Teokratiya - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Teokratiya (q.yun. θεός — Tanrı və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem.
Dövlət idarəetmə formaları |
---|
|
Müasir teokratiya elementli dövlətlər
redaktəİslam dövlətləri
redaktəŞəriəti siyasi institutların əsası kimi qəbul edən Səudiyyə Ərəbistanı və İran klassik formada teokratik dövlətlər sayılırlar. İran eyni zamanda "teokratik respublika" da sayıla bilər. Çünki siyasi sistem islam dini üzərində qurulub. Yaxın Şərq dövlətlərinin əksəriyyətinin hüquq sistemi islam dininin təsiri altındadır. Türkiyə, İndoneziya, Banqladeş və Pakistan daxili həyatda dinin ciddi təsirinə baxmayaraq dünyəvi qanunlarla idarə olunur.
İsrail, Hindistan və Filippin qanunlarına görə şəriəti qəbul edənlər üçün o rəsmi qanun sayılır. Şəriət qanunlarının Sudan, Nigeriya, Əfqanıstan, Liviya və digər ölkələrdə də cəmiyyətə və dövlətə təsiri güclüdür.
1929-cu ildə müstəqil dövlət elan edilən Vatikan klassik formada dini dövlətdir.
Xarici keçidlər
redaktə Siyasət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |