Lovber - Wikipedia
Lövbər — gəmi, sualtı gəmi, mayak və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş lövbər zənciri və lövbər dəstəyindən ibarət metal konstruksiya. Lövbərin effektivliyi saxlanma gücü əmsalı ilə qiymətləndirilir. Saxlanma gücü əmsalı lövbərin çəkisi ilə obyektin müqavimət gücü arasında nisbət ilə tapılır.
Hərbi gəmilərdə lövbərin ölçüsü gəminin midelinin sahəsinə görə təyin edilir. Ticarət gəmilərində, lövbərin ölçüsü - gəminin əsas ölçüləri və ya gəminin tonnajı ilə lövbərin çəkisi arasındakı düz mütənasibliyi nəzərə almaqla təyin edilir.
Sadə lövbərin konstruksiyasının əsası düz istiqamətdə uzanan metal dəstəkdir. Dəstəyin yuxarı hissəsində lövbərin zəncirə bərkidilməsi üçün qulp yerləşmişdir. Dəstəyin aşağı hissəsi qövsvari şəklində uzanmış oxlardan təşkil olunmuşdur. Ən alt hissə - trend adlanır.
- Vikianbarda Lövbər ilə əlaqəli mediafayllar var.