Zenbil - Wikipedia
Zənbil - Haqqında Məlumat
Zənbil[1] — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar.
Zənbil | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,4 km² |
Uzunluğu | 0,9 km |
Eni | 0,4 km |
Hündür nöqtəsi | 25 ± 1 m |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
40°02′30″ şm. e. 49°35′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Zənbil adası |
Ekologiyası
redaktəSəngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır. 1999-ci il iyun ayındakı yoxlamalar zamanı Daş adalar qrupuna aid 3 adada və Zənbil adasında neftdən tələf olmuş 100 quş,7 suiti və 2 nərə balığı aşkar edilib.
İstinadlar
redaktə- ↑ "Zənbil adası". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.