Fifa U 17 Qadinlararasi Dunya Cempionati 2012 - Wikipedia
FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Çempionat 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır.
FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Azərbaycan |
Tarix | 2012 |
Başlama tarixi | 22 sentyabr 2012 |
Bitmə tarixi | 13 oktyabr 2012 |
Komanda sayı | 16 |
Stadion sayı | 6 (2 ev sahibi şəhərdə) |
Yarış statistikası | |
Oyun sayı | 32 |
Qol sayı | 119 |
Tamaşaçı sayı | 257.766 |
Vikianbarda əlaqəli mediafayllar |
Çempionatın tarixi
redaktəFIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 28 Oktyabr-16 Noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib.[1] Yeni Zelandiyada oyunlar əsasən Ouklənd, Hamilton, Vellington, Kristçörç şəhərlərində keçirilib.[2] Çempionatda iştirak edən 16 komandadan Şimali Koreya və Amerika Birləşmiş Ştatları finalda qarşılaşıb və Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.[3]
Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib.[4] Çempionat 5-25 sentyabr 2010-cu il tarixlərində keçirilib. Trinidad və Tobaqoda keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatında 16 ölkədən komandalar iştirak etmişlər.[5][6][7] Onlardan Yaponiya və Cənubi Koreya ölkələri final qarşılaşmasında birinci və ikinci yerləri bölüşmüşlər. Cənubi Koreya penalti qarşılaşmasından qalib çıxaraq ümumi çempionatın qalibinə çevrilmişdir.[8]
Üçüncü U-17 Qadınlararası Dünya Çempionatı isə 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda baş tutacaq. Azərbaycan həm ilk dəfə olaraq FIFA U-17 qadınlararası Dünya Çempionatına ev sahibliyi edəcək, həm də ilk dəfə olaraq öz milli U-17 yığması ilə iştirakçı qismində çempionata qatılacaq.
Stadionlar
redaktəFIFA U-17 Qadınlararası Dünya Çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Çempionat üçün 6 stadion ayrılmışdır.[9][10] Bunların beşi Bakı şəhərində, biri isə Lənkəran şəhərində yerləşir.[11][12]
- Bayıl Stadionu – Səbayıl rayonu, 20-ci sahə, Salyan şossesi 23
- Dalğa Arena – Xəzər rayonu, Mərdəkan qəsəbəsi(keçmiş Dalğa istirahət kompleksi)[13][14]
- 8KM Stadionu – Nizami rayonu, 8-ci KM qəsəbəsi, B.Nuriyev küçəsi, 2397-ci məhəllə
- Tofiq Bəhramov adına Respublika Stadionu - Nərimanov rayonu, Fətəli X.Xoyski pr. 98 A
- Şəfa stadionu – Heydər Əliyev prospekti, köndələn 5
- Xəzər Lənkəran Mərkəzi Stadionu
İştirakçı komandalar
redaktəKonfederasiya | Seçmə mərhələsi | Komanda sayı |
---|---|---|
AFC (Asiya) | 2011 AFK U-16 Qadınlararası Çempionat | Yaponiya, Şimali Koreya, Çin |
CAF(Afrika) | 2012 Afrika U-17 Qadınlararası Çempionat | Nigeriya, Qana, Qambiya |
CONCACAF (Mərkəzi, Şimali Amerika və Karib adaları) |
2012 CONCACAF Qadınlararası U-17 Çempionat | ABŞ, Kanada, Meksika |
CONMEBOL (Cənubi Amerika) | 2012 Cənubi Amerika U-17 Qadınlararası Çempionat | Braziliya, Uruqvay, Kolumbiya |
OFC (Okeaniya) | OFK U-17 Qadınlararası Seçmə Turniri | Yeni Zellandiya |
UEFA (Avropa) | 2012 UEFA U-17 Qadınlararası Çempionat | Fransa, Almaniya, |
Ev sahibi | Azərbaycan |
Azərbaycan U-17 Milli Qadınlar Komandası
redaktəAzərbaycanın U-17 qadınlar milli yığma komandası 17 yaşdan aşağı qızlardan təşkil olunmuşdur. Milli yığma komanda üçün qızlar 2010-cu ilin may-iyul aylarında keçirilən seleksiya günlərində seçilmişlər.[15] Seleksiya Bakı, Lənkəran, Zaqatala, Qusar, Şəki və Gəncədə baş tutmuş və bu tədbirlərdə yüzlərlə qız iştirak etmişdir..[16] Bu seçimlərdə ən yüksək nəticə göstərən qızlar hal-hazırda Azərbaycan U-17 Qadınlar Milli Yığma Komandasını təşkil edirlər.[17]
Komandanın baş məşqçisi alman xanım Sissi Raytdır.[18] O, keçmiş futbolçudur və Bayern Munich qızlar komandasının məşqçisi olmuşdur.
Azərbaycan U-17 Qadınlar Milli Yığma Komandasının tərkibi aşağıdakı kimidir[19] :
|
Rəsmi Emblem
redaktə
FIFA U-17 Qadınlararası Dünya Çempionatının rəsmi emblemi 6 iyun 2011-ci ildə Azərbaycan Futbolunun 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə FIFA tərəfindən təqdim olundu.[20] Təqdimat mərasiminə FIFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini də qatılmışdı.[21] Belə ki, ötən il FIFA tərəfindən təqdim olunmuş 9 variantda emblemlər arasında ən uyğunu seçilmiş və 19 iyul 2010-cu ildə AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiqlənmişdi. Daha sonra isə 20 iyul 2011-ci ildə Yerli Təşkilat Komitəsi tərəfindən öz təsdiqini tapmışdır.[22] Rəsmi emblemin hazırlanması məqsədi ilə istifadə olunacaq milli atributlar 2010-cu ilin yazında Yerli Təşkilat Komitəsi tərəfindən FIFA-ya təqdim olunmuşdu. Buraya Azərbaycan Respublikasının xəritəsi, bayrağı, iki növdə buta rəsimləri, həmçinin Qız qalası, Şəki Xan sarayı, Şirvanşahlar sarayı, Neft daşları, Qobustandakı qayaüstü rəsmlər, milli xalça naxışları daxildir. Təqdim olunan atributlar rəsmi emblemin Azərbaycana xas olan milli keyfiyyətləri özundə əks edilməsi üçün istifadə olunmuşdu. Rəsmi Emblemin hazırlanmasında Azərbaycan Respublikasının milli bayraqında əks olunmuş üç (göy, qırmızı və yaşıl) rəng çalarlarından istifadə olunmuşdur. Emblemin mərkəzində yerləşdirilmiş buta naxışı milli ornamentdir və çempionatın Azərbaycanda keçiriləcəyinə nişan edir. |
Rəsmi maskot
redaktə- Adı: Top-Top Girl (Qız)
- Milliyəti: Azərbaycanlı
- Cinsi: İnsan/Qadın
- Rəsmi təqdimat: 7 oktyabr 2011-ci il /Azərbaycan-Avstriya AVRO 2012 seçmə oyunu.
- Doğum tarixi: 15 noyabr 1995-ci il.
- Ad müəllifi: Bəhram Bağırzadə.
15 noyabr 1995-ci ildə doğulan Top-Top Qızın ən sevimli mövzusu elə onun doğum günüdür. Bu gənc xanım müvafiq hadisə ilə bağlı hekayələri çox sevir. Onun buna çox yaxşı səbəbləri var. Çünki bu təqvim Azərbaycan futbolu üçün tarixi bir nailiyyətlə assosiyasiya olunur. Belə ki, on yeddi il bundan öncə, elə həmin gündə Azərbaycan milli komandası ilk qoluna imza atmışdır!
Top-Top Qız hər kəsi öz gözəl, iri, mavi gözləri ilə heyran edir. İdmana böyük maraq göstərən, sürətlə qaçmağı bacaran, daima gümrah olan bu gənc qız həm də gözəl xarici görünüşə malikdir. O, həyatdan ən yüksək səviyyədə zövq almağı bacarır. Uşaq yaşlarından futbol oynadığı üçün futbol onun dünyasında xüsusi bir dünyadı. O, qarşıdan gələn FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-ni səbirsizliklə gözləyir. Geyimində belə, Top-top xanımın vətənpərvər təbiətinin əlamətlərini görmək olar. Azərbaycan milli komandasına dəstək əlaməti olaraq üzünə mavi, qırmızı, yaşıl olan Azərbaycan bayrağının rəngləri çəkilmişdir. Amma unutmaq lazım deyil ki, o bütün oyunlarda stadionlarda olub, öz müsbət enerjisini paylaşaraq Azərbaycanla yanaşı digər komandalara da dəstək olacaq.
Top-Top Qız FIFA U-17 Qadınlararası Dünya Çempionatının simvolu olmaqla fəxr edir. Özünə çox güvənən biri olaraq, inanır ki, müxtəlif ölkələrdən olan azarkeşləri asanlıqla heyran edə biləcək. Rəqsə qarşı xüsusi sevgisi olduğu üçün oyun zamanı o sizi gözlənilmədən rəqsə dəvət edə bilər. Top-top Qız şəkil çəkdirməyi çox sevir, bunu üçün fotoaparat gətirməyi unutmayın! Bütün bunlara əlavə olaraq siz yaddaşınızda əbədi qalacaq gözəl xatirələr yaşayacaqsınız!
Hər şeylə yanaşı, bu gənc xanım bir az utancaqdır. Buna görə də, səhnədə verilən suallara şifahi cavab gözləməyin. Lakin, yaxşı davranışlı olduğu üçün o, özünü jestlərlə rahat ifadə edə biləcək.
Top-Top Qız çoxlu səyahət edir. Bəlkə bu da onun coğrafiya dərslərində yaxşı olmasının səbəbidir. Hara getsə də o, öz doğma ölkəsini Azərbaycanın milli atributlarını təcəssüm edən xüsusi geyimi ilə təbliğ edir. Hər kəs onun saç düzümünə (buta formasında), geyiminə (milli bayrağın rənglərində) baxıb onun Azərbaycanı təbliğ etdiyini deyə bilər.[1] Arxivləşdirilib 2012-05-13 at the Wayback Machine
Əsas cəhətləri: Xanım; Qonaqpərvər; Əyləncəli; Mehriban; İstiqanlı; Tərbiyəli
Yerli Təşkilat Komitəsi
redaktəFIFA U-17 Qadınlararası Dünya Çempionatına hazırlıq üçün Yerli Təşkilat Komitəsi 2010-cu ilin Mart ayının sonlarından təsis olunmuşdur. Komitənin sədri Elxan Məmmədovdur.[23] O, həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibidir. Yerli Təşkilat Komitəsi hal-hazırda bir neçə şöbəyə bölünür: Marketinq; PR, Media və Kommunikasiya; İnfrastruktur; Akkreditasiya; Otellərlə İş; IT və Telekommunikasiya; Protokol; Könüllülər; Nəqliyyat; Təhlükəsizlik. Hal-hazırda Komitədə Çempionata aktiv hazırlıq işləri gedir.[24][25] [26]
Milli Dəstəkçilər
redaktəFIFA U-17 qadınlararası dünya çempionatının Milli Dəstəkçiləri:
Bakcell
SOCAR
Xalq Bank
Paşa Sığorta
Bilet Satışı
redaktəFIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 üçün 16 aprel tarixindən etibarən online biletlər satışa çıxarılıb. Biletləri online qaydada fifa.com/azerbaijan2012 [2] Arxivləşdirilib 2009-02-28 at the Wayback Machine rəsmi internet səhifəsindən əldə edə bilərsiniz. Həmçinin 15 iyun tarixindən etibarən açılış oyununun biletlərini ənənəvi qaydada şəhərin Bilet Satışı Məntəqələrindən əldə edə bilərsiniz. Digər oyunların biletləri isə iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq.
Qeyd* Açılış oyununda dünya şöhrətli müğənni Cennifer Lopez, dörddə bir final oyununda Rianna, oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyununda isə Şakira iştirak edəcəkdir.
Könüllülər
redaktə
"Dünya çempionatlarını könüllülərsiz təsəvvür etmək olmaz" fikri artıq beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Azərbaycanda da bu çempionatı həyata keçirən zaman könüllülərlə iş nəzərdə tutulmuşdur. Məsələn, 2010-cu il CAR-da keçirilən Dünya Çempionatında 15000, 2010-cu il Trinidad və Tobagoda U-17 Qadınlararası Dünya Çempionatında 1000 könüllü ilə fəaliyyət göstərilmişdir. Azərbaycanda da bu təcrübəni həyata keçirmək məqsədilə FIFA U-17 Qadınlararası Dünya Çempionatı zamanı könüllülərin köməyindən istifadə olunacaq. Dünya Çempionatı dövründə könüllülər qeyd edilmiş bölmələrdə çalışacaqlar: |
İstinadlar
redaktə- ↑ FIFA U-17 Women's World Cup New Zealand 2008 Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine, Official Page
- ↑ "2008 FIFA U-17 Women's World Cup". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "New Zealand U-17 World Cup report". 2012-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "FIFA U-17 Women's World Cup Trinidad and Tobago 2010". 2009-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "Trinidad and Tobago results". 2013-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "FIFA News on the World Cup". 2010-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "U-17 Schedule". 2012-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ "2010 FIFA U-17 Women's World Cup". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
- ↑ FIFA Azərbaycanda DÇ-2012-nin stadionlarını təftiş edib[ölü keçid].
- ↑ "FIFA AZƏRBAYCAN STADIONLARINI YOXLADI". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ "Stadionlara baxış keçirilib". 2015-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ Lənkəran stadionuna baxış keçirildi [ölü keçid]
- ↑ "FIFA VƏ UEFA PREZIDENTLƏRI "DALĞA ARENA"NIN AÇILIŞINDA IŞTIRAK EDIBLƏR". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ "Dalğa Arena"-nın açılışı oldu [ölü keçid], 06.06.2011
- ↑ Qızlar arasında futbol turniri start götürüb[ölü keçid], 04.05.2010.
- ↑ "Onlar Azərbaycan yığmasının gələcəyi olacaq" Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine, 30.06.2010.
- ↑ Keçidin mətni Arxivləşdirilib 2018-07-20 at the Wayback Machine, U-17-nin (qızlar) heyəti açıqlandı.
- ↑ Yığmanın A kateqoriyalı məşqçisi Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, 29 aprel 2010.
- ↑ AFFA Rəsmi Veb-Saytı; U-17 Komandası (Qızlar) http://www.affa.az/index.php?r=225&lang=az Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine Çıxarıldığı tarix: 6 sentyabr 2011
- ↑ Futbolumuzun 100 illiyinə dair təntənəli tədbir keçirilib Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, 7 iyun 2011.
- ↑ Futbolumuzun 100 illik yubileyi FİFA-nın rəsmi saytında Arxivləşdirilib 2011-07-02 at the Wayback Machine.
- ↑ FİFA prezidenti Azərbaycandakı dünya çempionatının emblemini rəsmən tanıdı Arxivləşdirilib 2020-08-11 at the Wayback Machine.
- ↑ "Təşkilat Komitəsi FİFA-da müzakirələr aparacaq". 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ FİFA U-17-nin DÇ-ya hazırlıq işlərilə maraqlanır[ölü keçid], 21.10.2010.
- ↑ "FIFA DÇ-yə hazırlıqdan razıdır". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-06.
- ↑ "U-17 Facebook Səhifəsi". 1998-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-09.