Yeni Qranada Respublikasi - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Yeni Qranada Respublikası (isp. República de la Nueva Granada).Mərkəzi və Cənubi Amerikanın bir hissəsini əhatə edən və XIX əsrdə mövcud olmuş dövlət. Onun ərazisinə Panama, Kolumbiya, üstəlik Ekvadorun və Venesuelanın ərazilərinin bir hissəsi daxil idi.
Tarixi dövlət | |||||
Yeni Qranada Respublikası | |||||
---|---|---|---|---|---|
República de la Nueva Granada | |||||
|
|||||
|
|||||
Paytaxt | Boqota | ||||
Rəsmi dilləri | İspan | ||||
Dövlət dini | Katolik | ||||
İdarəetmə forması | Respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1830-cı ildə Böyük Kolumbiya Respublikası dağılır. 1831-ci ildən dağılmış dövlətin yerində yeni dövlətlər meydana gəlir: Ekvador,Venesuela və Yeni Qranada dövləti. 29 fevral 1832-ci ildə Milli konventə üzv olan Antokiya, Barbakoas, Kartaxena, Mompas, Neyva, Pamplona,Panama, Posta, Popayan, Sokorro, Tuxna, Veles və Veraquas bölgələri yeni konstitusiyanı qəbul edirlər. Bu konstitusiya görə dövlət Yeni Qranada Respublikası elan edilir. 1839-cu ildə ölkədə vətəndaş müharibəsi başlayır. İlk əvvəl bu müharibə daxili xarakter daşısada sonradan prezident Xose İqnasio de Markes kömək üçün Ekvadora müraciət etməsi ilə müharibənin xüsusiyyəti dəyişir. Üstəlik prezident köməyin əvəzinə Ekvadora ərazi vəd edirdi. Buna cavab olaraq bir sıra vilayyətlər özlərinin müstəqilliyini elan edirlər. 1841-ci ildə müharibə hökumət qüvvələrinin qalibiyyəti ilə bitir. Ölkədə iki partiya yaradılır:Liberallar və Konservantlar. 1845-ci ildə ölkənin prezidenti Tomas Sinriani de Moskera olurki oda Konservantların nümayyəndəsi idi. Onun dönəmində iqtisadi yüksəliş olur, yeni yollar çəkilir və gəmiçilik inkişaf etdirilir. 1849-cu ildə seçgilərdə liberalların nümayyəndəsi olan Xose İlario Lopes qalib gəlir. 1849-cu ildə yeni konstitusiya qəbul edilir. Konstutsiyaya görə quldarlıq ləğv edilir və kilsə dövlətdən ayrı elan edilir. Konservanlar bu konstutsiyaya qarşı cıxırlar və nəticədə yeni vətəndaş müharibəsinə (Kolumbiya vətəndaş müharibəsi (1851)) girməli olur. Bu konstutsiya mərkəzdənqacma meyillərini güçlənir. 1854-ci ildə ordu komandanı Melonun başçılığı ilə növbəti vətəndaş müharibəsi (Kolumbiya vətəndaş müharibəsi (1854)) baş verir. Ölkə getdikçə federallaşır. 27 fevral 1855-ci ildə ölkənin daxilində birinçi federativ dövlət olan Panama yaradılır. 11 iyun 1856-cı ildə Antokiya və 13 may 1857-ci ildə isə Sanyander yaranır. Ölkəni parçalanmaqdan qorumaq 15 iyun 1857-ci ildə ölkəni inzibati cəhətdən Bolivar, Boyaka, Kauka, Kundinaruarka və Maqdalena kimi dövlətlərə bölür. 1858-ci ildə konservantlar hakimiyyətə gəlir. Onlar ölkəni Qranada Konfederasiyası elan edərək paytaxt Tunje olur
Demoqrafik vəziyyət
redaktə1851-ci siyahıya alma nətiçəsinə görə ölkədə 2,240,054 insan yaşayırdı. Onlardan 1,153,349 nəfəri kişi, 1,086,705 nəfəri isə qadınlar təşkil edirdi. Əhali əsasən iri şəhərlərdə cəmləşmişdi.Bunlara misal Sokorro, Tunja, Boqota və Tundamanı göstərmək olar.