Samaxi Quberniyasi - Wikipedia
Şamaxı quberniyası (rus. Шемахинская губерния) — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Şamaxı şəhəri idi.
Şamaxı quberniyası | |||||
---|---|---|---|---|---|
40°37′49″ şm. e. 48°38′29″ ş. u.HGYO |
|||||
Ölkə | Rusiya İmperiyası | ||||
İnzibati mərkəz | Şamaxı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 14 dekabr 1846 | ||||
Ləğv edilib | 6 dekabr 1859 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhali
redaktə1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.[1] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[1] Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[1] Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.[1]
Hərbi qubernatorlar
redaktə- Baron Aleksandr Yevstafyeviç Vrangel 1846-1850
- Sergey Qavriloviç Çelyayev, 1850-1857
- Konstantin Davıdoviç Tərxan-Mouravov, 1857-1859
Mənbə
redaktə- О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.