Besre - Wikipedia
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var.
Şəhər | |
Bəsrə | |
---|---|
ərəb. البصرة | |
30°29′20″ şm. e. 47°48′36″ ş. u.HGYO | |
Ölkə | İraq |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 636/7 |
Sahəsi | 181 km² |
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı | UTC+03:00 |
Əhalisi | |
Əhalisi | 2 750 000[1] nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (964) 40 |
Digər | |
basragov.net (ərəb.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı. 923-cü ildə qərmətilərin hücumuna məruz qaldı, 947-ci ildə Büveyhilər tərəfindən zəbt olundu. XI əsrin ortalarından Səlcuqi dövlətinin tərkibində idi. 1258-ci ildə monqollar şəhəri işğal edib viran etdilər. XIV–XVI əsrlərdə monqol və türk canişinləri tərəfindən idarə olunurdu. 1538-ci ildə Osmanlı imperiyasının Bağdad paşalığına daxil edildi; 1884-cü ildən eyniadlı vilayətin əsas şəhəri oldu.
1914-cü ilin noyabrında Bəsrə ingilis qoşunları tərəfindən işğal edildi. Birinci dünya müharibəsindən sonra ingilis mandatı altında olan İraqın tərkibinə qatıldı. Bəsrə İran-İraq müharibəsi (1980–88), Küveyt böhranı (1990–91), müxalif qruplaşmalar ilə hökumət qoşunları arasındakı döyüşlər, ABŞ və müttəfiq qoşunların İraqa müdaxiləsi (2003) zamanı böyük dağıntılara məruz qalmışdır.[2][3].
Memarlıq
redaktəƏli məscidi, Təlxə, əz-Zübəyr, ibn Sirin və əl-Həsən məqbərələri tarixi memarlıq abidələrindəndir. XVIII–XIX əsrlərdən Bəsrənin müasir hissəsində fəal tikinti işlərinə başlanmış (o cümlədən Aşar rayonu, XIX əsrin əvvəlləri), şəhər çoxsaylı kanallarla bölünmüşdür (buna görə Bəsrə "Şərqin Venesiyası" adlanır).[4] XX əsrin əvvəllərində Bəsrədə M. Lok, L. Cons və başqa memarların planı əsasında abadlıq işləri aparılmışdır (müasir Margil portu). Universitet (1964 ildən), mərkəzi kitabxana (2004-cü ilin aprelində yanmışdır), Təbiyyat tarixi muzeyi (1971) var.
Təsərrüfatı
redaktəBəsrə ABŞ və onun müttəfiqlərinin qoşunları daxil olanadək ölkənin iri ticarət və iqtisadi, neft hasilatı və emalı (Bəsrənin yaxınlığında 1000-dən çox neft quyusu var), kənd təsərrüfatı regionu (yun, dənli bitkilər, xurma) mərkəzi olmuşdur. Neft emalı zavodu, kimya müəssisələri (azot gübrələri istehsalı zavodu, polietilen, polivinilxlorid və səmt qazlarından alınan digər məhsullar, neft emalı istehsalı üzrə kompleks), toxuculuq (yun məmulatlar, kəndir, kanat istehsalı), yeyinti (xurma emalı və s.), ayaqqabı sənayesi, kağız kombinatı, tərsanə fəaliyyət göstərir. Sənətkarlıq inkişaf etmişdir.
Mənbə
redaktəBəsrə // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 585–586. ISBN 978-9952-441-07-9.
Qardaş şəhərlər
redaktəİstinadlar
redaktə- ↑ "Basra Governorate Profile" (PDF). UN Joint Analysis Unit. 26 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 December 2014.
- ↑ "UK soldiers 'freed from militia'". BBC. 20 September 2005. 8 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2012.
- ↑ "British smash jail walls to free 2 arrested soldiers". San Francisco Gate. 20 September 2005. 23 May 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2012.
- ↑ Sam Dagher. "In the 'Venice of the East,' a history of diversity". In the 'Venice of the East,' a history of diversity. The Christian Science Monitor. 18 September 2007. 20 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2017.