Eldeniz Zeynalov - Wikipedia
Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937, Bakı – 5 noyabr 2001, Bakı) — görkəmli Azərbaycan aktyoru,[1] Azərbaycan Respublikasının xalq artisti (2000).
Eldəniz Zeynalov | |
---|---|
Eldəniz Məmməd oğlu Zeynalov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1963–2001 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0954367 |
Həyatı
redaktəEldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Teatrında uşaq rollarında çıxış edib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956–1962).
Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarında, "Mozalan" satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb.[2]
Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.
Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.
Xatirəsi
redaktə2017-ci ilin oktyabrında Mərdəkan Mədəniyyət Sarayında Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.[3]
Filmoqrafiya
redaktə- 100 (film, 1985) (qısametrajlı bədii film-Mozalan № 100)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Babamızın babasının babası (film, 1981)
- Bağ mövsümü (film, 1985)
- Bəyin oğurlanması (film, 1985)
- Bir cənub şəhərində (film, 1969)
- Bir Eldənizimiz yoxdur (film, 2002)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Dörd bazar günü (film, 1975)
- Əhməd haradadır? (film, 1963)
- Əzablı yollar (film, 1982)
- Fədailər (film, 1986) (qısametrajlı bədii film — Mozalan №¹⁰⁶)
- Foto "Fantaziya" (film, 1970)
- Gözlə məni (film, 1980)
- Hər şey yaxşılığa doğru (film, 1997)
- Həyat bizi sınayır (film, 1972)
- Hörmətli alim yoldaşlar (film, 1971)
- İcazə (film, 1972)
- "İmportnı" yaxud zırrama (film, 1972)
- İyirmialtılar (film, 1966)
- Kontor (film, 1978)
- Qızıl uçurum (film, 1980)
- Qonşu qonşu olsa... (film, 1989)
- Mən mahnı qoşuram (film, 1979)
- Metamarfoza (film, 1983)
- Musiqili xaş (film, 1984)
- "Müstəntiq və məntiq" (film, 1971)
- Nakəs (film, 1991)
- Nə haqla? (film, 1983)
- Nigarançılıq (film, 1998)
- O qızı tapın (film, 1970)
- Ömrün səhifələri (film, 1974)
- Sehrli çıraq (film, 1987)
- Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
- Şəbih (film, 1971)
- Telefon macəraları (film, 1990)
- Uğurlu təyinat (film, 1984)
- Vulkana doğru (film, 1977)
- Yaramaz (film, 1988)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yeganə çıxış yolu (film, 1980)
- Yenilik (film, 1986)
- Yerlə göy arasında (film, 1999)
- Yol əhvalatı (film, 1980)
- Yorulmamışam. Rövşən Behcət (film, 2007)
- "Yüz vədə bir borcu ödəməz" (film, 1971)
İstinadlar
redaktə- ↑ İsaq, İ. Dünyadan dəhşətli ağrılarla köçən Eldəniz Zeynalov – İradə İsaq yazır //Həftə içi.- 2015.- 6 yanvar.- S.6.
- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
- ↑ Muz TV. "Eldəniz Zeynalovun 80 illik yubileyi keçirildi" (az.). Youtube.com. 31.10.2017. 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.