Respublika - Wikipedia
Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyişdirilir, nümayəndəli orqan və ya bilavastə seçicilər adından məhdudlaşdırılan formada hakimiyyətə sahib olmaq hüququ əldə edir.
Respublikanın formaları
redaktəRespublikanın müasir dövrdə üç başlıca növü vardır: prezident, parlament və qarışıq tipli respublika.
- Prezident respublikası ilk dəfə ABŞ-də təsis edilmişdir.
- Parlament respublikasında ali icra hakimiyyəti dövlət başcısına deyil , parlament tərəfindən təşkil edilən hökumətə məxsusdur.
- Qarışıq idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının ünsürlərini birləşdirir. Burada ali icra hakimiyyəti prezidentlə parlament arasında bölüşdürülür. Bəzən onu yarımprezident idarə forması da adlandırırlar. 1958-ci il konstitusiyası ilə Fransada yaradılan V respublika buna aydın misal ola bilər.
Dövlətin təsnifatının digər meyarları da mövcuddur. Belə ki, dinə münasibətdə dövlət dünyəvi və dini ola bilər. Dini dövlətlər bir qayda olaraq ruhani şəxslər — din xadimləri tərəfindən idarə olunur. Hakim din idarəetmə ideologiyasının əsası kimi qəbul olunur. Belə dövlət strukturu islam ölkələrində, xüsusilə, İran İslam Respublikasında və Mavritaniya İslam Respublikasında böyük əhəmiyyət kəsb edir.
Həmçinin, XX əsrdə hal-hazırda mövcud olmayan Sovet respublikası rejimi də mövcud idi. Belə respublikalar adətən SSRİ daxilində olsalar da, SSRİ-dən kənar bəzi respublikalar var idi ki, onlar da Sovet respublikası idilər. Sovet respublikasında ən ali səlahiyyət Sovetə (indiki Milli Məclis, Şura) məxsus idi. SSRİ-yə daxil olan sovet respublikalarında dövlət başçısı ilk öncə "…… Sovet Sosialist Respublikasının Kommunist Partiyasının Sədri" (1917–1990), daha sonra "Prezident" (1990–1991) olmuşdur.