Niyazinin Ev Muzeyi - Wikipedia
Niyazinin ev-muzeyi — SSRİ xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin mənzil muzeyidir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin filialıdır.[1]
Niyazinin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 28 dekabr 1990 |
Açılış tarixi | 18 sentyabr 1994 |
Mövzu | Azərbaycan musiqisi |
Ölkə | |
Yerləşir | Bakı |
Ünvan | Bülbül prospekti, 21 |
Direktor | Rza Bayramov |
Muzeyə yetişmək | M 1 Sahil metrostansiyası |
Telefon | +994 12 493 18 36 |
İş rejimi | 10:00–18:00 |
40°22′29″ şm. e. 49°50′35″ ş. u.HGYO | |
musicmuseum.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNiyazinin ev-muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı oldu[2]. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır.[3] Muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.
Ekspozisiya
redaktəMənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır. Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri nümayiş etdirilir.
Niyazi muzeyində hal-hazırda:
- 120 ədəd Niyazinin not əlyazmaları;
- 2746 ədəd foto-şəkillər;
- 486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar;
- 279 ədəd qramvallar;
- 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanılmaqdadır.
Qalereya
redaktə-
Qonaq otağı
-
İş otağı. Divarda Azərbaycanın və dünyanın məşhur musiqiçilərinin şəkilləri asılmışdır Azerbaijan and famous musicians of the world
-
Yemək otağı
-
İş otağı
-
Niyazinin yaradıcılığını əks etdirən materiallar
-
Muzeyin ekspozisiyası
-
Muzeyin ekspozisiyası
İstinadlar
redaktə- ↑ "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyin rəsmi saytı". 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.
- ↑ ATV. "İmzası var. Niyazinin ev-muzeyi" (az.). Youtube.com. 01.06.2023. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-01.
- ↑ "Maestro Niyazinin ailə dramı.20.08.2011". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-23.