Behruz Vaqifoglu - Wikipedia
Bəhruz Vaqif oğlu Əhmədli (25 oktyabr 1982, Zəngilan) — Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti (2016).
Bəhruz Vaqifoğlu | |
---|---|
Bəhruz Vaqif oğlu Əhmədli | |
Digər adı | Bəhruz Əhmədli |
Doğum tarixi | 25 oktyabr 1982 (42 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Gülnarə Məmmədli |
Uşağı | 2 |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 2003-bu günə qədər |
Təhsili | |
İstiqamət | pantomim |
Mükafatları | |
IMDb | ID5527794 |
Həyatı
redaktəBəhruz Vaqifoğlu (Əhmədli) 25 oktyabr 1982-ci ildə Zəngilan rayonunda anadan olub. 1988-1993-cü illərdə Zəngilan rayonu 1 saylı orta məktəbdə, 1993-2000-ci illərdə isə Bakı şəhəri 177 saylı orta məktəbdə orta təhsil almışdır. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsində musiqili teatr rejissoru ixtisası üzrə rejissor Faiq Zöhrabovun kursunda ali təhsil almışdır.
Fəaliyyəti
redaktəFəaliyyətinin ilk illərində Vahid Əliyevin rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətində ilk addımlarını atmış, sonra isə Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinin üzvü olmuşdur.[1] 2003–2005-ci illərdə Nəsibə Zeynalova adına "Cənnət" xalq teatrında, 2005—2006-cı illərdə 1 illik müqavilə əsasında[2] Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışmışdır. 2006-cı ildən Azərbaycan Dövlət Pantomim Teatrında aktyor kimi çalışır. 2009-cu ildən etibarən həmin teatrda paralel olaraq rejissor kimi də fəaliyyət göstərir.
Bəhruz Vaqifoğlu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, habelə "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü"[3], "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır.
Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur.[4]
Festivallar və mükafatlar
redaktəGənclərin I Ümumrespublika Teatr Festivalı
redaktə2011-ci il.
- "O an bizim gözümüzlə" (ssenarist; II yer)
- "Mənim düşmən oyuncağım" (rejissor)
Gənclərin II Ümumrespublika Teatr Festivalı
redaktə2012-ci il.
- "Zibil düşüncə" (rejissor və ssenarist)[5]
"Affekt" Qısa Filmlər Festivalı
redaktə- Ən yaxşı aktyor (I yer)
Xalq teatrları arası festival
redaktə- Ən yaxşı ssenarist (I yer)
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[6] 1 may 2017-ci ildə[7], 9 may 2018-ci ildə[8], 10 may 2019-cu ildə[9], 10 may 2022-ci ildə[10] və 9 may 2024-cü ildə[11] Prezident Mükafatına layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
redaktəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Ölüləri qəbiristanlıqda basdırın | Qaçaq | 2005 | Rövşən Almuradlı | İsmayıl Şıxlı |
Dirilən adam | Kəndli Dustaq |
2006 | Oruc Qurbanov | Mir Cəlal Paşayev |
Mesenat | Tələbə | Bəhram Osmanov | Əli Əmirli |
Azərbaycan Dövlət Pantomim Teatrı
redaktəTamaşanın adı | Rol | Premyera | Rejissor | Müəllif | Rəssam | Musiqi tərtibatçısı |
---|---|---|---|---|---|---|
Nağaraçılar | Müəllim | |||||
Muğam-trio "Dizlər" | Tar ifaçısı | |||||
Zibillik pərvanələri | Bomj Tələbə |
Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |||
Eşq | Ulduz Vərəq |
Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Uilyam Şekspirin sonetləri əsasında) |
|||
Maska | Kvadrat | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə | |||
Leyli və Məcnun | Məcnun | |||||
Dulusçu | Mim Gürcü |
2002[12] | Bəxtiyar Xanızadə | Üzeyir Hacıbəyov Bəxtiyar Xanızadə |
||
Manqurt | Manqurt | 5 oktyabr 2013 | Ceyhun Dadaşov | Çingiz Aytmatov | ||
Çərçivə | Torpaq | 21 iyul 2009 | Əflatun Abdullayev | Əflatun Abdullayev | ||
Qaranlıq | ||||||
Korlar | Kor | |||||
Dejavü | Ər | (Səbinə Hacıyeva ilə birgə) |
Səbinə Hacıyeva | |||
Məlikməmməd | Div | 4 aprel 2008 | Bəxtiyar Xanızadə | Bəxtiyar Xanızadə (Azərbaycan xalq nağılı əsasında) |
||
Tıq-tıq xanım | Tülkü | 26 dekabr 2010 | Nargilə Qəribova | Abdulla Şaiq | ||
Balaca şahzadə | Qızılgül | Bəxtiyar Xanızadə | Antuan de Sent-Ekzüperi | |||
Unutmayaq | erməni komandiri | 14 aprel 2012 | Bəxtiyar Xanızadə | |||
Fəlakət və insan | ||||||
No comment | 14 iyun 2012 | (Bəxtiyar Xanızadə və Əflatun Abdullayevlə birgə) |
Bəxtiyar Xanızadə | |||
Ora-bura[13] | Kloun Zır-zır | 15 mart 2014 | ||||
Son ştrix | Qoca kloun | 6 dekabr 2014 | (Bəxtiyar Xanızadə ilə birgə) |
(Bəxtiyar Xanızadə ilə birgə) |
||
Hamlet | Laert | 5 iyun 2015 | Bəxtiyar Xanızadə | Uilyam Şekspir | ||
Adajio[14] | 1 iyul 2016 | Bəxtiyar Xanızadə Nargilə Qəribova |
Bəxtiyar Xanızadə | |||
Ağ bığlılar | 8 oktyabr 2016 | Nurlan Rüstəmov | ||||
Underground | 12 noyabr 2016 | Nurlan Rüstəmov Solmaz Bədəlova |
||||
İt gəzdirən xanım | 18 iyun 2017 | Leyla Atayeva | Anton Çexov | |||
Bədbəxtlik | ər | 24 iyun 2017 | Nuridə Musabəyli[15] | Anton Çexov | ||
6+1 nömrəli palata | 2 dekabr 2017 | |||||
Xocalı - bu olub[16] | 2019 | Bəxtiyar Xanızadə | ||||
İblis[17] | 2022 | Hüseyn Cavid |
Azərbaycan Teatr Xadimləri İttifaqı
redaktəTamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Qaçaq qocalar[18] | Yusif | 2015 | Nofəl Vəliyev | Elçin Hüseynbəyli |
Filmoqrafiya
redaktəBədii filmlər
redaktə- Günaydın, mələyim! (film, 2008)
- Cavad xan (film, 2009)
- Sonuncu dərviş (film, 2009)
- Vəkil hanı? (film, 2011)
- Çölçü (film, 2012)
- Dərvişin qeydləri (film, 2013)
- Bakı, mən səni sevirəm (film, 2015)
- Yarımçıq xatirələr (film, 2015)
- Əli və Nino (film, 2015)
- Sevgi haqqında (film, 2015) (qısametrajlı bədii film)
- Müqəssir (film, 2016)
- Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game) rol: Fuad[19][20]
- Xülya (film, 2017)
- Titrəmə (film, 2020)
Seriallar
redaktə- Həyat varsa... (serial, 2012-2014)
- Aydın (serial, 2013)
- İzi itməyən cinayətlər (serial, 2015) ("Vəsiyyətnamə" bölümü)
- Xosrov və Şirin (serial, 2021)
Sənədli-bədii filmlər
redaktə- İnci taleyi (film, 2012)
- Sirli bənövşə (film, 2013)
- Lend-Liz
- Son iclas (film, 2018)
- Azərbaycan Atabəyləri (film, 2024)
Kliplər
redaktə- Sarı gəlin (ifa: Abbas Bağırov)
- Dünya qəmli nağıl imiş (ifa: Vasif Məhərrəmli)
- Vurulmuşam (ifa: Mələkxanım Əyyubova)
- Lay-lay (ifa: Xumar Qədimova)
- Karuzo (ifa: Şahin İsmayılov)
- Sevəsən məni (ifa: Sevinc)
- Олы Юлнын Тузаны (rus. Пыль большой дороги; azərb. Ulu yolun tozanağı) (ifa: Alsu)[21]
