Bedeviler - Wikipedia
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər.
Bədəvilər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi.
Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər. Bədəvi əyanlarının böyük mal-qara sürüləri vardı. Onların dəvələri və cins at ilxıları suya yaxın olan ən yaxşı örüşlərdə otlayırdılar. Tayfa başçıları və onların yaxın qohumları əsirləri qul kimi işlədirdilər. Onlar vahələrdə tarlaları suvarmaq üçün kəhrizlər və kanallar qazır, çöllərdə sürüləri otarırdılar.
VII əsrin əvvəlində ərəblərdə nəsil quruluşu dağıldı.
Həmçinin bax
redaktə Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |