Vaqif Mustafazade - Wikipedia
Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940[1][2], Bakı – 16 dekabr 1979[1][2], Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır.
Vaqif Mustafazadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Daşkənd, Özbəkistan SSR, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | Yasamal qəbiristanlığı |
Uşağı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Fəaliyyət illəri | 1958–1979 |
Janr | caz-muğam |
Musiqi aləti | |
Təhsili | |
Mükafatları | |
vagifmustafazadeh.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.[3]
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.[4]
O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.
Tərzi
redaktəVaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.
Yaradıcılığı
redaktə- 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır.
- 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır.
- 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edir.
- 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olmuşdur.
- 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı almışdır.
- 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.[5]
- 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir.
Xatirəsi
redaktəVaqifi Mustafazadə haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.[6]
Ev-muzeyi
redaktə1989-cu ildə ozamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb[7]. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.[8]
Həmçinin bax
redaktəMənbə
redaktə- Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.159
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Vagif Mustafazade // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Vagif Mustafa Zadeh // Musicalics (fr.).
- ↑ Respublikanın yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Lider TV. "Vaqif Mustafazadənin anım günüdür" (az.). Youtube.com. 16.12.2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-19.
- ↑ Q.Xəlilov. "RESPUBLİKANIN YARADICI İŞÇİLƏRİNƏ AZƏRBAYCAN SSR FƏXRİ ADLARI VERİLMƏSİ HAQQINDA" (PDF). Azərbaycan Milli Kitabxanası. 23 fevral 1979. səh. 116. 2017-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-01.Arxivləşdirilib 28 iyul 2017 at the Wayback Machine. Additional archives: 25 September 2017.
- ↑ Vahid, T. "Caz əfsanəsi — Vaqif Mustafazadə". Böyük musiqiçidən bəhs edən yeni sənədli film çəkilib //Mədəniyyət. — 2012.- 16 mart.- S. 11.
- ↑ Mədəniyyət TV. "Bu gün görkəmli caz ifaçısı, bəstəkar və caz muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirə günüdür" (az.). Youtube.com. 17.12.2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
- ↑ Türkan Məmmədli. "Böyük cazmenin kiçik evi... Vaqif Mustafazadə" (az.). Apa.tv. 26 dekabr 2015. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
Xarici keçidlər
redaktə- Vaqif Mustafazadəyə həsr olunmuş səhifə
- Vaqif Mustafazadə haqında məqalə (Azerbaijan International)
- Azerimusic.net — Vaqif Mustafazadə Arxivləşdirilib 2007-04-09 at the Wayback Machine
- Musicday.az — Vaqif Mustafazadə Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine
- Vaqif Mustafazadə. Jazz Compositions
- Vaqif Mustafazadə. Nərgiz Əhmədqızı, Kəpəz TV, 16.12.2013 (az.)
- Səda — Vaqif Mustafazadənin doğum günüdür (16.03.2016)
- Гением его называли еще при жизни
- Vaqif Mustafazadə 1974-cü ildə Dövlət Radiosunun "Sabahınız xeyir" verilişində