Kolumbiya - Wikipedia
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət.
Kolumbiya | |||||
---|---|---|---|---|---|
República de Colombia (isp.) | |||||
| |||||
"Libertad y Orden" (isp.) "İstiqlaliyyər və nizam" |
|||||
Himn: |
|||||
Tarixi | |||||
• Müstəqillik elanı | 20 iyul 1810 | ||||
• Konstitusiya qəbulu | 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Boqota | ||||
İdarəetmə forması | Parlament Respublikası | ||||
Prezident | Qustavo Petro | ||||
Vitse prezident | Francia Márquez | ||||
Sahəsi | Dünyada 26-cı | ||||
• Ümumi | 1142000 km² | ||||
• Su sahəsi (%) | 8.8 | ||||
Əhalisi | |||||
• Əhali | 46.271.958 nəfər (28-ci) | ||||
• Sıxlıq | 229 nəf./km² (168-ci) | ||||
• Ümumi | 318.511.813.577 $[2], 343.939.445.259 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 397.249 dollar (28-ci) | ||||
• Adambaşına | 8.800 dollar (87-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | 240.832 dollar (38-ci) | ||||
• Adambaşına | 4.400 dollar (84-cü) | ||||
İİİ (2010) | 0.559 | ||||
İnternet domeni | .co | ||||
ISO kodu | CO | ||||
BOK kodu | COL | ||||
Telefon kodu | +57 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəKolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu.
Tarixi
redaktəKoloniyalar
redaktəXVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı. İspanlar ilk koloniyalarını Karib dənizi sahillərində yaratdılar. İlk koloniya isə - San-Sebastyan-de-Uraba indiki Panama ərazisində quruldu. 1536-cı ildə Qonsalo Ximenes de Kesadanın rəhbərliyi ilə 500 nəfərlik hərbi ekspedisiya göndərildi. Sonralar Yeni Qranada xristianlaşdırıldı və nəticədə 1549-cu ildə audiensi statusu aldı.Sonralar bu ərazilərə Böyük Kolumbiya dövləti yaradılır.1830-cu ildə dövlət mövcudluğ nu itirir və onu yerində Ekvador, Venesuela və Yeni Qranada Respublikası yaranır.Ölkə dəfələrlə vətəndaş müharibələri baş verirdi(1860-1862 illər vətəndaş müharibəsi,Mingünlük müharibə,La Violensiya müharibəsi).
Coğrafi mövqeyi
redaktəCənubi Amerikada yerləşən Kolumbiya Respublikası şimalda Karib dənizi, cənubda Peru və Ekvador, şərqdə Venesuela və Braziliya, qərbdə isə Panama və Sakit okean ilə həmsərhəddir. Sakit okean və Cənubi Amerika tavalarının sərhədində yerləşir. Bu səbəbdən fəal seysmikliyi ilə seçilir. Ölkənin qərbində yerləşən And dağları da bu tavaların toqquşması nəticəsində yaranıb. Qərb hissədən fərqli olaraq ölkənin şərq hissəsi platforma üzərində yerləşir və demək olarki seysmik hadisələr qeydə alınmır.
İqlimi
redaktəKolumbiyanın iqlimi bölgələrinə görə müxtəlifdir. Vadilərdə tropik, yüksək yerlərdə isə mülayim iqlim qurşağı hökm sürür. İsti iqlim qurşağına malik olsa da ölkə dağlarının yüksəkliyində hər zaman qar olur.
İqtisadiyyatı
redaktəFlora və Faunası
redaktəAmazoniya meşələrində meymun, yaquar, timsah, armadillo və başqa çeşidli heyvanlar yaşayır. Tutuquşu, kalibra kimi quşlar digər köçəri quşlar kimi Şimali Amerikadan köç edərək qış həyatını burada keçirir.
Əhalisi
redaktə2014-cü ilin yanvar ayına olan məlumata əsasən əhalinin sayı 47,425,437-dır. Etnik mənsubiyyətə gəlincə əhali müxtəlif və çoxmillətlidir. İspan əsilli və metislər üstünlük təşkil edir, lakin amerindian kimi etnik qruplar da az deyil.
Dini
redaktəƏhalinin 90%-i xristian dininə sitayiş edir. 70,9% katolik, 16,7% protestantlıq, 4,7% ateist,1% islamdir.
Xarici keçidlər
redaktə- ↑ Título I, Artículo 10 // Colombian Constitution of 1991.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.