Nisapur - Wikipedia
Nişapur (fars. نیشابور, Neyshābūr), İranın şimal-şərqində olan Rəzavi Xorasan ostanında şəhər.
Nişapur | |
---|---|
نیشابور نیشاپور[1] | |
36°12′48″ şm. e. 58°47′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.199 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 51 |
Digər | |
neyshabur.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhəd yaxınlarında Binalud dağının ətəklərində verimli və düz bir əraziyə yayılan şehər taxıl və ticarət yoluyla İran iqtisadiyyatına böyük qatqısı var. Bişapurla bərabər Nişapurun da adı Sasani hökmdarı I Şapurdan gəlməkdədir. Ömər Xəyyam və Fəridəddini-i Əttâr-i Neyşapuri iki önəmli şair və arif bu şəhərdə yaşamışlardır.
Tarixi
redaktəNişapur Səlcuqluların paytaxtı idi.
Səlcuqluların qələbəsini həzm edə bilməyən Sultan Məsud Qəznəvi Hindistandan hərbi qüvvələrini geri çağıraraq, 50 min qoşun və 300 döyüş fili ilə onların üzərinə hücum etdi.1039-cu ildə baş verən döyüşdə səlcuqlular məğlub oldular. Sultan Məsud isə Nişapuru ələ keçirdi. Qüvvələrini yenidən toplayan səlcuqlular 1040-cı ilin may ayının 20-də Dandanakan ətrafında Sultan Məsudla döyüşə girdilər. Bu döyüşdə qəznəli ordusu ağır məğlubiyyətə uğradı. Sultan Məsud Hindistana qaçdı, lakin yolda öz adamları tərəfindən öldürüldü. Dandanakan zəfəri oğuzların Anadoluya yürüşü və yeni bir zəfər üçün sanki siqnal oldu. Bu döyüşdən sonra paytaxtı Nişapur olan və sərhədləri İraqa, Amudəryaya, Sistana (Herat) qədər uzanan böyük bir ərazidə Səlcuqlu imperiyası yarandı.
Səlcuqlular Nişapurdan da Anadoluya doğru hərəkət etməyə başladılar. Onların bir məqsədi vardı: Anadolu Bizansdan alınacaq və buralar əbədi olaraq türk yurdu olacaqdı. Artıq addım-addım Anadolunu türk torpağı edən Çağrı və Toğrul bəy Bizansa ağır zərbələr vurmaqda davam edirdilər. 1046-cı ildə oğuzlar Gəncəni ələ keçirdilər. Toğrul bəy İbrahim Yınalı Azərbaycan valisi elan etdikdən sonra Ərzurumu, Qarazı ələ keçirdi. 18 sentyabr 1048-ci ildə Həsənqala ətrafında oğuzlar Bizans qoşunun darmadağın edərək, 18 min əsgəri əsir aldılar. Bu məğlubiyyətdən sonra Bizans imperatoru Monomax Toğrul bəyin yanına elçi göndərdi. Bizans Səlcuqlu dövlətinə vergi verməyə və İstanbuldakı dağıdılmış məscidi bərpa etməyə məcbur oldu. Bu qələbələrdən sonra Xəlifə Toğrul bəyi Bağdada dəvət etdi. O, 17 yanvar 1055-ci ildə Bağdada getdi və burada böyük təntənə ilə qarşılandı.
Məşhur nişapurlular
redaktəQalereya
redaktə-
Əttarın türbəsi
-
Kamaləlmülkün türbəsi
- ↑ Farsca Vikipediya (fars.). 2003.
- ↑ GeoNames (ing.). 2005.
- ↑ https://www.amar.org.ir/english.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).