Inter Arena - Wikipedia
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir.
ASK Arena | |
---|---|
Tam adı | ASK Arena |
Keçmiş adı | Şəfa stadionu, İnter Arena |
Yeri | Bakı, Azərbaycan |
Təməli qoyulub | 2000 |
Tikilib | 2000-2001 |
Açılış tarixi | 2001 |
Sahibi | "Azərbaycan Sənaye Korporasiyası" ASC |
Tamaşaçı tutumu | 8125 |
Ev sahibi komanda | İrəvən Fk |
Ot örtüyü | süni |
Vikianbarda əlaqəli mediafayllar |
İnşası
redaktəStadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır.[1] Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" (hazırkı "Şamaxı") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.[2] 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.
Tədbirlər
redaktəASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.
Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur.[3]
İstinadlar
redaktə- ↑ Rövnəq Abdullayev stadionu "su qiyməti"nə satdı. Arxivləşdirilib 2014-04-13 at the Wayback Machine qafqazinfo.az (az.)
- ↑ "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
- ↑ "Arxivlənmiş surət". 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |