamçı əl-Muxtarın üzərindəki qələbəsinə, ikincisi, peyqəmbərin Əbu Bəkrlə rəqiblərindən gizlənməsi ilə bağlı, sirdən olan epizoda həsr olunmuşdur.[3]
Səbəbi bu mərasimlər olan, 1002-ci ildə baş verən xalq həyəcanları, paytaxt küçələrində Əli və əl-Abbas[5] partiyalarından olan silahlı adamların (ayyarun) toqquşmasına gətirdi. Nəticədə gələn il üçün nəzərdə tutulmuş bütün kütləvi mərasimlər qadağan olundu.[6]
Dərin siyasi böhran və xəlifənin və buveyhi əmirinin hakimiyətlərinin zəifliyini göstərən olduqca ciddi insident 1003-cü ildə baş verdi. Şiələrə müsbət münasibətilə tanınan Buveyhi əmiri Baha üd-Dövlə, Musa Kazımın nəslindən olan və imami aləmində ən nüfuzlu şəxs sayılan, Əbu Əhməd əl-Musəviyə dörd vəzifə: ziyarət əmiri, qazi-əl-kudad, hüququ pozuntuları üzrə tribunalın sədri və talibilərin naibi vəzifələrini verəndə. Xəlifə Əbu Əhmədin üç sonuncu vəzifənin eyni zamanda tutmasına razı oldu, lakin onun baş qazi vəzifəsini təsdiq etmədi.[7]
1007-ci ildə baş verən — Quranda Osmanın təfsiri məsələsini qaldıran Mushafa ibn Məsudla bağlı, başqa insident yenidən Bağdadın sünnü və şiə icmalarını qarşı-qarşıya qoydu. Bu hadisələr, şiə məsçidi Barasanın[8] yağmalanmasının qaranlıq məqamları və iki ən nüfuzlu şafii qazilərinə Əbu Mühəmməd əl Akfani və şeyx Əbu Həmid əl-İsfərayiniyə qarşı hucumlar şəraitində baş verdi. Xəlifənin təyin etdiyi komisiya nəticəyə gəldi ki, İbn Məsudun təvsiri Quran mətninin qəbuledilməz təhrifinə aparır.[9]
Xəlifənin vasitəçiliyi
redaktə24–25 aprel 1008-ci ildə Kərbəlada bir şiə açıq-aşkar, tamamilə aydın şəkildə, şiələrin ümumi qənaətinə görə şiələrin və imam Əlinin sıxışdırılmasında suçlanan, Abdullah ibn Məsudu qovan və onun öz təfsirindən fərqli Quran mətnlərini yandıran Osman ibn Affanı nəzərdə tutaraq, "Müshəfi yandıran, insana" lənət oxuyurdu. Xəlifə onun edamına qərar verdi.[10] Bundan sonra başlayan, və Fatimi əl Hakimə təşkil olunan ovasiya əsnasında, şeyx Əbu Həmid əl-İsfərayini öz evindən qaçmalı oldu, imamilərin ruporu şeyx Müfid isə sürgünə məhkum olundu. Bağdadın tanınmış şəxslərinin xahişi ilə xəlifənin və buveyhi əmirinin işə qarışması nisbi sakitliyin bərqərar etdi. İçtimai yerlərdə çıxış etmələri qadağan olunan hər iki partiyadan olan moizəçilər, yeni narazılıqlara təhrikdən vaz keçmələri şərti ilə öz moizələrini oxumaq icazəsi aldılar.[11] Bütövlükdə nisbətən sakit hesab oluna bilən sonrakı illərdə, xəlifə hakimiyəti çoxsaylı və əhəmiyətli uğurlara nail oldu. 1011-ci ildə o həm imamilərin həm də sünnülərin ən nüfuzlu xadimlərinin imzası ilə təsdiq olunan fatimiləri təntənəli surətdə ittiham edən bəyanata nail oldu.[12] O dövrdə tərtib edilən və ən məşhurları maliki Əbu Bəkr əl-Bakkilaniyə[13], mötəzili Əbu Səid əl-İstəxriyə[14], və yəqin ki, Üsul və Fərq əsərinin müəllifi Əbu Mənsur əl-Bağdadiyə aid, ismaililiyin inkarını da həmin bu siyasi-dini cərəyana aid etmək lazımdı[15]. Qısa fasilədən sonra iğtişaşlar təzə qüvvə ilə 1015 ildən 1017-ci ilə qədər olan mərhələdə yenidən qızışdı. 1015-ci ildə Bağdadda şiələrlə sünnülər arasında toqquşmalar yenidən qızışdı. Vəzir Fəxr əl-Mülk, şiələrin Aşuranı qeyd etmələrinə icazə verərək, sakitliyi bərpa etdi.[16] 1016-cı ildə insidentlər çoxaldı. Mənşəyi qaranlıq qalan, eyni vaxtı baş verməsi isə şübhə doğuran yanğınlar Kərbəlada, imam Hüseynin məqbərəsində, Bağdadın müxtəlif məsçidlərində və Samirənin böyük məsçidində baş verdi. Məkkə, Mədinə və Qüdsün üç böyük məsçidində oğurluqlar da bu qəbuldəndir[17]. 1017-ci, İbn əl-Cevzinin vaxtında davamını tapan və onun təbirincə sünnü intibahının başlanğıc ili olan, həm də ortodoksal dinşunaslar tərəfindən — böyük qarışıqlıq (əl fitnə-əl kubra) ili — adlandırılan il, xəlifənin daha sərt siyasətə keçdiyi ildir. Belə ki xəlifə Əl Qadir bir çox, şiəliyə və mötəzililiyə rəğbət bəsləyən alimdən tövbə etmələrini tələb etdi. Bundan başqa o Mahmud Qəznəliyə sünnənin müdafiəsində kömək xahişi ilə müraciət etdi. Mahmud cavab verdi ki xəlifənin tövsiyələrinə hörmət edir, və minbərlərdən yeniliklərin müəlliflərinin, hər yerdə, lənət olunmasını əmr edəcək və artıq, fatimi xəlifəsi əl Hakimin ilahi mənşəyini təbliq edən ismaili missionerlərinin bir qədərini ədam etdirib[18]. Məhz həmin şəraitdə 1018-ci ildə xəlifə Əl-Qadir xəlifənin sarayında təntənəli surətdə dövlətin rəsmi doqmasını müəyən edən Qadiriyənin oxunmasını təşkil etdi[19]. Xəlifənin, bütün müsəlmanların iman rəmzinə çevirməyə çalışdığı bu sənəd, əski(sələf) doktrinlərə uyğun kimi təqdim edilmişdir. Bu, Əbu Bəkr əl Hallalın, əl-Barbaharinin yaxud İbn Battın sayəsində hənbəlikdəki döyüşkənlikdən heç nə olmayan, ama bu təlimin ayrı-ayrı nəzərlərini: ehkamçı ilahiyatın(kəlamın), mötəziliyin, şiəliyin ittihamını, təkrarlayan ənənəpərəst din rəmzi idi. İlk dörd xəlifənin qanuniliyi onların xronoloji ardıcıllığında yenə təsdiq olundu, baxmayaraq ki xəlifə hakimiyəti məsələsi başqa heç cür qaldırılmamışdı.
Qadiriyyənin elan olunmasından sonraki Əl Qadirin hakimiyətinin son illəri, nisbi sakitlik idi; hər hansı xalq həyəcanı Bağdadın içtimai sükutunu pozmadı. Başqa tərəfdən xəlifə hakimiyəti iki dəfə Müşərəf əd Dövlənin iddialarına cavab verməyə nail oldu: əvvəlcə,1023-cü ildə buveyhi əmirinin Bağdadda olanda xəlifə tərəfindən qəbul olunmasına çalışan zaman, və 1024-cü ildə, əvvəldən onun icazəsi olmadan qulamlarının tələbi ilə yenidən xəlifəyə sədaqət andı içdiyinə görə, və yenidən təntənəli surətdə xəlifəyə öz loyal münsibətini izhar etməli olanda.
