Hesen Bey Zerdabi Adina Tebiet Tarixi Muzeyi - Wikipedia
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi.[4] Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır.[5]
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi[1] | |
---|---|
Əsası qoyulub | 1983 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Lermontov küç. 3.[3] |
Kolleksiyası | 100.000 eksponat.Məkan geniş olmadığına görə ekspozisiya zalında yalnız 20 minədək nümunə təqdim edilir |
Direktor | Tariyel Eybatov |
Telefon | (994)12-492-06-67 |
İş rejimi | (I – VI) 10:00 – 17:00 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəZərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar).[6],[7]
Muzey ekspozisiyası
redaktə1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
- Geologiya şöbəsində Azərbaycanın geoloji və tektonik quruluşu barədə məlumatlar, müxtəlif xəritə və diaqramlar, geniş miqyasda yayılmış filiz və qeyri-metal yataqlarından əldə olunmuş minerallar və süxurlar, həmçinin çökmə süxur nümunələri nümayiş etdirilir. Muzeyin bu şöbəsində yerləşən 13 vitrində respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, travertine, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi 83 adda süxur və mineral nümunəsi nümayiş etdirilir.[8]
- Zoologiya şöbəsində müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların skeletləri, müqəvvaları, izləri, xüsusi məhlullarda saxlanılan cəsədləri, Azərbaycan florasını əks etdirən tablolar nümayiş etdirilir. Onurğasız heyvanlar kolleksiyasında süngərlər, bağırsaqboşluqlular, dərisi tikanlılar, yumşaqbədənlilər, buğumayaqlılar və sair təmsil olunmuşlar. Muzeydə onurğalılar yarımtipinin bir neçə sinfi: suda-quruda yaşayanlar, sürünənlər, balıqlar, quşlar, məməlilər və sair geniş nümayiş etdirilir. Qoruq şəraitində saxlanılan və adı "Qırmızı kitab"a düşmüş 20 heyvanın müqəvvası muzeyin qızıl fonduna daxildir. Muzeydə Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və sair kolleksiyalar vardır.[9]
Struktur bölmələri
redaktə- Onurğalı heyvanların paleontologiya şöbəsi
- Geoxronoloji tarix şöbəsi
- Təkamül biologiyası şöbəsi
- Biogenetik analiz (DNT) şöbəsi
- Elmi tədris şöbəsi
- Fond materialları şöbəsi
- Bərpa şöbəsi
- Ekskursiya və turizm şöbəsi[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi". www.navigator.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi". kataloq.gomap.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Muzeyə yetişmək". citymap.az. 2021-02-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyi yaradılacaq". www.zerdab.com. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Təbiət tarixi muzeyi". aydinyol.aztc.gov.az. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ Tərtibçi:A.Abdullayeva. "Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170" (PDF) (az.). 2012. 2016-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-08.
- ↑ "H.Zərdabi adına Milli Azərbaycan Təbiət Tarixi Muzeyinin eksponatları". big.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Muzey ekspozisiyaları". oxu.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması KONSEPSİYASI". president.az. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
- ↑ "Struktur bölmənin fəaliyyət istiqamətləri". www.science.gov.az. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.02.2021.
Xarici keçidlər
redaktə- Təbriz Təbiət Tarixi Muzeyi
- Azərbaycan 350 milyon il əvvəl Elmi faktlar
- "Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi". elmi-spektr.com. İstifadə tarixi: 02.02.2021.
- "Təbiət Tarixi Muzeyinin direktoru: "Azərbaycanda yırtıcıların sayı azalır"". report.az. İstifadə tarixi: 02.002.2021.