- Я хочу целовать тебя миллиард раз (ifa: Ələsgər Əliyev)[22]
Reklamlar
redaktə- Akkord
- Hunday
- Bakcell
- Final çay
- Zalotoy sad
İstinadlar
redaktə- ↑ ""Yenidən qadın rolunu oynamaq istəmərəm"". 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "Azərbaycan Dövlət Pantomim Teatrı. Şəkil albomları: Bəruz Vaqif oğlu Əhmədli". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "Tanınmış rejissor Şamil Əliyev: "Bəhruz Vaqifoğlu mənə lazım olan xarakeri yaradıb" - FOTO". 2013-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- ↑ Sənan Əlləz. "Gənclərin III Ümumrespublika Teatr Festivalı 2014-2015" (az.). Youtube.com. 03.10.2014. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-27.
- ↑ ""Narkoman ana", "kasıb rəssam", "göz yaşları" - REPORTAJ". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
- ↑ ADPT. "Pantomima Teatrı yeni mövsümünü "Dulusçu" tamaşası ilə açıb" (az.). Azərbaycan Dövlət Pantomim Teatrı. 27.09.2010. 2020-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-07.
- ↑ Həmidə. ""Ora-bura" getmələr..." (az.). Azərbaycan Milli Kitabxanası. 18.04.2014. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
- ↑ Xəyalə Rəis. "Pantomima Teatrında "Adajio"" (az.). Azərbaycan Milli Kitabxanası. 05.07.2016. 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
- ↑ G. Mirməmməd. ""Bədbəxtlik": ovqatını çamadana yığ və..." (az.). Medeniyyet.az. 30.06.2017. İstifadə tarixi: 2017-07-01.
- ↑ AzərTAc. "Pantomima Teatrı yeni tamaşanın premyerasına hazırlaşır" (az.). AzərTAc. 28.02.2019. 2020-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
- ↑ İlqar Fəhmi. "İblisin axtarışında" (az.). "Ədəbiyyat" qəzeti. 13.08.2022. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-08.
- ↑ Lider TV. ""Qaçaq qocalar" tamaşası nümayiş olunub" (az.). Youtube.com. 27.12.2016. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.
- ↑ "Azərbaycan və türk aktyorlarının birgə çəkildikləri "The game" filminin çəkilişləri davam edir". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- ↑ ""Yarasa Art Pictures"in istehsalı olan filmdə əməkdar artistlər Elşən Rüstəmov, Bəhruz Vaqifoğlu, Əbdülqəni Əliyev, Pərviz Məmmədrzayev, Ayşen Batıgün, Eray Türk, Serkan Genc və başqaları çəkilib". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- ↑ "Azərbaycanlı aktyor: "Mən onu əvvəl gizlin, sonra aşkar çox sevmişəm..." - FOTOSESSİYA". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "Алескер Алиев – Я хочу целовать тебя миллиард раз". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.
Mənbə
redaktə- "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42-43.
Xarici keçidlər
redaktə- Azərbaycan Gənclər Teatr Festivalı 2011 - İştirakçıların xatirələri
- Gənclərin Ümumrespublika Teatr Festivalı Komandalar
- Bəhruz Əhmədli. Kinoafişa Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Elmin Nuri. “Günah bu cür filmləri öz kinoteatrlarına buraxanlardadır”
- Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək
- "Последний штрих" азербайджанского театра в Грузии (rus.)
- MAG. "Mən aktyoram". Bəhruz Vaqifoğlu