Azerbaycan Dovlet Pantomim Teatri - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Dövlət Pantomim Teatrı — Bakıda fəaliyyət göstərən teatr. Azərbaycan teatr tarixində ilk pantomim teatr.
Azərbaycan Dövlət Pantomim Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Pantomim teatrı |
Əsası qoyulub | 16 may 1994 |
Təsisçi | Bəxtiyar Xanızadə |
Teatr binası | |
Açılıb | 1994 |
Heyət | |
Direktor | Elman Rəfiyev |
Bədii rəhbər | Bəxtiyar Xanızadə |
Baş rejissor | Bəxtiyar Xanızadə |
Yerləşməsi | |
40°22′52″ şm. e. 49°50′46″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Bakı, Azərbaycan |
Ünvan | Azadlıq prospekti, 75 |
Metro | 28 May |
Telefon |
(+994 12) 441-47-56 (+994 50) 314-94-01 |
|
|
www.pantomima.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir.
2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib.[1]
Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir.
Aktyor heyəti
redaktəNargilə Qəribova, Elnur İsmayılov, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Bəhruz Vaqifoğlu, Əli Əlizadə, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbirə Həsənova, Rafiz Mehdizadə, Taleh Yüzbəyov, Solmaz Bədəlova, Ləman Hüseynli, Vüsal Rzasoy, Elçin Əfəndi, Elxan Şahalıyev, Leyla Atayeva, Nuridə Musabəyli,Ramiz İsmayılov, Cavad Nuriyev, Elnur Rzayev
Tamaşaları
redaktə- "Ümid" -S. Bekket /"Bir aktyor üçün mim"/ — pantomim,
- "Pantomim buketi" — B. Xanızadə — pantomim,
- "Karol xofu" — S. Mrojek – eksperimental tamaşa,
- "Gəldim ki, olam ğəmin hərifi" — M. Füzuli "Leyli və Məcnun" poeması əsasında – pantomim balet,
- "Şəngül, Şüngül, Məngül" — M. Musabəyov – divertisment –tamaşa,
- "Manqurt" -Ç, Aytmatov /"Gün var əsrə bərabər" povestinin motivləri əsasında/ — pantomim,
- "Dulusçu" — Ü. Hacıbəyov /"Biz nə tövr iş görürük?" fleytonu əsasında/- pantomim,
- "Zibillik pərvanələri" — B. Xanızadə — pantomim,
- "Eşq" — B. Xanızadə (V. Şekspirin sonetləri əsasında plastik düşüncə),
- "Balaca şahzadə" — Antuan de Sent Ekzüperi –nağıl –tamaşa,
- "Maska" — Zaur Zeyanlov – pantomim,
- "Çərçivə" — Ə. Abdulayev – pantomim,
- "Dejavü" — S. Hacıyeva – pantomim və s.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Dövlət Pantomim Teatrı". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-14.
Mənbə
redaktə- "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43.
Xarici keçidlər
redaktəpantomima.az — Rəsmi saytı
- Can Azerbaycan-Pantomima Teatri
- Elman Rəfiyev: "Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur"
- Pantomim-də söyüş qazanan qızlar… Arxivləşdirilib 2016-02-25 at the Wayback Machine
- Diqqət: şərh verilmir! — Fotoreportaj
- Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək
- "Последний штрих" азербайджанского театра в Грузии (rus.)
- Азербайджанские мимы с успехом выступили в Грузии (ФОТО) (rus.)
- Mən və Mən. Rejissor: Ceyhun Dadaşov