Ozbekfilm - Wikipedia
"Özbəkfilm" — 1925-ci ildə Daşkənddə yaradılan kinostudiya.
Özbəkfilm | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Sənaye | kino istehsalı[d] |
Məhsulu | film |
Təsis tarixi | 1925 |
Baş qərargahın yeri | Özbəkistan, Daşkənd. Çilanzar 1 küç. |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 7,3 milyon sum (2015)[1] |
uzbekkino.uz/studios/1 | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk özbək filmi 1908-ci ildə çəkilmişdir. 1924-cü ildə Rusiya-Buxara ortaqlığı olan "Buxkino" təşkil edildi. Növbəti il, 1925-ci ildə "Uzbekqoskino" tresti təşkil edildi və "Şərq ulduzu" film fabriki açıldı, 1936-cı ildən adı Özbəkfilm oldu, İkinci Dünya Müharibəsi zamanı Daşkənd Film Studiyası adı altında fəaliyyət göstərirdi, 1958-ci ildən Özbəkfilm adı yenidən qayıtdı. 1979-cu ildə kinostudiyaya Kamil Yarmatovun adı verildi.[2]
Özbək bədii filmlərinin tarixi 1925-ci ildə "Şərq ulduzu" kinostudiyasının yaradıldığı vaxtdan başlayır.
Tarixi
redaktəİlk özbək fotoqraf və operatoru olan Xudaybergen Devanov (1879-1940) özbək kinosunun banisi hesab olunur. X. Devanov Xivə xanlığının ilk fotoqrafı, sonra isə ilk operatoru olmağı bacarmışdır. 1908-ci ildə Sankt-Peterburqa gedən Xarəzm nümayəndə heyətinin tərkibində Xudaybergen Devanov da var idi. Rusiya İmperatorluğunun paytaxtında X. Divanov tanınmış mütəxəssislərlə foto işinin incəliklərini öyrənirdi. Xivə diplomatik nümayəndəliyi işini başa vurduqdan sonra o, əlavə iki ay staj üçün burada qaldı. X. Divanov, vətəninə müxtəlif foto və kino aksesuarları, o cümlədən PATE markalı 593 nömrəli kino kamerasını gətirdi, bu da 1910-cu ildə Xivə xanı Əsfəndiyarın fayton ilə yola düşməsindən bəhs edən ilk özbək sənədli filmini sərbəst şəkildə çəkməsinə imkan yaratmışdır. Həmçinin, onun "Bölgəmizin memarlıq abidələri" (114 metr, 1913), "Türküstan mənzərələri" (100 metr, 1916) və s. kino lentləri də qorunub saxlanılmışdır.[3] Xudaybergen Devanov tarixi görməli yerləri, minarələri, məscidləri və daha çoxunu lentə almışdır. Onun əməyi sayəsində digər ölkələrin nümayəndələri ilk dəfə Xarəzmın qədim bənzəri olmayan mədəniyyəti ilə tanış oldular.
"Uzbekgoskino" nun yaradıcısı və ilk rejissoru Umar Mukimov idi. O, kiçik film çəkiliş qrupu ilə birlikdə ilk iki səssiz filmi çəkmişdir, birinin adı "Müsəlman qadın" idi. Özbək kinosunun yaranmasında kinematoqrafçılar N.Qaniev, S. Xocayev, Y. Ağzamov, M. Qayumov, M. Doronin, O. Frelix, V. Dobrjanski, A. Dori, aktyorlardan isə Erqaş Hamroyev, Rəhim Pirmuhamedov və Lütfi Sarımsakovanın rolları böyük idi. Rejissor Nəbi Qaniyev özbək kinematoqrafiyasında ilk dəfə "Yüksəliş" (1931), "Ramazan" (1933) və "Cigit" (1935) adlı filmləri peşəkar səviyyəsində çəkmişdir.
O dövrün özbək xalqı üçün ən vacib hadisələrdən bəhs edən "İkinci arvad", "Şəfəqdən əvvəl", "Ravat çaqqalları" filmləri bu onillik ərzində çəkilmişdir. 1916-cı il qiyamından bəhs edən Süleyman Xocayevin "Şəfəqdən əvvəl" (1933) filmi heç yerdə göstərilməmişdir.
İstinadlar
redaktə- ↑ "Годовой отчёт эмитента по итогам 2015 года". Единый портал корпоративной информации. 2016-07-04. 2019-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-12.
- ↑ "ЯРМАТОВ Камиль Ярматович (1903-78) — Большой Энциклопедический словарь (БЭС) — Словари — Словопедия". 2008-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- ↑ "San'at: Первый узбекский фотограф". 2021-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
Xarici keçidlər
redaktə- История киностудии «Узбекфильм».
- Каталог фильмов на Узбекском языке, студии «Узбекфильм».
- Кинематография Узбекской ССР — Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с., 96 л. ил.