La Violensiya Muharibesi - Wikipedia
La Violensiya (isp. La Violensiya) — Bu hərbi toqquşma 1948-1958 ci illərdə Kolumbiyada baş vermiş vətəndaş müharibəsidir.Münaqişə tərəfləri Konservativlər və Kolumbiya Liberal Partiyası olmuşdur.
Müharibənin başlaması haqqında müxtəlif fikirlər var.Bəzi tarixçilər münaqişənin 1946-ci ildə Kolumbiya Konservativ Partiyasıın hakimiyyətə gəlməsi ilə başladığını deyirlər.Bəziləri isə münaqişənin tarixini Xorxe Qaytanın öldürülməsindən sonra başladığını hesab edirlər.
Münaqişənin tarixi
redaktə9 aprel 1948 -ci ildə Liberallar partiyasının üzvü Xorxe Qaytan öldürülür.O ölkə əhalisinin kasıb təbəqəsi arasında öz xoş niyyətli fikirlərinə görə seçilirdi.Onun ölümü Boqotada toqquşmalara gətirib cıxarır.2000 nəfərin həyatına son qoyulur.Bu hadisələrdən sonra digər regionlarda da üsyanlar baş qaldırır.Liberallar və Kommunistlər partiyası tərəfdarları partizan müharibəsinə başlayır.Onlar hag hökumət qüvvələrinə ,gah da öz aralarında toqquşurlar.Bu toqquşmalar nəticəsində kəndlər tərk edilir ,ölkədə milyonlarla evlər boşaldılır.Müharibə şəraitində 1949-cu ildə Konservativlərin nümayəndəsi Laureano Eleuterio Qomes Kastro prezident seçilir.O kongresi buraxır,senzura tətbiq edilir və protestantlar təqib edilir.Bu ərəfədə ölkədə iki cevriliş olur.1953-ci ilin iyun ayında hakimiyyətə general Roxas Pinilya gəlir.Müharibənin sona catdıracağına söz verir.1957-ci ilin may ayında O,kongres cağırır hansı ki onu növbəti prezidentlik müddətinə təsdiqlənir.Bu ölkədə növbəti üsyanlar dalğası yaradır. 10 may da yeni hərbi cevriliş baş verir.
Münaqişənin sonu
redaktəÖlkədə vəziyyətin nəzarətdən çıxacağını görən Konservativlər və Liberallar ümumi razılığa gəlirlər. 'Milli Cəbhə' yaradılır ki, 12 il müddətində ölkəyə rəhbərlik etməyi onun üzərinə qoyulur. 21 dekabr 1957-ci ildə müqavilə imzalanır. Bu müharibə 200.000 insanın həyatına son qoyur. Bununla belə ölkədə sabitlik uzun sürmür. Ölkə növbəti Kolumbiya vətəndaş müharibəsi (1964 - davam) yaşayır. Müharibə günümüzdədə davam edir.