1025-ci ildə iki buveyhi əmiri Əbu Kalicar və Cəlal əd-Dövlə arasında başlanan uzunsürən rəqabətdə, xəlifəni tez-tez vasitəçi olmağı xahiş edirdilər, və bəzən o öz arbitrajını qəbul etdirməyə nail olurdu. 1029-cu ildə, qısa məzmunu bizə İbn əl Cevzi tərəfindən çatdırılan, və əvvəllər də Qadiriyə tərəfindən şiəliklə mötəziliyi qarşı ittiham olan üç məktubun oxunmasına sərəncam verdi. Sonuncu ciddi insident həmin 1029-cu ildə Barasa məsçidində baş verməli idi. Bu məsçidin vaizi aşkar şiəpərəst moizələrinə görə əvəz edilmişdir. Yeni vaizi isə sünnüliyə həddindən artıq rəğbət bəsləyən kimi qəbul edərək, ona hucum etdilər və xəsarətlər yetirdilər. Xəlifə talibilərin və abbasilərin naiblərini və qazi-ül-kudadı çağırtdırmış; buveyhi hökumətinə ünvanlanan məktubda o bütün məsuliyəti şiə təbliğatçısının üstünə qoymuşdu. Ancaq gərginlik səngimək bilmirdi, məsçiddə xütbə daha oxunmadı, və yenidən hər iki partiyadan olan ayyarunun qarışması təhlükəsi yarandı. İş bu dəfə də komromislə bitdi: xəlifə, hə iki icmanın həssaslığına toxuna bilən istənilən moizələrdən vaz keçilməsi tövsiyəsi ilə, yeni vaiz təyin etdi. Əl Qadirin müəyən etdiyi, sünnülüyün müdafiəsi və xəlifə hakimiyətinin bərpası siyasətini Əl Qaim tərəfindən də qəbul edildi. Onun 1031-ci ildə taxta çıxmasından Səlcuqların Bağdada varmasına qədər, hakimiyətinin birinci hissəsi ciddi böhranla qeyd edilir. Daim iğtişaşlar baş verirdi. Qazi Əbu Əli adı ilə tanınan ayyarunun başçısı Əl Bürcümi əsl qorxu yaratmışdı, onun cinayətləri isə türk qulamlarının intizamsızlığı ilə müşayət olunurdu. Vəziyət o dərəcədə gərgin idi ki, İraq ziyarətçilərinin karvanı yola düşə bilmədi[27]. Xəlifəni iki dəfə — 1038-ci ildə titulatura və 1042-ci ildə cavali ilə bağlı insidentlərdə buveyhilərə qarşı qoyan mübahisələr, — hakimiyətin zəifliyi ilə əlaqədar, əhalini gərginlikdə saxlayırdı. 1045-ci ildə vəzir vəzifəsini tutan İbn əl-Müslimanın şəxsində xəlifə hakimiyəti əla dini təhsili və inzibati işlərdə səriştəsi olan enerjili adam əldə etdi[29]. Səlcuqluların yaxınlaşması ilə bağlı sünnü və şiə icmaları arasındaki kütləvi toqquşmalar yenidən başlandı.
1045-ci ildə Toğrul bəyin İsfahanı alanda, Bağdadda yenidən sünnülərlə şiələr arasında toqquşmalar başladı; onlar əhali ilə kitab əhli arasında olan insidentlərlə müşayət olunurdu. Yəhudilərin evləri yağmalanmış, sinaqoq yandırılmışdı. Vasitdə bir xristianın dəfni ilə bağlı insident qeydə alınmışdı: qəbirlər təhqir olunmuşdu, monastır isə talanmışdı[30]. 1047-ci ildə Bağdadda yenə sünnülərlə şiələrin arasında gərginliklər yarandı.
