Aleksandr Mison - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü.
Aleksandr Mişon | |
---|---|
rus. Александр Михайлович Мишон | |
Doğum tarixi | |
Doğum yeri | Xarkov, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Samara, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti |
fotoqraf rejissor ssenarist operator naşir |
IMDb | ID3467289 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür.
Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır.[1] Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.
Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.
1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən peşəkar fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.
1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra "Şimali Donetsk Əyaləti" qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon 1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar "Voronej Kommunası" qəzeti "Cənab Mişonun ölümü" başlığı altında məlumat dərc etmişdir.
Fotoşəkilləri
redaktə-
Foto №1 "Общий вид промысла на XVII группе" из альбома с широкоформатными фотографиями "Виды нефтяных промыслов торг. дома Бенкендорф и Ко" Балаханы, 1896.
-
Bakı. Aleksandr sahili
-
Bakı. Şimaldan görünüş
-
Bakı. Sadovaya küçəsi və liman
-
Bakı. Müsəlman məhəlləsi
-
Gəncə uyezdinin meşəbəyisinin uşaqları Anna Yakovlevna və onun qardaşı
Filmoqrafiya
redaktə- 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898) — rejissor, operator
- Bazar küçəsi sübh çağı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Bibiheybətdə neft fontanı yanğını (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- İlişdin (film, 1898) (qısametrajlı bədii film) — rejossor, ssenarist, operator
- Qafqaz rəqsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, ssenarist, operator
- "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
- Şəhər bağında xalq gəzintisi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
İstinadlar
redaktə- ↑ İctimai TV. "Azərbaycan kinosu tarixinə səyahət" (az.). Youtube.com. 03.08.2016. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
Mənbə
redaktə- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11-12.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "A.M.Mişon kimdir?". "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
- Aleksandr Mişon haqqında. 02.08.2016
Xarici keçidlər
redaktə- Первый фотограф Arxivləşdirilib 2007-06-30 at the Wayback Machine