Maral Rehmanzade - Wikipedia
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916[1], Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965).[2]
Maral Rəhmanzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam |
Təhsili | Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu |
Janr | portret |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMaral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur[3]. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.[2]
Yaradıcılığı
redaktə1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
"Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma vətənim", "Azərbaycan" və s. (1965–1975)).
Kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərmiş, bədii əsərlərə illüstrasiyalar çəkmişdir. Rəssam M.S.Ordubadinin "Qılınc və qələm", M. F. Axundzadənin "Aldanmış kəvakib", A.S.Puşkinin "Yevgeni Onegin" və M.Y.Lermontovun "Zəmanəmizin qəhrəmanı" əsərlərinə illüstrasiyaların da müəllifidir. Həmçinin bir sıra xarici ölkələrdə olmuş, həmin ölkələrin həyatından silsilə qravüralar yaratmışdır ("Çexoslovakiyada", 1959–1960).
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilmişdir. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri göstərilmişdir. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Vəfatı
redaktəMaral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat etmiş və Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.[2]
Mükafatları
redaktə- "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı — 29 iyun 1964
- "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1965 ("Azərbaycan" və "Vətənim" linoqravüralar silsiləsi üçün)
- "Şöhrət" ordeni — 22 iyul 1996[4]
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Filmoqrafiya
redaktə- Rənglərə köçən ömür (film)
Rəsmləri
redaktə-
Xınalıq (1963)
-
Xınalıqda toy mərasimi
-
Maral Rəhmanzadə - Xınalıq, 1963, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Maral Rəhmanzadə - Kürdhacı, 1978, Azərbaycan Milli İncəsənət Muzeyi
İstinadlar
redaktə- ↑ Maral Rahmanzade // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ 1 2 3 "Maral Yusif qızı Rəhmanzadə" (Azərbaycan). anl.az. 7-5-2008 tarixində arxivləşdirilib.
- ↑ Mədəniyyət TV. "Professional təhsilli ilk azərbaycanlı qadın rəssam" (az.). Youtube.com. 25.07.2022. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ M.Y.Rəhmanzadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 1996-cı il tarixli Fərmanı Arxivləşdirilib 2017-09-25 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.