Əl Malik ər-Rəhimin taxta çıxması ilə hərc-mərclik artır. 1048-ci ildə bircə ziyarətçi karvanı yola düşməmişdi[32]. 1049-cu ildə sünnülərlə şiələr arasında yenə qarşıdurmalar başladı: hər iki icma öz məhəllələrində barikadlar qurdular, mübahisəyə qarışan ordu da iki hissəyə bölündü. Gələn, 1050-ci ildə sünnülərlə şiələrin effektli — hər halda zahirən olsa da — barışığı baş tutdu. Hər iki qrup imam Əlinin və imam Hüseynin məqbərələrini ziyarət etməyə yollandılar. Ibn Qəsir bu hadisəni o qədər qeyri-adi hesab edir ki, onu şiəliyin dissimilyasiyası — (təkiyə) ilə izah edir. Az-Zahabi bunun nailiyətini, öz növbəsində, polis prefekti enerjili İbn ən-Nəsəvinin fəaliyətinin və İbn əl-Müslimanın siyasətinin sayəsinə yazır[34]. Ama barışıq çox qısa idi, və 1051-ci ildə sünnülərlə şiələr yenidən Bağdada toqquşdular. Dəfn yerləri təhqir olundu. Deyilənlərə görə şiələr hətta Əhməd ibn Hənbəlin qəbrini təhqir etmək niyətində idilər, ama əlilərin naibi onları bu işdən yayındırdı. Bir müddət ərzində şiə mühitində Abbasi xəlifələri adından xütbə oxunmadı[35]. 1011-ci il bəyanını əhəmiyətli dərəcədə təkrarlayan və hər iki cimanın ən nüfuzlu xadimlərinin imzaları ilə təsdiqlənən Fatimilərin 1052-ci ildəki suçlanması, xəlifə hakimiyətinin danılmaz uğuru idi[36]. Ancaq tezliklə 1053-cü ildə biz, sünnülərlə şiələrin toqquşmalarının yenidən qızışmasını görürük, və Bağdadda şayiə gəzməyə başlayır ki əl-Müstənsir İraqı işğal etmək istəyir[37].
Səlcuqlular Bağdadda
redaktə1053-cü ildə Toğrul bəy öz vəziri əl-Kundurinin təsiri ilə əşəriliyi tənqid edəndə, İbn əl-Müslima qədim (sələfə) mövqeyindən çıxış edərək, sünnü barışdırılmasını tədbiq edirdi: " Quran — Allahın kəlamıdır; Allahın atributlarına aid hədislər, bizə çatdığı formada verilməlidir" xəlifə sarayında keçən bu yığıncaqda qazi Abu Yala təmsil olunmuşdu[39]. Çox guman ki elə bu vaxt əl-Bəsasiri İbn Müslimi, Toğrul bəyin Bağdada gəlişini hazırlamaqda suçlayır. Şəhərdə, vəzirin əvəz edilməsi və onun mülkiyətini müsadirə olunması tələbləri ilə nümayişlər keçirilir. Xəlifə, güzəştə getməyərək, və İbn Müslimaya öz etibarını təsdiq edərək, ona əl-Mənsur məsçidində namaza başçılıq etməyi tapşırır. 1055-ci ildə, içtimai fikri dərin həyacanlandıran, başqa insident baş verir. Bəsasiriyə məxsus çaxırla dolu qayığa, Bab-əl-Əzac tərsanəsində hucum olunur. Aksiya, Bağdadın ən məşhur hənbəli mesenatlarından biri şərif Əbu Əli ibn Sukkar və Əbd-üs-Səmədin dostları tərəfindən yönəldilirdi. Belə çətin şəraitdə 1055-ci ilin ramazan (24 noyabr-23 dekabr) ayında Səlcuqlu sultanı Toğrul bəy Bağdada daxil oldu. Rahbaya sığınan əl-Bəsasiri, Fatimilərin xeyrinə bəyanatla çıxış etdi[42].
İstinadlar
redaktə- ↑ 334/945-ci ildən əl-Qadirin taxta çıxmasına qədər gərginliyin tam xronoloqiyasını bax: İbn Batta, qeyd 213
- ↑ əl-Qadirin siyasəti barədə bax: Mavərdi, s. 13,63–76. Hicri 383-cü il insidenti barədə M., t.7, s.172;B.t.11 s.312
- ↑ M, t. 7, s. 206; B, t.11, s.235;İbn Akil, s.315–316. Hicri 390-cı ildə xəlifə öz qazilərinə yetərincə dəqiq göstərişlər vermişdir. Müq.: İbn Batta, qeyd. 221
Mənbə
redaktəМусульманский мир 950–1150 Издательство "Наука" Главная редакция восточной литературы Москва 1981 А. Лауст Религиозные волнения в Багдаде IV–V вв. хиджры. səh. 189